Cacıx (Büt.ş.) – qar əriyəndən bir neçə gün sonra çıxır. Həmin vaxt yağda qovrulub yeyilir. Yazın axırlarında ortadan düz qalxan özəyi soyulub yeyilir. Xoş ətirə və tama malik bitkidir. Qazax, Şəmkir şivələrində də bu söz işlədilir [20, s.455].
Vən (Büt.ş.) – öyrüc ağacı. Qollu-budaqlı meşə ağacıdır. Cəbrayıl, Kəlbəcər şivələrində də eyni ilə işlədilir [20, s.991].
Qarağaş(Büt.ş.) – qara ağac.
Qələmə (Büt.ş.) – düz qalxan hündür ağacdır. Tovuz rayonunun Qovlar kənd şivəsində də qələmə eyni mənanı verir [22, s.205].
Dağdağan (Büt.ş.) – meşə ağacıdır, oduncağından yanacaq kimi istifadə olunur. Bu söz Qazax rayonunun Daş Salahlı, Köçəskər, Borçalı bölgəsinin Kəpənəkçi kəndlərində də eyni mənada işlədilir [22, s.210].
Kələmpir(C., P., Bouz., Nəza., Au., Yu.) – meşə ağacı.
Nərbənd (C.) // narbənd – böyük çətirli ağacdır. Qarağaca calaq etmək yolu ilə yetişdirirlir. “Şıdırğı yağışda narbəndin altına damcı düşməz” (C.).