Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


KİTAB VƏ SÜNNƏNİN NƏFS HAQDA MƏ`RİFƏT ƏLDƏ ETMƏYƏ DAİR GÖSTƏRİŞİ



Yüklə 2,41 Mb.
səhifə48/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

KİTAB VƏ SÜNNƏNİN NƏFS HAQDA MƏ`RİFƏT ƏLDƏ ETMƏYƏ DAİR GÖSTƏRİŞİ


Allah-taala Öz kəlamının bir neçə yerində insanları Qur`an barəsində dərindən təfəkkür etməyə, sadə, səthi idrakla qənaətlənməməyə əmr edir. Bir çox ayələrdə yaradılış dünyası və onda olan varlıqlar (istisnasız olaraq) Allahın ayə, əlamət və nişanələri kimi təqdim olunur.

Ayə və nişanə sözlərinin mə`nasında azacıq düşünməklə aydın olur ki, onlar özlərini deyil, məhz başqasını göstərdikləri üçün belə adlandır-ılmışlar. Məsələn, yol kənarında “ehtiyatlı olmaq” əlamətini göstərən qırmızı işıq qoylur və insan onu görməklə qarşıda təhlükə olduğunu başa düşür; bu zaman o, hadisə və xətərdən başqa heç bir şey düşünmür, həmin işığın özü haqda dərindən fikirləşmir. Əgər sürücü qırmızı işığın quruluşu və forması, şüşənin mahiyyəti və rəngi barədə fikirləşsə, bu halda onun təfəkkür qüvvəsində təhlükənin məhfumu deyil, şüşənin, yaxud çırağın surəti və ya rəngi qalacaqdır.

Dünya və onda mövcud olan varlıqlar da hamılıqla və hər bir cəhətdən Allahın əlamət və nişanələridirsə, deməli onların özlərinin heç bir müstəqillikləri yoxdur; hər tərəfdən görünsələr belə, yalnız pak olan Allahın göstəricisi olacaqdır. Qur`anın belə bir tə`lim və hidayətinə əsasən, dünya və onun simasına məhz bu nəzərlə baxan hər bir şəxs Allahdan başqa heç bir şey dərk etməyəcəkdir. O, başqalarının dünyanın ürəkoxşayan gözəlliklərindən dərk etdikləri şeyi bu dünyanın dar pəncərəsindən təcəlli edən sonsuz gözəlliklərə açılan bir qapı olduğunu görəcək; məhz belə olan surətdə öz varlığını əldən verərək ilahi məhəbbətə ürək bağlayacaqdır.

Mə`lum olduğu kimi bu cür idrak göz, qulaq və sair duyğu üzvləri, yaxud xəyal və əql qüvvəsi ilə həyata keçmir. Çünki bu vasitələrin həm özləri, həm də işləri ilahi ayə və nişanələrdir; Allahın varlığına dəlalət etmək, Ona doğru yol göstərmək məqamında bunların özləri unudulur.1

Allahı yad etməkdən, Ondan başqa hər bir varlığı unutmaqdan başqa bir iradə və əzmi olmayan bu şəxs Allahın buyurduğu: “Ey iman gətirənlər! Öz nəfsinizi tapın, siz (düz) yolu tapdığınız zaman yollarını azanlar sizə ziyan çatdıra bilməz”1kəlamını eşidəndə anlayacaqdır ki, kamil və real hidayətə şamil olan ən böyük yol onun nəfsinin yoludur; “Həqiqi Yol Göstərən” (Allah) da ona özünü tanımağı, bütün yolları arxada qoyaraq öz nəfsinin yolunu getməyi, Allahına öz nəfsinin pəncərəsindən baxmağı, bununla da özünün həqiqi istəyinə nail olmağı əmr etmişdir. Buna görə də Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kəs özünü tanısa Rəbbini də tanıyacaq.”2 Başqa bir hədisdə buyurulur: “Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü (nəfsini) daha yaxşı tanımış olsun.”

Bu yolun proqramları və seyri-süluku barəsində insanı Allahı yad etməyə əmr edən çoxlu Qur`an ayələri vardır. Belə ki, buyurulur: “Məni yad edin ki, Mən də sizi yad edim.”3 Bu barədə sair ayələri də misal göstərmək olar. “Allahı yad etmək” dedikdə məqsəd Qur`an və sünnədə ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun axırında da buyurulur: “Öz Peyğəmbərinizə itaət edin.”4

İslam dininin bu yolu ilahi yol kimi müəyyənləşdirməsi, amma bəndələrə o yolla getməyə tövsiyə etməməsi, yaxud onu tanıtdırıb, lakin onun proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu barədə e`tinasızlıq göstərməsi necə mümkün və ya təsəvvür oluna bilər; halbuki, Allah-taala Öz kəlamında buyurur:

“Biz Qur`anı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı olsun.”1




Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin