2.4. Azqiymətli və tezköhnələn əşyaların uçotu
Azqiymətli və tezköhnələn əşyalara tərkibində müəssisənin istehsal prosesində əmək alətləri, təsərrüfat inventarları (stol, stul, mebel), işçiləri müdafiə vasitələri və s. özündə birləşdirir. Həmin qrupa daxil olan vəsaitlər əsas vəsaitlər kimi istifadə olunma nəticəsində özünün natural formasını dəyişmir və tədricən köhnəlir.
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 8-ci bəndində aşağıdakı əşyalar əsas vəsaitlərə aid edilməyərək azqiymətli və tezköhnələn əşyalar qrupunda uçotda əks olunurlar:
a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) istehsal prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun dəyərinə keçirən və bu prosesdə natural formasını saxlayan sərvətlər;
v) dəyərindən və xidmət müddətindən asılı olmayaraq vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidini və dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən asılı olan əmək əşyaları;
q) dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri;
d) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş mexanizmlər və alətlər;
e) vahidinin və ya dəstinin dəyərindən, xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
ə) vahidinin və ya dəstinin xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərin xüsusi geyir formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa düdcə idarələrində verilən geyimlər ə ayaqqabılar;
j) dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. tikintilər;
z) anbarda əmtəə-material qiymətlilərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan taralar;
i) dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar;
k) cavan və kökəlməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
l) tinlikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr və s.
Yuxarıda göstərilən əşyalar və sərvətlər mühasibat uçotunda ilk dəyəri ilə, yəni onların alınması, tikilməsi yaxud hazırlanmasına çəkilən faktiki xərc məbləğləri üzrə əks etdirilir. Müəssisədə bu əşyaların köhnəlmə məbləği üçot və hesabatda ayrıca əks etdirilir.
Müəssisəyə məxsus tərkib azqiymətli və tezköhnələn əşyaların, mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün 12 «Azqiymətli və tezköhnələn əşyalar» hesabı müəyyən olunmuşdur.
Təcrübədə 12 «Azqiymətli və tezköhnələn əşyalar» hesabının aşağıdakı subhesablarından istifadə edilir.
12-1 «Ehtiyatda olan azqiymətli və tezköhnələn əşyalar»
12-2 «İstismarda olan azqiymətli və tezköhnələn əşyalar»
12-3 «Müvəqqəti (titulsuz) tikintilər».
Azqiymətli və tezköhnələn əşyaların hərəkəti üzrə əməliyyatların uçotu materialların hərəkətinin uçotuna uyğun olaraq aparılır.
Azqiymətli və tezköhnələn əşyalar 12 «Azqiymətli və tezköhnələn əşyalar» hesabında ilk dəyərlə uçota alınır. Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsinin uçotu 13 «Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabında aparılır.
Mühasibat uçotunda azqiymətli və tezköhnələn əşyaların anbardan istifadəyə verilməsi onlara köhnəlmə hesablanması və bu əşyaların istismar müddəti başa çatdığına görə silinməsinin uçotda əks etdirilməsi aşağıdakı qaydada icra olunur:
1. Azqiymətli və tezköhnələn əşyalar müxtəlif istiqamətlərdə istifadə olunması üçün anbardan istismara buraxılarkən aşağıdakı mühasibat yazılış ilə uçotda əks etdirilir:
D-t 12/2hesabının 2«İstismarda olan azqiyməti və tezköhnələn əşyalar» üzrə subhesabı.
K-t 12/2hesabın ehtiyatda olan «Azqiymətli və tezköhnələn əşyalar» subhesabı (faktiki maya dəyəri ilə).
Nəzərə almaq lazımdır ki, vahidinin və dəstinin dəyəri əsas vəsaitlərin dəyərinin minimum həddinin (550000 manat) 1/20 hissəsi qədər olan azqiymətli əşyalar istismara verildikcə onların dəyərini birbaşa məsrəflərə aid etmək olar. Belə əşyaların dəyəri istismara verilən kimi məsrəflərə silinərək aşağıdakı yazılış aparılır:
D-t 20 – «Əsas istehsalat»;
23 – «Köməkçi istehsalat»;
25 – «Ümumi istehsalat xərcləri»;
26 – «Ümumtəsərrüfat xərcləri» və s.
K-t 12/1 «Anbarda olan ATƏ» hesabı.
İstismar vaxtı bu əşyaların qorunub saxlanmasını təmin etmək məqsədilə müəssisədə onların hərəkəti və istifadə edilməsi üzərində lazımi nəzarət təşkil olunmalıdır.
2. Azqiymətli və tezköhnələn əşyalar dəyəri onlara köhnəlmə hesablanmaqla həyata keçirilir. Həmin əşyalar üzrə köhnəlmənin uçotu passiv hesab sayılan 13«Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabında ayrıca aparılır.
Azqiymətli və tezköhnələn əşyalara köhnəlmə iki formada hesablana bilər:
Əvvəla azqiymətli və tezköhnələn əşyalar anbardan istismara verildikdə onların vahidinin yaxud dəstinin dəyərinin 50%-i miqdarında köhnəlmə hesablanır, qalan 50% isə istismar müddətində yararsız olub, silindikcə (mümkün olan istifadə dəyəri çıxılmaqla) xərclərə aid edilir. İkinci halda əşyalar istismara verildikdə 100% dəyər həcmində köhnəlmə hesablanır.
Müəssisələrdə azqiymətli və tezköhnələn əşyalara köhnəlmə hesablanması forması qəbul olunmuş uçot siyasətində müəyyən olunur.Belə ki, azqiymətli və tezköhnələn əşyalar istismara verilən zaman ilk dəfə 50 % həcmində köhnəlmənin hesablanması aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:
D-t 20 – «Əsas istehsalat»
23 – «Köməkçi istehsalat»
25 – «Ümumi istehsalat xərcləri»
26 – «Ümumtəsərrüfat xərcləri» və s.
K-t 13 – «Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabı əşyalar xüsusi təyinatlı fondların hesabına alınmış olsun
Bundan sonra ATƏ yararsız hala düşdükdə müvafiq qaydada tərtib olunmuş akta əsasən silinir və belə köçürmə verilir:
Dt - 13 «ATƏ-nin köhnəlməsi» hesabı – əldə edilmiş material dəyərlilərinin mümkün istifadə dəyəri çıxılaqla
Dt - 10 «Materiallar» hesabı – alınmış material qiymətlilərinin mümkün istifıadə qiyməti ilə dəyəri.
Kt – 12/2 «İstismarda olan ATƏ» hesabı – istismara buraxılmış azqiymətli əşyaların tam dəyəri.
Nəhayət, silinmiş ATƏ-yə 50 % həcmində ikinci dəfə köhnəlmə hesablanan zaman alınmış dəyərlilərin mümkün istifadə qiyməti çıxılmaqla aşağıdakı mühasibat köçürməsi tərtib olunur.
D-t 20 – «Əsas istehsalat» hesabı;
23 – «Köməkçi istehsalat» hesabı;
25 – «Ümumi istehsalat xərcləri» hesabı;
26 – «Ümumtəsərrüfat xərcləri» hesabı və s.
K-t 13 – «Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabı.
ATƏ-nin analitik uçotu onların təsnifatı qrupları üzrə aparılır.
Dostları ilə paylaş: |