Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


İKİ MƏSƏLƏ: CANİŞİNLİK VƏ ELMİ MƏRCƏİYYƏT



Yüklə 2,41 Mb.
səhifə10/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

İKİ MƏSƏLƏ: CANİŞİNLİK VƏ ELMİ MƏRCƏİYYƏT


Şiələr əldə etdikləri islami tə`limlər əsasında inanırdılar ki, cəmiyyət üçün ilk növbədə əhəmiyyət kəsb edən məsələ – islam tə`limlərinin və dini mədəniyyətin aydın olması,3 sonrakı mərhələdə isə bu iki dəyərin cəmiyyət arasında kamil cərəyan etməsidir.

Başqa sözlə desək, əvvəla cəmiyyət üzvləri dünyaya və insana real nəzərlə baxmalı, öz insani vəzifələrini bilməli və onlar şəxsi mənafelərinə uyğun olmasa belə, yerinə yetirməlidirlər.

İkincisi, dini hökumət cəmiyyətdə islamın həqiqi nəzm və inzibatını elə bir şəkildə qoruyub saxlamalı və icraya qoymalıdırdır ki, insanlar Allahdan başqa heç bir mə`buda sitayiş etməsinlər, eləcə də fərdi və ictimai ədalətdən, kamil azadlıqdan bəhrələnsinlər. Bu iki məsələ Allah tərəfindən paklaşdırılan və günahdan uzaq olan bir şəxsin əli ilə icra edilməlidir; əks halda, elmi məqamda və hakimiyyət kürsüsündə elə şəxslər oturacaqlar ki, öz üzərlərinə düşən vəzifələr qarşısında belə, fikri azğınlıq və xəyanətdən amanda deyillər; nəticədə islamın ümumbəşəri azadlıq, ədalətli vilayəti tədrici olaraq zülmkarlıq və istibdad əsasında olan səltənətə, padşahlığa çevriləcək; dinin pak və mütərəqqi maarifi sair dinlərin tə`limləri kimi xudbin və yaltaq alimlər tərəfindən təhrif olunacaqdır.

Peyğəmbərin (s) dəfələrlə buyurub təsdiq etdiyi kəlamlara əsasən, əməl və sözlərində doğruçu, tutduğu yol Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə uyğun olan şəxs yalnız Əli (ə) idi.1

Əgər əksəriyyət təşkil edən dəstənin üzvləri Qüreyş tayfasının Əlinin haqq xilafəti ilə müxalif olduğunu desəydilər, onda onların haqqa məcbur edilməsi, boyun qaçıranları və inadkarları yerində oturtmaq lazım gələrdi. Necə ki, onlar zəkat verməkdən imtina edən şəxslərlə vuruşub onların e`tirazlarına fikir vermədilər; aydındır ki, onlar istəsəydilər belə bir təqdirdə də Qüreyş tayfasının müxalifətçiliklərinə e`tina etməz və qorxudan haqqı tapdalamazdılar.

Bəli, şiələri seçki yolu ilə olan xilafətlə razılaşmaqdan çəkindirən məsələ onun xoşagəlməz nəticələrindən törənən qorxu, yə`ni islam hökumətinin düzgün olmayan üslubu və ali-dini tə`limlərin məhv edilməsi idi. Hadisələrin inkişafı da bu əqidəni günbəgün aşkar edir, şiələr də öz əqidələrində daha da möhkəmlənirdilər. İlk əvvəldə saylarının çox az olduğuna görə əksəriyyətin içərisində görünməz olduqlarına baxmayaraq, onlar batində islam tə`limlərini Əhli-beytdən əxz edir, öz yollarının həqiqətinə də`vət məsələsində israr edirdilər; eyni zamanda islam hökumətinin qüdrət, izzət, təhlükəsizlik və inkişafını qoruyub saxlamaq üçün aşkar şəkildə müxalifətçilik etmirdilər. Hətta onlar sünnülərlə çiyin-çiyinə cihada gedir, ümumi işlərdə qaynayıb-qarışırdılar; Əli (ə) şəxsən özü zəruri hallarda islamın ümumi mənafeyinə uyğun olan işlərdə yaxından iştirak edir, əksəriyyət təşkil edənlərə lazımi məsləhətlər verir və köməklik göstərirdi.1



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin