7-8 Əmr be mə`ruf və nəhy əz münkər:
İslamda “əmr be mə`ruf” (yaxşılığa də`vət) və “nəhy əz münkər” (pisliklərdən çəkindirmək) adı ilə tanınan ümumxalq nəzarəti İlahi bir vəzifədir. Başqa sözlə desək, hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını vacib əməllərə və xeyr işlərə də`vət etməsi və həmçinin hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını qadağan və haram olan əməllərdən çəkindirməsi zəruridir.
Hər iki vəzifə dinin əməli hökmlərindəndir və vacib sayılır. İlahi vəzifəyə əməl etməyən insan günaha batır və onun üçün axirət cəzası nəzərdə tutulur.
Allah-təala Qur`anda “əmr be mə`ruf” və “nəhy əz munkər” edən insanları əməli saleh adı ilə vəsf edərək onlara mükafat verəcəyini və`də verir. Bu haqda Qur`anın bu iki ayəsini xatırladırıq: «Onlar Allaha və axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işləri görməyə tələsirlər. Onlar əməli salehlərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri mükafatsız qalmaz. Şübhəsiz ki, Allah müttəqi (pərhizkar) olanlara agahdır.»1
Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və bu hissələrə “ailə” deyilir. Əgər ailə islah olunarsa, onda cəmiyyət tez bir zamanda islah olunar. Xüsusilə ictimada baş verən fəsadın güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir.
Bə`zi valideynlər müqəddəs və vacib bir vəzifə sayılan övlad tərbiyəsinə e`tinasız yanaşaraq övladlarının yalnız maddi yönümünü düşünür və bunun həlli üçün çarə axtarırlar. Onlar elə fikirləşirlər ki, uşağı yedirib-içirtmək, geyindirmək, məktəbə yola salmaq və xəstələnəndə dadına çatmaq lazımdır. Daha övladının mə`nəvi yönümü onları maraqlandırmır və onun əxlaqını tərbiyə etmək barədə düşünmək belə ağıllarına gəlmir. Əgər ata və ana həm özünün, həm də övladlarının səadətini düşünməsə, qarşıdan gələn əzaba hazırlaşmalıdır.
Qur`ani-Kərim buyurur: «Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun! Onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.»1
Rəvayətlərin birində belə deyilir: “Qiyamət günü övlad öz valideyninə şikayət edib deyəcək: Nə üçün məni haramla böyütdün? Nə üçün namazı mənə sevdirmədin? Nə üçün mənə doğru yolu nişan vermədin? Nə üçün dini mənə öyrətmədin?...Sonra övladlar Allah-təalaya belə deyəcəklər: İlahi! Ata-anamız doğru yolu göstərmək əvəzinə bizə zülm edib haqqımızı tapdaladı. Indi ki, bizi Cəhənnəmə aparırsan, valideyinlərimizi də bizdən ayır və onlara da Öz əzabını şamil et!” 1
Bu baxımdan da bütün insanlar istər ailədə, istərsə də cəmiyyətdə öz əməlləri və başqalarının əməllərinə görə mə`suliyyət hiss etməlidirlər. Çünki, insanların taleyi bir-birindən asılıdır. Istənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.
Qur`an və hədis baxımından imanlı insanlar bir-birləri qarşısında mə`suliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurur: “Bilin ki, hamınız gözətçisiniz və gözətçi olduğunuz insanların qarşısında məs`uliyyət daşıyırsınız. Belə ki, İslam hökumətinin başçısı bütün camaatın gözətçisidir və buna görə də o, məs`uliyyət daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna görə məs`uliyyət daşıyır. Qadın da həmçinin ailəsinin gözətçisi və məs`uliyyət daşıyanıdır. Agah olun! Hamınız mə`mursunuz və mə`mur olduğunuz insanların qarşısında məs`uliyyət daşıyırsınız.”2
Allah-taala Qur`ani-Kərimdə əmr be mə`ruf və nəhy əz munkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar.
“Ali-Imran” surəsinin 110-cu ayəsində belə buyurulur: «Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz.»
)N$O@O#$R%E^F&N(O*T! Bu vəzifəyə münasibətdə səhlənkarlıq, iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik ləyaqətli insanların əlindən çıxır, şər insanların əlinə düşür. Bəli, əmr be mə`ruf və nəhy əz munkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.
Bu İlahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.
1. Həzrət Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Mənim ümmətimin ən uca şəhidi zalım hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cə`fər arasındadır.” (“Məalimul-qurbə fi əhkamul həsbə”, səh. 68).)N$O@O#$R%F^N&O(T*E! 21)N$O@O#$R%E^F&N(O*T! 215
2. Həzrət Əli (ələyhissəlam) buyurur: “Bütün yaxşı işlər, hətta Allah yolunda cihad belə əmr be mə`ruf və nəhy əz munkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.” (“Vəsail”, c.16, səh.134).
3.)N$O@O#$R%E^F&N(O*T! 216 İmam Baqir (ələyhissəlam) buyurur: “Əmr be mə`ruf və nəhy əz munkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları tə`min edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.” (“Vəsail”, c.119, səh.6).
Dostları ilə paylaş: |