MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə68/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   64   65   66   67   68   69   70   71   ...   89
Əmr be mə`ruf və

nəhy əz munkərin mərhələləri
Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Bu mərtəbələrlə tanış olaq:

1. Rəftarla hərəkət: Ilk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara mə`ruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.

2. Dillə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət tə`sir etmirsə, sərt danışmaq lazımdır.

3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.

Bəli, hörmətli oxucu! Ətrafdakıları yaxşı işə təşviq edib, pisdən çəkindirmək hər bir müsəlmanın vəzifəsidir. Əmr be mə`ruf və nəhy əz münkərin mə`nası budur ki, xeyir əməllər artsın, pis işlər azalsın. Amma unutmaq olmaz ki, bu olduqca incə bir vəzifədir və başqalarının reaksiyasına səbəb olur. Onun öz şərtləri var və bu şərtlərə ciddi riayət etmək lazımdır:

a) Əmr və nəhy edən (əmr edib qadağa qoyan) insan yaxşı işi pis işdən seçə bilməlidir. Məbada, əmr be mə`ruf və nəhy əz münkər adı altında kiməsə pis iş əmr olunsun, yaxşı işdən çəkindirilsin.

b) Qarşı tərəf, yə`ni əmr və qadağa ünvanı olan kəs günahda israrlı olmalıdır. Bir şəxs pis iş görüb sonra tövbə edərsə, ona münasibətdə əmr be mə`ruf və nəhy əz münkər lazım deyil.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin