Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


SEÇKİ YOLU İLƏ OLAN XİLAFƏT MƏSƏLƏSİ VƏ ONUN ŞİƏLİK NƏZƏRİYYƏSİ İLƏ ZİDD OLMASI



Yüklə 2,41 Mb.
səhifə11/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

SEÇKİ YOLU İLƏ OLAN XİLAFƏT MƏSƏLƏSİ VƏ ONUN ŞİƏLİK NƏZƏRİYYƏSİ İLƏ ZİDD OLMASI


Şiələr inanırdılar ki, Allahın kitabında və Peyğəmbərin (s) sünnəsində bəyan olunan islam şəriəti qiyamətə qədər öz qüvvəsində qalmalıdır və onda heç bir dəyişiklik edilə bilməz.2

İslam hökuməti heç bir üzr gətirməklə şəriət qanunlarının icrasından boyun qaçıra bilməz. Onun yeganə vəzifəsi zamanın tələbi olan bə`zi işlərdə məsləhəti nəzərə alaraq, şəriət qanunları çərçivəsində şura yolu ilə müəyyən qərarlar çıxarmaqdır; lakin bu hadisənin gedişatında şiələrin siyasət xatirinə etdikləri bey`ət məsələsindən və həmçinin Peyğəmbərin (s) ömrünün son anlarında baş verən “kağız-qələm” hadisə-sindən aydın olurdu ki, xilafətin seçki yolu ilə olmasının tərəfdarları və onun icraçıları ilahi kitabın bir əsas qanun kimi qorunub saxlanmasını zəruri hesab edir və ona e`tiqad bəsləyirdilər. Onların nəzərinə görə Peyğəmbərin sünnəsi və buyurduğu kəlamlar belə bir əsalətə malik deyildir; o həzrətin vəfatından sonra onlar sabit qalmır və öz e`tibarını əldən verir. Onlar inanırdılar ki, islam hökuməti məsləhət bildiyi yerlərdə onları icra etməyə bilər. Bu nəzəriyyə sonralar səhabə barəsində nəql olunan bir çox rəvayətlərlə qüvvətləndirildi.1 Bu nəzəriyyənin ən bariz nümunəsi xəlifənin tanınmış bir sərkərdəsi olan Xalid ibni Vəlidin törətdiyi üzdəniraq hadisə idi; o, məşhur səhabə olan Malik ibni Nüveyrənin evində qonaq kimi gecələyərkən onu qəfildən öldürdü, başını kəsib ocağda yandırdı və həmin gecə də onun arvadı ilə zina etdi! Bu rüsvayçı cinayətlərin ardınca xəlifə onun hökumətində Xalid kimi sərkərdəyə ehtiyac olduğunu bəhanə edərək, onun barəsində şəriət hökmünü icra etmədi!!2

Həmçinin xumsu Peyğəmbər (s)-in Əhli-beytindən və o həzrətin yaxın adamlarından kəsdilər.1 Peyğəmbəri-Əkrəmin (s) hədislərinin yazılması birdəfəlik qadağan olundu. Hər hansı bir yerdə yazılı hədis tapılsaydı, yaxud bir kəsdən alınsaydı onu zəbt edib yandırırdılar.2

Məhəmməd ibni Əbi Bəkr deyir: Ömərin dövründə hədis çoxaldı, hədislər onun yanına gətirildikdə onların yandırılmasını əmr etdi.3

Bu qadağanlar raşidi xəlifələrinin dövründən əməvi xəlifəsi Ömər ibni Əbdül Əzizin zamanına qədər (99-102) davam etdi.

İkinci xəlifənin hakimiyyəti dövründə (13-25) bu siyasət daha qabarıq şəkildə büruzə gəldi və xəlifə şəriətin bə`zi hökmlərini, o cümlədən “təməttö` həcci”ni, “müt`ə nikahı”nı və azanda “həyyə əla xəyril-əməl” cümləsinin deyilməsini qadağan etdi, bir görüşdə üç təlağın qanuni hökm olmasına icazə verdi və s.4

İlk dəfə olaraq onun xilafəti dövründə beytül-mal camaatın arasında ədalətsiz şəkildə bölünməyə başladı. Bu da sonralar müsəlmanların arasında dəhşətli sinfi ziddiyyətlər və qanlı çəkişmələr yaratdı. Onun xilafəti dövründə Müaviyə Şamda padşahlara məxsus olan səltənət üsul-idarəsini tətbiq etdi, xəlifə də onu “ərəblərin kəsrası” adlandırdı və heç vaxt ona e`tiraz etmədi.

İkinci xəlifə 23-cü hicri-qəməri ilində iranlı bir qulun əli ilə öldürüldü. Onun öz göstərişi ilə tə`sis olunan altı nəfərlik şuranın rə`yinə uyğun olaraq, üçüncü xəlifə müsəlmanların rəhbərliyini öz öhdəsinə götürdü. O, öz xilafət illərində əməvi sülaləsindən olan qohum-əqrəbalarını xalqa hakim etdi, Hicazda, İraqda, Misirdə və s. islam ölkələrində rəhbərlik işini onlara həvalə etdi.1

O, bir çox qanunsuz hərəkətlərin bünövrəsini qoydu, aşkar şəkildə zülm, günah və əxlaqsızlıq etməyə, islamın cari qanunlarını pozmağa başladı; şikayətlər hər tərəfdən sel kimi xilafət mərkəzinə gəlməyə başladı. Lakin öz əməvi kənizlərinin, xüsusilə Mərvan ibni Həkəmin tə`siri altına düşən xəlifə o şikayətlərə məhəl qoymur və bə`zən də şikayətçiləri tə`qib edib onlara müxtəlif yollarla təzyiq göstərilməsinə əmr verirdi.1 Nəhayət hicri tarixi ilə 35-ci ildə onun əleyhinə qiyam baş verdi; bir neçə gün davam edən mühasirə və çarpışmalardan sonra xəlifə öldürüldü.

Üçüncü xəlifə öz xilafəti dövründə başda onun əməvi qohumlarının rəisi olan Müaviyə olmaqla, Şam hökumətini günbəgün möhkəmlətdi və həqiqətdə xilafətin təməllərini Şamda təmərküzləşdirdi; artıq Mədinədə yerləşən xilafət mərkəzi formal xarakter daşımağa başlayırdı.

Birinci xəlifə xilafət məqamına səhabələrin əksəriyyətinin seçkisi ilə, ikinci xəlifə birinci xəlifənin vəsiyyəti ilə, üçüncü xəlifə isə üzvləri və proqramı ikinci xəlifə tərəfindən tə`yin edilən altı nəfərlik şuranın vasitəsilə seçildi. İslam hökuməti üç xəlifənin üst-üstə 25 ildən artıq davam edən hakimiyyət illərində xəlifənin məsləhət və ictihadı əsasında idarə olunurdu. İslam maarifi yalnız Qur`an oxumaqla bitirdi; özü də təfsir olunmadan, yaxud heç bir araşdırma aparılmadan. Peyğəmbərin (s) sözləri (hədisləri) də kağız üzərinə gəlmədən, şifahi şəkildə söylənilməklə rəvayət olunurdu.

Yazı yazmaq yalnız Qur`ana məxsus idi və bu iş hədis barəsində qadağan edilmişdi.1 Hicri tarixi ilə 12-ci ildə qurtaran Yəmamə müharibəsində Qur`an qarilərindən bir dəstəsi qətlə yetirildi; Ömər ibni Xəttab birinci xəlifəyə təklif etdi ki, Qur`an ayələri bir müshəfdə yazılaraq bir yerə toplansın. O deyirdi ki, müharibə baş versə və sair Qur`an qariləri də öldürülsə, artıq Qur`an məhv olub aradan gedəcəkdir. Buna əsasən Qur`an ayələrini bir cilddə toplayaraq kitab halına salmalıyıq.2

Onlar Qur`an barəsində belə bir qərar çıxardılar, lakin, Qur`anın bəyanedicisi olan Peyğəmbər (s) hədisləri haqda heç bir tədbir görmədilər, (daha doğrusu əks tədbir gördülər. O həzrətin kəlamları Qur`andan da artıq təhlükə ilə üzbəüz olduğu halda onu yazmağı qəti şəkildə qadağan etdilər.) Onlar, mə`nalarında baş veriləcək nöqsanlardan – artırıb-azaldılmaq, qondarma və unutqanlıq kimi təhlükələrdən amanda deyildi. Bu dövrlərdə nəinki hədisin qorunub saxlanılmasına azacıq diqqət yetirilmirdi, hətta onun yazılması belə qadağan edilmişdi, ələ düşən hər bir hədisi də yandırırdılar.

Az bir müddət ərzində iş o yerə çatdı ki, hətta islamın zəruri məsələlərindən olan namaz barəsində belə, bir-biri ilə zidd olan çoxlu rəvayətlər nəql olundu. Bu müddət ərzində elmin digər sahələrində heç bir tədbir görülmədi, Qur`an ayələri və Peyğəmbərin (s) kəlamlarında elmin müqəddəsliyi, onun öyrənilməsinə olan tə`kid və təşviqlər görünməz oldu. Xalqın əksəriyyəti ardıcıl fəthlər və hər tərəfdən sel kimi axaraq Ərəbistan yarmadasına gələn qənimətlərlə məşğul idi. Artıq, başda Əli (ə) olmaqla, Peyğəmbər sülaləsinin elminə azacıq da olsa e`tina olunmurdu. Halbuki, Peyğəmbər (s) Əli (ə)-ı islam maarifi və Qur`anın mə`na və məqsədləri barədə ən agah və bilikli şəxs kimi təqdim etmişdi. Hətta Qur`anın toplanması hadisəsində ona e`tina etmədilər, onun adını belə dilə gətirmədilər. (Halbuki, Peyğəmbərin (s) vəfatından sonra Əli əleyhissəlamın bir müddət evdə oturub Qur`anı bir yerə topladığını və onlar yenicə qərara gəlib görmək istədikləri işi çoxdan başa çatdırdığını bilirdilər.)1

Bu və bu kimi bir çox hadisələr Əli (ə)-ın ardıcıllarının öz əqidələrində daha da möhkəmlənməsinə, işlərin gedişatında daha artıq ayıq və tədbirli olmalarına, həmçinin öz fəaliyyətlərini günbəgün artırmalarına səbəb olurdu. Xalqın ümumi şəkildə tə`lim-tərbiyə işlərindən məhrum olan Əli (ə) bu işlərlə xüsusi şəkildə məşğul olur, ayrı-ayrı şəxslərin hazırlanmasında əlindən gələni əsirgəmirdi.

Hicri tarixi ilə 25-ci ildə Əli (ə)-ın yaxın köməkçilərindən üç nəfəri (Salman Farsi, Əbuzər Ğifari və Miqdad) vəfat etdi. Lakin səhabələrdən böyük bir qrupu, Hicazda, Yəməndə, İraqda və s. yerlərdə olan səhabə və tabeinlərin əksəriyyəti Əli (ə)-ın ardıcıllarına qoşuldu; üçüncü xəlifənin öldürülməsindən sonra müsəlmanlar mümkün olan hər bir yolla o həzrətə bey`ət edərək onu xilafətə seçdilər.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin