MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə85/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   81   82   83   84   85   86   87   88   89
ƏHKAMUL-XAMSƏ
Müsəlmanın yerinə yetirəcəyi hər bir əməlin müqəddəs İslam dinində özünəməxsus hökmü vardır. Insanlara onların əməli vəzifələrini öyrədən sahə “əhkam” (hökmlər) adlanır. Bu hökmlərə “əhkamul-xamsə” (yə`ni, “beş hökmlər”) deyilir və bu da aşağıdakılardan ibarətdir:

1-Vacib əməl: Görülməsi lazım olan, tərk olunması isə, Qiyamətdə İlahi əzaba səbəb olan əməldir. Məsələn: Namaz qılmaq, oruc tutmaq, salamın cavabını qaytarmaq və s... Yə`ni, bu əməlləri yerinə yetirmək vacib, tərk etmək isə günahdır.

2-Haram əməl: Tərk edilməsi vacib, görülməsi isə Qiyamət əzabına səbəb olan əməldir. Məsələn: Yalan danışmaq, qumar oynamaq, zülm etmək və s... Yə`ni, bu əməlləri yerinə yetirmək günah, tərk etmək isə vacibdir.

3-Müstəhəb (bəyənilmiş) əməl: Görülməsi yaxşı və savablı olan, tərk edilməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Salam vermək, sədəqə vermək, xörək yeyəndə “bismillah” demək və s... Yə`ni, bu əməlləri yerinə yetirən şəxs savab qazanır. Lakin belə əməlləri tərk etməyin nə savabı və nə də günahı vardır.

4-Məkruh (bəyənilməmiş) əməl: Tərk edilməsi yaxşı və savablı, görülməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Məsciddə yatmaq, ölüm anında olan insanı otaqda tək buraxmaq, cənabətli1 halda yemək-içmək və s... Yə`ni, bu işləri görməmək daha yaxşıdır. Amma görülsə də Axirətdə heç bir əzabı yoxdur.

5-Mübah (adi) əməl: Görülməsi və tərk edilməsi eyni səviyyədə olan əməldir. Yə`ni, bu işlərin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Bu kimi işlərin özü-özlüyündə nə savabı var, nə də günahı. Məsələn: Su içmək, yol getmək, yatmaq və s... Amma mübah işi də Allahın razılığı üçün olsun deyə, niyyət edib savab qazanmaq olar. Məsələn, - bu suyu içirəm ki, ibadət etməyə qüdrətli olum - deyə su içərsə, onda bu əməl savab sayılacaq.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin