Zirinc (Büt.ş.) – tünd-qırmızı uzunsov kiçik meyvəsi olur. Dəmləməsi müalicə məqsədi ilə ishala qarşı işlədilir.
Keşniş (Büt.ş.) – həm tərəvəz kimi əkilir, həm də yabanı halda bitir. Xoş iyə maliik birillik bitkidir. “Onun (keşnişin – T.Q.) mədə-bağırsaq və böyrək xəstəliklərində, eləcə də öd kisəsinin iltihabında yüksək müalicəvi əhəmiyyəti vardır” [30, s.69].
Kəhlikotu (Büt.ş.) – xoşətirli, nanəyə oxşar yarpaqları olan bitkidir. Yayda çətirli kiçik çiçəklər açır. Başağrısında, qanazlığında dəmlənib içilir.