MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Hamını razı salmaq istəyirsən?



Yüklə 1,31 Mb.
səhifə81/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   77   78   79   80   81   82   83   84   ...   89
Hamını razı salmaq istəyirsən?
Çox təəccüblüdür, aramızda elə insanlar da var ki, Allahın razılığını yox, camaatın razılığını qazanmaq üçün necə deyərlər, “dəridən-qabıqdan çıxır”, dinin hökmlərini və qanunlarını ayaq altına atıb tapdalayırlar.

İslam dini insanlara öz işlərini Allahın razılığı əsasında görmələrini tə`lim edir. Bu dində ən mühüm məsələlərdən biri də “ixlas”dır. Yə`ni bütün işləri ancaq və ancaq Allahın razılığına çatmaq üçün görmək lazımdır. Deməli, insanlar iş görən zaman yaşadıqları mühiti və yaxud avam camaatı yox, Allahın fərmanını nəzərə almalıdırlar. Amma əgər bu cür olmazsa, yaşadığımız mühit İlahi və mə`nəvi ab-havadan çıxıb, camaatın istəkləri ilə qatışacaqdır.

İmam Musa Kazim (ələyhissəlam) özünün çox dərrakəli bir şagirdi olan Hişam ibni Həkəmə buyurur: “Ey Hişam! Əgər sənin əlində bir qoz olsa, camaat isə onu qiymətli daş olduğunu desə, onların bu sözü sənin fikrində heç bir dəyişiklik yaratmaz. Çünki, sən onun qoz olduğunu bilirsən. Əksinə, sənin əlində qiymətli bir daş olsa, camaat isə onun qoz olduğunu desə, bu vaxt da sənə heç bir ziyan dəyməz. Çünki sən onun qiymətli daş olduğunu bilirsən.”1 )N$O@O#$R%E^F&N(O*T! 65

Loğman Həkimin öz oğluna etdiyi hikmətli vəsiyyətini yada salaq:

“Ey oğlum! Özünü camaatın razılığına bağlama! Çünki hamının səndən razı qalması mümkün deyil.”

Sonra Loğman bu sözü əməldə də oğluna başa salmaq istədi. Onlar evdən çölə gəlib tövlədən ulağı çıxartdılar. Loğman ulağa minib hərəkət etdi. Oğlu isə piyada atasının ardınca yola düşdü. Onlar yarı yolda bir dəstə adama rast gəldilər. Camaat onları görəndə dedilər: “Bu kişi çox daş ürəkli və rəhmsiz kişidir.”

Bu sözü eşidəndə Loğman oğlunu ulağa mindirib, özü piyada hərəkət etməyə başladı. Bu dəfə onlar ayrı dəstə camaatla üzləşdilər. Camaat Loğmanla oğlunu görəndə dedilər: “Bu ata və oğul çox pis adamdırlar. Atanın pisliyi ona görədir ki, oğluna yaxşı tərbiyə verməyib. Oğulun pisliyi isə ona görədir ki, atasına hörmətsizlik edir.”

Bu sözü eşidəndə onlar hər ikisi birlikdə ulağa minib yola düşdülər. Onlar yenə də bir dəstə camaatla rastlaşdılar. Camaat bunları görəndə dedilər: “Yaman rəhimsiz adamdırlar, çünki bunlar dilsiz heyvana birlikdə minib onu incidirlər.”

Bu sözdən sonra onlar hər ikisi ulaqdan düşüb piyada getməyi qərara aldılar. Lakin bundan sonra onlar daha bir səhnə ilə üzləşdilər. Bu dəfə onların rastına çıxan camaat onları piyada görəndə dedilər: “Bu iki nəfərin işi çox qəribədir. Belə bir gözəl miniyi qoyub piyada yol gedirlər.”

Bu vaxt Loğman üzünü oğluna tutub dedi: “Oğlum! Gördün ki, müxtəlif fikirli camaatın razılığını toplamaq mümkün deyil?” Sonra buyurdu: “Deməli, onların razılığını yox, ancaq böyük Allahın razılığını fikirləş!”1

İmam Baqir (ələyhissəlam) buyurur: “Allahın razı olmadığı bir işi görüb camaatın razılığını qazanmaq istəyən kəs, nə vaxtsa, camaatın qəzəbinə düçar olacaqdır. Əksinə, Allahın razı olduğu bir işi görüb camaatın qəzəbinə düçar olan şəxs hər bir düşmənçilik, həsəd və zülmdən amanda olacaqdır və Allahın dininə kömək edəcəkdir.”1

Qeyd: Cəmiyyət arasında səhv fikirlərdən biri də bə`zi günahları kiçik saymaqdır. Əgər Kimin qarşısında olduğumuzu, Kimə qarşı günah etdiyimizi anlasaq, heç bir günahı kiçik saymaz, bütün günahlardan çəkinərik. İslama görə günah – Allaha qarşı müxalifət, e`tinasızlıq, diqqətsizlikdir. Günah – Allah qarşısında özbaşınalıqdır. Heç bir ağıllı insan dövlət başçısı qarşısında pis iş görməyə cür`ət etməz. Bəs necə olur ki, “Qadir” (Qüdrətli) Allah qarşısında günaha yol veririk? Nəinki günahdan qorxmur, yol verdiyimiz günahları kiçik sayırıq. Anlamırıq ki, həmin günah səbəbindən həqiqi bir himayədən məhrum olur, dəhşətli bir uçuruma yaxınlaşırıq.

Həzrət Əli (ələyhissəlam) öz günahını kiçik sayanlar haqqında buyurur: “Ən ağır günah odur ki, günahkar onu kiçik saysın.”2


On dördüncü fəsil
TÖVBƏ3
Tövbə – ərəb kəlməsi olub “günahları tərk edib Allaha doğru qayıtmaq” mə`nasını verir. Başqa sözlə, insan ruhundakı dərin dəyişikliyə həqiqi tövbə deyilir. Belə ki, insan etdiyi xətanı anlayıb onu islah etdikdə vücudunun dərinliklərində dəyişiklik yaranmağa başlayır və o, etdiyi günahlardan peşiman olub Allaha tərəf qayıdır. Bu kəlmə Qur`anda 87 dəfə zikr olunmuşdur.

Cəmiyyət arasında tövbəyə aid üç yanlış fikri yada salmaq istərdik:




  1. Yüklə 1,31 Mb.

    Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin