3.2. İşçi heyətinin təsnifatı və iş vaxtının operativ uçotu
Müəssisələrin işçi heyəti əməyin tətbiq edilmə sahəsindən asılı olaraq sənaye-istehsal heyətinə və qeyri sənaye-istehsal heyətinə bölünür. Sənaye-istehsal heyətinə məhsul istehsalı prosesində iştirak edən əsas, köməkçi və yardımçı sexlərdə, eləcə də bu istehsalatların idarə edilməsi və xidmət göstərilməsi ilə məşğul olan işçilər aid edilir.
Qeyri-sənaye istehsal heyətinə isə mənzil və kommunal təsərrüfatların uşaq bağçalarının və digər qeyri-sənaye və xidmət sahələrinin işçiləri daxil edilir. Heyətin kateqoriyasına görə işçilər – fəhlələrə, rəhbərlərə, mütəxəssislərə, qulluqçulara və s. bölünür. Peşə ixtisasları və s. əlamətlərə görə işçilər – çilingər, tornaçı, konstruktor, mühəndis, mexanik, mühasib, iqtisadçı və s. bölünür. İşçilərin ixtisas dərəcəsi onlara verilmiş dərəcələrlə müəyyən olunur. İxtisas dərəcəsi yüksəldikcə onlara daha yüksək dərəcə verilir. İşçi sayının uçotu zamanı siyahı və siyahıdankənar tərkibi bir-birindən fərqləndirilir. Siyahı tərkibinə müəssisənin siyahısından olan daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş müvəqqəti işçilər daxildir. Siyahıdankənar işçi heyətinə isə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan, işçiləri yerinə yetirmək üçün cəlb edilən müvəqqəti işçilər daxildir. Müəssisə işçilərinin şəxsi heyətinin uçotu müəssisənin kadrlar şöbəsi tərəfindən aparılır. Fəhlə və qulluqçuların sayı və hərəkətinin uçotu işin sənədlərlə – işə qəbul, xaricolma və başqa işə keçirilmə üzrə əmrlə rəsmiyyətə salınır.
Daimi, süvəqqəti və mövsümi işə qəbul olunanlar, fəhlə və qulluqçular üçün kartoçka, rəhbər işçi və qulluqçular üçün isə kadrların şəxsi vərəqəsi doldurulur.
Hər bir işçiyə işə qəbul olunan zaman tabel nömrəsi verilir ki, sonradan bütün ilkin sənədlərdə həmin nömrə yazılır. Müəssisənin mühasibatlığı ilkin sənədlərə əsasən hər bir işçiyə kartoçka – arayış və ya şəxsi hesab açır.
Müəssisələrdə iş vaxtından istifadənin uçotu iş vaxtından istifadənin uçotu tabellərində aparılır ki, onlar ya müəssisə üzrə ümumilikdə ay yaxud müəssisənin bölmələri və işçi ya ümumilikdə ay yaxud müəssisənin bölmələri və işçi kateqoriyaları üzrə aparılır. Tabeldən fəhlə və qulluqçuların iş rejiminə əməl etmələrinə nəzarət, əmək haqqı üzrə hesablaşma aparmaq və işlənmiş vaxt haqqında məlumat almaq üçün istifadə olunur. Tabel usta və ya tabelçi tərəfindən doldurulur və əmək haqqı hesablamaq üçün mühasibatlığa verilir. Üzürlü və üzürsüz səbəbdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları olduqda onlar müəyyən edilmiş sənədlərlə rəsmiyyətə salınır. Beləliklə, hər bir qayda olaraq bütün işçlərin işdə olması, işə gəlməmək və işə gecikmə halları tabel uçotunda əks etdirilir. Tabeldə qeydlər müxtəlif üsulla aparıla bilər. Müəssisədə iş vaxtından istifadənin uçotu tabelinin iki formasından istifadə olunur. Ə-12 saylı formalı tabeldə iş vaxtından başqa həm də əmək haqqının hesablanması, Ə-13 saylı formada isə ancaq iş vaxtından istifadənin uçotu aparılır. İş vaxxtının başlanması və qurtarılmasına nəzarət, eləcə də gün ərzində iş vaxtından istifadəyə nəzarət istehsal bölmələrinin rəhbərləri tərəfindən həyata keçirilir. Nəzarət kartoçka, jurnal, buraxılış, cədvəl-raport və nəzarət-buraxılış qurğuları vasitəsi ilə və s. həyata keçirilir.
Dostları ilə paylaş: |