MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə43/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   39   40   41   42   43   44   45   46   ...   89
Xümsün xərclənməsi
Xüms iki bərabər hissəyə bölünür:

a) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə1 təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.

b) Seyidlərin səhmi: Bu hissə yoxsul, yolda qalmış seyyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün yaxşı olar ki, müctəhiddən icazə alınsın.
Nələrə xüms düşür?
Yeddi şey üçün xüms vermək vacibdir. Yə`ni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.

1. Ticarət və iş gəliri: Insan əkinçilik, sənətkarlıq, ticarət və digər iqtisadi yollarla sərvət əldə edərsə və bu sərvət ilin ehtiyaclarından artıq qalarsa, onun beşdə biri xüms ödənir;

2. Mə`dən: Mə`dən xalqın malı sayılır. Vacib ehtiyata əsasən İmamın (ələyhissəlam) qeybi dövründə mə`dən hasilatı üçün şər`i hakimdən icazə alınmalıdır. Mə`dəndən qızıl, gümüş və sairə qiymətli ehtiyatlar çıxaran şəxs öz xərclərini çıxıb (15 misqal qızıl) xüms ödəməlidir;

3. Xəzinə: Xəzinə dedikdə yerdə, ağacda, dağda və ya divarda gizlədilmiş şey nəzərdə tutulur. Xəzinənin sahibi tanınmır. Onun tapılması xərcləri çıxıldıqdan sonra xümsü ödənməlidir;

4. Üzgüçülüklə dənizdən çıxarılan cəvahir: Cəvahir də xalqın malı sayılır. Onu çıxarmaq üçün vacib ehtiyata əsasən şər`i hakimdən icazə alınmalıdır. Əgər üzgüçülük yolu ilə dənizdən cəvahir, mərcan və bu kimi şeylər əldə olunarsa, xərclər çıxıldıqdan sonra onun beşdə biri xüms ödənməlidir;

5. Harama qatışmış halal mal: Əgər insanın malı harama qatışmışsa və onun miqdarını müəyyənləşdirmək mümkün deyilsə, həmin malın xümsü ödənməlidir;

6. Savaş qəniməti: Əgər müsəlmanlar mə`sum İmamın (ələyhissəlam) hüzuru dövründə onun əmri ilə kafirlərlə vuruşub qənimət əldə etsələr, İmamın (ələyhissəlam) məsləhəti ilə bir hissə ayrıldıqdan sonra xərcləri çıxıb qalan hissənin xümsünü verməlidirlər;

7. Zimmi kafirin müsəlmandan aldığı torpaq; Əgər bir kafir İslam dövlətinin himayəsində yaşayırsa, ona “zimmi kafir” deyilir. Zimmi kafir müsəlmandan aldığı torpağa görə xüms verməlidir. Həmin şəxs torpaq əvəzinə pul da verə bilər.


Xümsü tərk etməyin tə`sirləri
Ayə və rəvayətləri və nəzərdən keçirdikdə mə`lum olur ki, xümsdən boyun qaçırmaq həm özü günahdır, həm də başqa günahlara səbəb olur. )N$O@O#$R%_^P&A(G*E! 107)N$O@O#$R%_^P&A(G*E! 108


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin