Üçü (Büt.ş.) – yasın üçü.
Yeddisi (Büt.ş.) – yasın yeddinci günü.
Qırx (Büt.ş.) – yasın qırxıncı günü.
Qara bayram (Büt.ş.) – vəfat edənin qohumları Novruz bayramında onun xatirəsini yad edirlər.
NƏTİCƏ
Azərbaycanın dilçi alimləri ana dilinin elmi şəkildə öyrənilməsi sahəsində uzun illər elmi-tədqiqat işləri apararaq Azərbaycan dilinin qrammatikasını mükəmməl şəkildə yaradıblar. Bu sahədə dilimizin ayrı-ayrı dialektlərinin öyrənilməsi də mühüm yer tutur. Azərbaycan dilinin dialektləri özündə tarixiliyi, yüz illər boyu milli dəyərləri mühafizə etmiş ümumtürk mədəniyyətinin izlərini qoruyub saxlamaqdadır. Bu baxımdan Naxçıvan dialekti də çox maraqlıdır. Naxçıvan dialektində termin səciyyəli sözləri toplayıb araşdırarkən ümumtürk mədəniyyətinin ortaq oxşarlıqlarına sıx-sıx rast gəlirik. Türk dilləri ilə müqayisəli şəkildə öyrəndiyimiz termin səciyyəli sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin daşıyıcısıdır. Əkinçilik, heyvandarlıq, arıçılıq, dulusçuluq, adət-ənənələrimizə aid olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır. Topladığımız termin səciyyəli sözlər söylədiklərimizin bir nümunəsidir.
Naxçıvan rayonu şivələrində terminoloji səciyyə daşıyan leksika olduqca zəngindir. Həmin leksikanın aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar.
a) Rayon şivələrində terminlərin çox hissəsi dialekt xüsusiyyəti daşıyırlar. Məsələn, gülbəsər (xiyar), qədələ (kiçik küpə), ələz (ot), künar (yarpaqları yeyilmiş tut budaqları) və s.
b) Köhnə dövrlə bağlı olan sözlər leksikada özünü göstərir.
c) Rayon şivələrindəki terminlərin bir qismi ədəbi dillə müştərəkdir.
d) Dialekt xüsusiyyəti daşıyan bəzi sözlər Azərbaycan dilinin başqa dialektlərində də işlənir. Məsələn, qıra, kələkey, güzəm, qəfxana və s.
e) Naxçıvan rayon şivələrindəki terminlərin, əsasən maldarlıqla bağlı olan terminlərin bir qismi ümumtürk sözləridir. Məsələn, inək, qoyun, at, day və s.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Dostları ilə paylaş: |