MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə2/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   2   3   4   5   6   7   8   9   ...   89
BAĞIŞLAYAN MEHRIBAN ALLAHIN ADI ILƏ
Varlıq aləmini cana gətirən, Dillərdə hikmətli sözlər bitirən,

Əyridən insanı düzə götürən, Əzim, Qadir, Əzəl Haqqın adıyla.


Insan düşüncəli bir mövcuddur. O, hər bir məsələni özü üçün araşdırır və qarşıya çıxan suallara cavab axtarır. O düşünür: Mən kiməm? Haradan gəlmişəm? Nə üçün gəlmişəm? Hara gedirəm? Aqibətim nə olacaq? Insan əbəsmi yaradılıb? Və s... Bu düşüncəli varlıq öz suallarına qənaətbəxş cavab tapanadək heyrətdə və başını itirmiş vəziyyətdə qalacaq.

O biri tərəfdən bilirik ki, insanların tərəqqi, inkişafı və kamala çatmasında əsas məsələ “zəngin və dolğun məktəb və mədəniyyət” ola bilər. Bununla da o, müxtəlif cəhətlərdə bütün insanları hərtərəfli inkişaf, kamal və səadətə doğru apara bilər. Məhz, belə bir məktəb mütləq Allah tərəfindən olmalıdır. Buna görə də yalnız Əhli-beyt (Allahın salamı olsun Onlra) tərəfindən gəlib çatan mədəniyyət və ideologiya daha hərtərəfli və daha faydalı ola bilər.

Buna əsasən də bizə lazımdır ki, hidayət və inkişaf yolunda belə humanitar məktəb və zəngin mədəniyyətə hərtərəfli maraq göstərərək, onu özümüzə əməli və həyat proqramı tə`yin etməklə dünya və axirət səadətini qazana bilək. Çünki, dünyanın heç bir yerində belə bir kamal və mə`rifət bağışlayan bir məktəb tapa bilmərik. Belə ki, bu məktəbin mədəniyyətindən başqa, digər mədəniyyətlərlə həqiqi təkamül zirvəsinə çatıb aşkar xoşbəxtliklərə nail olmaq heç vaxt mümkün olmayacaqdır.

Bu kitab İslamın əsas və zəruri məsələlərini bəyan etmək üçün yazılmışdır. Insan çox vaxt məs`uliyyət hiss etmir və yalnız özünün xeyir və faydasını güdür. O, bilməlidir ki, özünün və ailəsinin maddi ehtiyaclarını tə`min etdiyi kimi, onların mə`nəvi ehtiyaclarını da tə`min etməlidir. Belə ki, batil düşüncə sahibləri onların sorağına gəlməmiş, İslam maarifini öyrənmək üçün şərait yaratmalıdır.

Ümid edirik ki, Allah-təala bu kiçik əsəri insaniyyət və kamillik yolunda müsəlmanlar üçün yol azuqəsi buyursun, onlara müvəffəqiyyət və yardım əta etsin ki, öz gələcəklərini qurmaq üçün İslam elmləri və maarifindən faydalana bilsinlər.

Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı mö`minə və mərhumə Xədicə nənəmin ruhuna hədiyyə edirəm.

İlahi! Səni and veririk Əhli-beytin xatirinə, bizə Qur`an və Əhli-beyt maarifinin nurunu qəlbimizə dadızdır və aqibətimizi xeyrlilərdən qərar ver! Amin, ya Rabbəl aləmin.

1434/ 14 rəcəb 2013/ 05 may

Voronej
Birinci fəsil


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin