MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Rəvayətlərdə təqlidin vacibliyi



Yüklə 1,31 Mb.
səhifə74/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   70   71   72   73   74   75   76   77   ...   89
Rəvayətlərdə təqlidin vacibliyi
Hicri-qəməri təqviminin 329-cu ilindən başlayaraq on ikinci İmam Məhdinin (ələyhissəlam) “böyük qeyb” (Hal-hazırda 12-ci İmam uzun müddətli qeybdədir. Yə`ni, camaatın gözündən gizlidir. Inşaallah, Allahın izni ilə O, Həzrət Isa (ələyhiməssəlam) ilə zühur edəcək və yer üzündə ədaləti bərpa edəcəklər) dövrü başlayır. Bu dövrdə müctəhidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Ümumi nümayəndə odur ki, İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün dövrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq müsəlmanların dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir.

Mə`sum İmamlar xüsusən də, İmam Məhdinin (ələyhissəlam) özü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları böyük qeyb dövründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. Indi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:

1)Ibn Hənzələ deyir: “İmam Sadiqdən (ələyhissəlam) soruşdum ki, əgər iki nəfər müsəlmanın borc, yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün dövlət qazısına müraciət edə bilərlərmi? İmam (ələyhissəlam) buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (dövlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun hökmü ilə əlinə gələn bütün şeylər hətta onun öz haqqı da olsa belə, haramdır. Çünki onu zalımın hökmü ilə ələ gətirmişdir. Halbuki, Allah-təala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur: «Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur. Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.»1

)N$O@O#$R%F^N&O(T*E)N$O@O#$R%E^F&N(O*T! 77Soruşdum ki, bəs onda nə etsinlər? İmam (ələyhissəlam) buyurdu: “Bizim rəvayətlərimizi söyləyəni, halal-haramımıza nəzər salıb hökmləri tanıyanı hakim tə`yin etməlidirlər. Çünki, Mən onu sizin üçün hakim tə`yin etmişəm. Əgər o, bizim buyurduğumuza əsasən hökm versə, lakin kimsə onun hökmünü qə`bul etməsə, Allahın hökmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...”1 )N$O@O#$R%E^F&N(O*T! 78

İmam Sadiqin (ələyhissəlam) bu əmri ümumi bir əmr olub bütün müctəhidlik səlahiyyətinə malik olan alimlərə aid olur. Əgər İmam Sadiq (ələyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə, şübhəsiz ki, müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna görə də, O Həzrət (ələyhissəlam) bu kimi işləri ədalətli müctəhidlərinin öhdəsinə buraxmışdır.

2) Ishaq ibn Yə`qub deyir: “Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdiyə (ələyhissəlam) çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam (ələyhissəlam) məktuba Öz mübarək xətti ilə cavab yazmışdı. Yazdıqlarımdan biri də bu idi ki, (böyük) qeyb dövründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam (ələyhissəlam) sualımın cavabında belə yazmışdı: Qarşılaşdığınız məsələlərdə bizim hədisləri söyləyənlərə müraciət edin! Onlar Mənim sizə olan hüccətim, Mən isə Allahın (sizə olan) hüccətiyəm.”1

Onuncu fəsil


XURAFAT
“Xurafat” - ərəb lüğətində “xurafə” kəlməsinin cəmi olub, əslində, “yığılmış meyvə” mə`nasını daşıyır. Deyilənlərə görə, “Xurafə” Uzra qəbiləsinə mənsub bir kişinin adıdır. O, cinlərin əhvalından və sirlərindən xəbardar olub, onlardan gördüyü hər bir şeyi danışar, lakin heç kəs onun sözlərinə inanmazmış. Camaat onun sözlərini yalan sayaraq belə deyirdi: “Bu söz Xurafənin uydurduğu sözdür, maraqlıdır, lakin yalandır!”

Ibn Əsir yuxarıdakı dastanı dedikdən sonra eyni zamanda Rəsuli-Əkrəmin (salləllahu ələyhi və əlihi və səlləm) belə buyurduğunu nəql edir: “Xurafə macarasının həqiqəti var...”2

Dini kitablarda isə xurafat haqqında belə yazılır: “Xurafə və ya xurafat - əql, məntiq və həqiqət ilə uyğunlaşmayan əsassız e`tiqadlardan ibarətdir. Məsələn, 13 rəqəminin uğursuzluğuna, qara rəngin bədniyabətliyinə, çalağan quşunun naləsinin fəlakət gətirəcəyinə və s. inam bəsləmək.”1



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin