QİYMƏTİ QALDIRMAQ VƏ SALMAQ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə həsəd aparmayın, hərracda almayacağınız malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz döndərməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaşlıq edən qulları olun! Müsəlman müsalmanın qardaşıdır. Ona zülm etməz, onu tək buraxmaz, ona yalan danışmaz, ona xor baxmaz (alçaltmaz). Üç dəfə sinəsinə işarə edərək təqva buradadır. İnsana şər olaraq müsəlman qardaşına xor baxması kifayyət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər bir müsəlmana haramdır»797. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizin ticarətini vurmayın. Qardaşınızın nigahlandığı qadına nigahlanmayın. Əgər qardaşınız buna izn verərsə bu müstəsnadır»798. Ukbə b. Amir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin möminin qardaşıdır. Heç bir mömin qardaşının ticarətini vurmasın. Müsəlman qardaşın nigahlandığı qadından əl çəkmədikcə o qadına nigahlanması halal deyildir»799. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hiyləgərlik və fırıldaqçılıq Cəhənnəmdədir»800.
İSRAFÇILIQ
«Həqiqətən sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur». (əl-İsra 27). Muğira b. Şöbə – radıyallahu anhu – nun katibi Vərrad rəvayət edir ki, Muaviyə – radıyallahu anhu – Muğirə – radıyallahu anhu – ya məktub yazır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyin şeydən mənə yaz. Vərrad deyir ki, Muğira mənə yazdırdı, mən də əlimlə bu sözləri yazdım: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in çoxlu (faydasız) suallar verməkdən, malı israf etməkdən (lazımsız yerə xərcləməkdən) və dedi-qodudan (Başqa rəvayətdə: Valideyinlərə itaətsizlikdən, qız uşaqlarını diri-diri basdırmaqdan) çəkindirdiyini eşitdim»801. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allah sizin üç əməlinizdən xoşlanır, üç əməlinizdən isə xoşlanmaz. Ona ibadət etməyinizdən, Ona heç bir şeyi şərik qoşmamaq-dan, Allahın ipindən birlikdə ayrılmayaraq sarılmanızı xoşlayır. Dedi-qodu etməyinizdən, çox sual verməyinizdən və malı israf etməkdən (lazımsız yerə xərcləməyinizi) xoşlamır»802. Muaz b. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimin malı olduğu halda Allah üçün təvəzökarlıq göstərərək (bahalı) paltar geyinməyi tərk edərsə Allah Qiyamət günü onu bütün insanları hüzurunda çağırır və iman əhlinin zinətlərindən dilədiyini seçib geyinməkdə onu sərbəst buraxır»803. İbn Məsud - radıyallahu anhu – deyir ki: «İsrafçılıq malın düzgün olmayan yolda sərf edilməsidir». Mucahid – rahmətullahi aleyhi - deyir ki: «Əgər insan özünün bütün varını haqq yolda xərcləyibsə, bu israfçılıq deyil. Əgər o, heç olmasa bir kq əyri yolda xərcləyibsə o, israfçı hesab olunur»804.
QUMAR
«Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). Allah bu ayədə qumarı öz adı ilə adlandırmadı. Onu Meysir – Yəsir sözündəndir asan deməkdir. Asanlıqla qazanılan bir şeyə deyilir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Öz dostunu qumara dəvət edən: Gəl mənimlə oynayaq – deyən kimsə sözünə görə sədəqə verməlidir»805. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Meysir qumardır»806. Dili ilə söylədiyinə görə sədəqə vermək lazım gəlirsə bunu oynayan haqqında fikrin nədir?
BAŞIN BİR HİSSƏSİNİ QIRXIB, DİGƏR HİSSƏSİNİ SAXLAMAQ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – başın bir hissəsini qırxıb, digər hissəsini saxlamağı qadağan etmişdir»807. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – başının bir hissəsi qırxılaraq digər hissəsi buraxılmış bir uşaq gördü və buyurdu: «Ya tam qırxın, ya da əl vurmayın»808. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – qadınlara başlarını qırxmağı qadağan etmişdir»809.
OĞURLUQ
«Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Maidə 38). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Cəhənnəm gətirildi. Bu məni (namazda) geriyə çəkilərkən gördüyünüz anda oldu. Odunun mənə toxunmasından qorxaraq geriyə çəkildim. Əl ağacı tutmuş bir adamın Cəhənnəmin içində bağırsaqlarını sürüyərək dolaşdığını gördüm. O adam (bu dünyada) əl ağacı ilə hacıları soyurdu. Həci bunu görəndə: Əl ağacıma ilişdi – deyirdi. Həci görməyəndə isə oğurladığını götürüb gedərdi»810. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurlayıb əli kəsilən, ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»811. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Mahzum oğullarından, oğurluq etmiş bir qadının durumu Qureyşliləri xeyli üzmüşdü. Qureyş: «Bu qadın haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə kim danışa bilər?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in çox sevdiyi Usamə b. Zeyd - radıyallahu anhu – dan başqasının buna cəsarəti çatmaz» deyə qərar verdilər. Usamə bu halı Peyğəmbər – sallallahu aleyhi və səlləm – danışdıqda o, buyurdu: «Allahın qoyduğu cəzalardan birinin qaldırılmasınımı istəyirsən?» deyə buyurdu və qalxaraq bir xütbə verdi: «Sizdən əvvəlkiləri həlak edən bu idi: Özlərindən adlı-sanlı biri oğurluq edincə onu buraxardılar. Zəif və yoxsul kimsə oğurluq etdiyi zaman isə ona cəza verərdilər. Allaha and olsun ki, Muhəmmədin qızı Fatimə - radıyallahu anhə – də oğurluq etsəydi onun belə əlini kəsərdim (Qəzəbdən onun rəngi dəyişmişdir. Usamə: «Ya Rəsulullah! Mənim üçün Allahdan bağışlanma dilə» dedim. Sonra o qadının əli kəsildi)»812.
RÜŞVƏT
«Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın mallarından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə (rüşvətlə) hakimlərə müraciət etməyin». (əl-Bəqərə 188). Əbu Hureyrə -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alana və verənə də Allah lənət etsin»813. Rüşvət zəmanəmizdə geniş yayılmışdır. Belə ki, bəzi məmurlar üçün maaşdan daha yüksək gəlir mənbəyinə çevrilmişdir. İşlərin bir çoxu rüşvətlə başlayır və rüşvətlə də sona yetir. Yaxşı xidmət ancaq rüşvət verənə göstərilir. Verməyənə ya pis xidmət göstərilir. Ya da işi gecikdirilir, əhəmiyyətsizləşdirilir. Ondan sonra gəlib rüşvət verənlər ondan daha tez işlərini bitirirlər. Məktəblərdə, zavod və iş yerlərində rüşvətsiz işə götrülmür, rüşvətsiz səni heç adam yerinə də qoymurlar. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın lənəti rüşvət alana və rüşvət verənə olsun»814.
ƏRAZİ ZƏBT ETMƏK
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim haqqı olmayan bir torpaq parçasını alsa (zəbt) etsə Qiyamət günü yeddi qat yerin dibinə keçirilir»815. Yəla b. Mərra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qarış torpağı belə haqqı olmadan alarsa yeddi qat yerin dibinə qədər torpağı qazmaqla əmr ediləcəkdir. Sonra Allah Qiyamət günü insanlar arasında hökmünü verənə qədər Allah o torpağı həmən şəxsin boynuna yükləyəcək (keçirəcək)»816. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə»817. Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir parça ərazini yolu ilə alarsa, qarşılığında Qiyamət günü yeddi qat yer onun boynuna dolanacaqdır»818. İbn Həcər – rahmətullahi aleyhi - Xattabi – rahmətullahi aleyhi - dən rəvayət edir ki: «Boynuna dolanacaqdır – ifadəsinin iki mənası vardır: Birinci – Bu şəxs Qiyamət günü haqsız yerə aldığı yeri məhşərə daşımaqla yükümlü olacaqdır və beləcə o yer onun boynunda halqa kimi olacaqdır. İkinci – yeddi qat yerin dibinə keçirilməklə cəzalandırılacaqdır. Hər yer qatı onun boynuna halqa şəkilində keçiriləcəkdir».
VASİTƏÇİLİK ÜÇÜN HƏDİYYƏ ALMAQ
İnsanlar arasında vəzifə və mövqe sahibi olmaq Allahın şükr edən bəndəsinə verdiyi nemətlərdən biridir. Bu nemətin şükrünü yerinə yetirmənin bir forması da vəzifə və mövqe verilən şəxsin bunları müsəlmanların faydalanmasına yönəltməsidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən qardaşına faydalı olmağa gücü çatan varsa bunu etsin»819. Qanuni imkanlardan istifadə edərək, hər hansı bir haram işlətmədən və ya başqasının haqqına toxunmadan, təmiz niyyətlə müsəlman qardaşını bir haqsızlıqdan qurtaran və yaxud ona xeyir verən şəxs Uca və Böyük olan Allah dərgahında mükafatlandırılır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Yaxşılıq üçün) vasitəçilik edin ki, savaba çatasınız»820. Bu vasitəçilik və xahiş etməyə görə əvəzində bir şey almaq qadağandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir vasitəçilik işində iştirak edər və buna görə ona verilən hədiyyəni qəbul edərsə o, faiz qapılarından ən böyüyünə girmiş olur»821. Həsən b. Səhlin yanına bir nəfər gələrək bir işdə vasitəçi olmasını istəyir. O da bu işi həll edir. Buna görə də həmən adam ona təşəkkür etməyə gəlir. Həsən: «Nə üçün bizə təşəkkür edirsən? Biz malın bir zəkatı olduğu kimi, mövqeyin (vəzifənin) də bir zəkatı olduğunu qəbul edirik»822.
İŞÇİYƏ HAQQINI VERMƏMƏK
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əmək haqqı alan işçiyə haqqını təri qurumamışdan əvvəl verin»823. İşləyənlərə, fəhlə və məmurlara əmək haqlarının verilməməsi insanlar arasında mövcud olan haqsızlıqlardandır. Əmək haqqını tam ödəməmək, haqsızcasına çətinlik yaratmaq. Müəyyən bir əmək haqqının ödənilməsi haqda müqavilə bağlayır və işçi də onun bu müqaviləsinə inanaraq işə başlayan kimi iş müqaviləsi daha az əmək haqqı göstərməklə dəyişdirilir. Buna baxmayaraq fəhlələr onun yanında qalıb işləməyə məcbur olurlar. Çünki onların öz haqlarını sübut etməyə gücləri çatmır. Yaşlı insanların başqa bir iş tapa bilməyəcəklərindən istifadə edərək onları incitmək. Maaşlarını kəsmək və s. İşçiyə əlavə işlər verib, iş vaxtını uzadaraq əvəzində ancaq müqavilə maaşını vermək və əlavə haqqını verməmək. İşçini haqqını tələb etməkdən yayındıraraq uzun-uzadı mübahisələrdən, ora-bura qaçmaqdan, şikayətlərdən və məhkəmələrə müraciətdən sonra onun haqqını ödəmək. İş sahibinin əmək haqqının ödənməsini gecikdirməkdə məqsədi onu bezikdirib haqqını almaqdan çəkindirmək və ya onların pullarını müəyyən müddət ərzində istifadə edərək əlavə xeyir götürməkdir. Vay zalımların halına! Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç nəfərlə düşmənçilik edəcəyəm. Mənim adımla söz verib sonra isə sözünə sadiq olmayan kimsəylə, azad bir insanı qul kimi sataraq pulunu yeyənlə və fəhlə tutub işini gördürdükdən sonra haqqını verməyən kimsəylə»824. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Qiyamət günü Allah üç kimsəyə düşmən (rəqib) olacaqdır. Mənim adımla söz verib sonra da sözündə durmayan kimsə, azad bir insanı qul kimi sataraq pulunu da yeyən kimsəyə işçini öz işi üçün işlədərək pulunu verməyən kimsəyə»825.
UŞAQLARA HƏDİYYƏ VERMƏKDƏ ƏDALƏTLİ OLMAMAQ
İnsanlardan bir çoxları uşaqlarına hədiyyə verməkdə, geyimdə və s. birini digərindən üstün tuturlar. Bu əməl şəriət ilə yol verilməzdir. «Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun». (əl-Maidə 8). Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, atam məni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirərək dedi: «Mən bu oğluma bir kölə bağışlamışam. (Zövcəm) Amra b. Rəvaha sənin bu əmələ şahidliyini istəyir». Peyğəmbər: «Eynisini digər uşaqlarına da bağışlamısanmı?» deyə buyurdu. Atam: «Xeyr» dedikdə Peyğəmbər: «Onu geri al!» deyə buyurdu (Başqa rəvayətdə: Allahdan qorxun və övladlarınızla ədalətlə rəftar edin)»826. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Belə olduqda məni şahid tutmayın. Çünki mən haqsızlığa şahidlik etmirəm (Başqa rəvayətdə: Bu uşağda arzu etdiyin yaxşılığın bənzərini digərlərindən də arzu etməzsənmi?) (Başqa rəvayətdə: Bütün uşaqlarının sənə qarşı yaxşı davranmaq xüsusunda bərabər olmaları səni sevindirməzmi?)»827.
EHTİYACI OLMADIĞI HALDA İNSANLARDAN İSTƏMƏK (DİLƏNMƏK)
Səhl b. Hənzələ - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ehtiyacını ödəyəcək qədər imkanı olduğu halda başqasından istəyən kimsə ancaq Cəhənnəm atəşini artırmaq istəyir». Soruşdular ki: «Bəs onda ehtiyacını ödəməmək nədir?». Peyğəmbər: «Səhər və axşam yeyəcəyi miqdarı qədər» deyə buyurdu828. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünə çata biləcək qədər malı olmasına baxmayaraq dilənən insan Qiyamət günü üzündə yara və (üzü) sıyrılmış halda gələcəkdir»829. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlardan öz malını çoxaltmaq üçün onların mallarını istəyən şübhəsiz ki, bir od parçası istəmişdir»830. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yüksək əl alçaq əldən xeyirlidir. Çünki yüksək əl verən, alçaq əl isə istəyən əldir»831. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Miskin qapı-qapı dolaşmağı sənət edən, sədəqə üçün xalqı dolaşıb birinin iki loxma, birinin iki xurma verdiyi dilənçi kimsə deyildir». Səhabələr: «Elə isə miskin kimdir? Ya Rəsulullah!» dedilər. Peyğəmbər: «Miskin zərurətlər içərisində iffətli qalmağa çalışan, (xalq tərəfindən) zərurəti bilinməyən, özü də xalqdan bir şey istəməyən kimsədir. İstəsəniz bu ayəni oxuyun: «(Sədəqə) Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Muhəmməd!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi şübhəsiz ki, Allah bilir. (əl-Bəqərə 273)» deyə buyurdu832. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim çox mal toplamaq üçün insanlardan onların mallarını dilənirsə heç şübhəsiz ki, bir atəş parçasını istəmişdir. Artıq bu atəşin az olmasını, ya da çox olmasını istəsin»833. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «And olsun ki, sizdən birinizin səhər tezdən (meşəyə) gedərək belinə odun toplayaraq (onu satması) və insanlara əl açmaması onun üçün bir kimsənin yanına gələrək ondan sədəqə istəməsindən xeyirlidir. Kim bilir ki, o istədiyi kimsə ona verər, yoxsa verməz»834. Avfu b. Məlik əl-Əşcai - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda doqquz, yaxud səkkiz, yaxud yeddi kişi idik. Peyğəmbər: «Allahın Rəsuluna beyət etməzsinizmi?» deyə buyurdu. Halbuki bizlər bir az öncə ona beyət etmişdik və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sualını üç dəfə təkrar etdi və bizlər də əllərimizi beyət üçün uzadıb: «Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik» dedik. Peyğəmbər: «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin» deyə buyurdu. Sonra mən bu cəmaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi (özü düşər) və götürərdi»835. Sovban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə insanlardan bir şey dilənməyəcəyinə söz verirsə mən də onun Cənnətə girməsinə zamin olaram». Sovban: «Mən söz verirəm» dedim. Ravi deyir ki: «Həqiqətən də Sovban heç kimsədən bir şey istəməzdi»836. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç kimsə əlinin zəhmətindən daha xeyirli bir loxma yeməmişdir. Davud – əleyhissəlam – öz əlinin zəhmətiylə (qazan-dığından) yeyirdi (Başqa rəvayətdə: Zəkəriyyə – əleyhissəlam – dülgər idi)»837. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman olan, ehtiyacını ödəyəcək qədər ruzisi olan və Allahın verdiyi ilə qənaətkar olan kimsə heç şübhəsiz ki, qurtulmuşdur»838.
QAYTARMAQ İSTƏMƏDİYİ HALDA BORC ALMAQ
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir». (ən-Nisa 58). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanların malını geri qaytarmaq üçün (borc) alan şəxsə Allah zamin durur. O mala zərər vurmaq üçün (borc) alanı isə (Allah) zərərə məruz qoyur»839. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Subhənəllah! Allah borca aid nə qədər ağır hökmlər endirmişdir. Nəfsim əlində olana (Allaha) and olsun ki, əgər bir nəfər Allah yolunda öldürülsə, sonra dirildilib təkrar öldürülsə və sonra bir də dirildilib öldürülərsə və ödənilməmiş borcu olarsa onu qaytarana qədər Cənnətə düşməz»840.
ZƏFƏRANLA BOYANMIŞ PALTARDAN İSTİFADƏ ETMƏK
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – kişilərin zəfərandan istifadə etmələrini qadağan etmişdir»841. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – zəfəranla boyadılmış iki paltarı əynimdə gördükdə: «Bunu geyinməyi ananmı sənə tövsiyə etdi?» deyə buyurdu. Mən: «Onları silimmi?» dedim. Peyğəmbər: «Xeyir, onları yandır (Başqa rəvayətdə: «Bunlar kafirlərin paltarlarındandır. Onları geyinmə)» deyə buyurdu842.
İÇKİ İÇMƏK
«Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). Xamr – Xumr, örtən deməkdir. Allah bu ayədə içkini öz adı ilə adlandırmadı. Onu xamr «Örtən» deyə adlandırdı. «Mömin qadınlara da de ki: Gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar, öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər». (ən-Nur 31). Buna görə də bəzi kimsələrə deyiləndə ki, narkotik maddələr haramdır deyirlər ki: «Necə ola bilər ki. haram olsun hansı ki, o dövrdə narkotik yox idi». Onlara dəlil məhz bu ayədir. Ağlı örtən hər bir şey haramdır. Bu dünyada şərab içən kimsə Cənnət şərabından məhrum olacaqdır. «Onlar üçün şərab dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən şərab. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran, baş ağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar». (əs-Saffət 46-47). «Onlara gözəl ətirli, təmiz, möhürlü şərab içirdiləcəkdir». (əl-Mutaffifin 25-26). İbn Ömər və Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər hamr haramdır)»843.
Bəzi kimsələr Allah içkinin haram olduğunu deməyib, sadəcə olaraq «Ondan çəkinin» deyən şəxslərin heç birinin buna gətirə biləcəyi dəlili yoxdur. Hətta bəziləri: «İçkinin haram edilməsini içib özünü apara bilməyənlər üçündür, biz ki, özümüzü (yaxşı) apara bilirik». Bir başqalar: «Həkimlər məsləhət edir ki, gündə 100 qr içmək lazımdır. Bədəni təmizləmək üçün, diezeinfeksiya etmək üçün». Bir başqaları da hələ sənə dəlil də gətirirlər ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – yeyib-içən bir məclisin yanından keçərkən onlara nuş olsun deyir. Geri qayıtdıqda görür ki, onların arasında mübahisə düşüb. Peyğəmbər: «Haram olsun» deyə onlara buyurur. Subhənəllah! Bu qədər də yalan və böhtan olar. Allahdan qorxun! Həkimlərin dediyini qəbul edir, şeytanların uydurduq-ları əfsanələri qəbul edir, lakin onu yaradanın və onun üçün nəyin daha xeyirli olduğunu bilən Allahın ayəsinə şəkk-şübhə edir. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca və Böyük olan Allah içki içən şəxsə Tinətul Xabəldən içirəcəyinə söz vermişdir». Səhabələr: «Ey Allahın Rəsulu! Tinətul xabəl nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəm sakinlərinin təri və ya (yanmaları nəticəsində) bədənlərindən axan sudur»844. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «İçki düşkünü olaraq ölən şəxs bütə sitayiş edənlər kimi Allahın hüzuruna gətriləcəkdir»845. Zəmanəmizdə şeytana qulluq edənlər içkinin çeşidlərini artıraraq onları bəzəyir və insanları cəlb edən adlarla adlandırırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən olan adamların bir hissəsi içki içib onu başqa adla adlandıracaqlar»846. «Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar». (əl-Bəqərə 9). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa haramdır»847. Az və ya çox olmasından aslı olmayaraq ağılı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sərxoş edici şeylərin azı da, çoxu da haramdır»848. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim içki içərək sərxoş olarsa qırx gün namazı qəbul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Sonra təkrarən yenə də içib sərxoş olarsa qırx gün namazı qəbul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Sonra bu əməli təkrar edərək yenə də içib sərxoş olarsa qırx gün namazı qəbul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Lakin bundan sonra yenidən tövbəsindən dönərsə Allahın Qiyamət günü ona Radğatul Xabəl içirməsi haqqınadır». Səhabələr: «Ey Allahın Rəsulu! Radğatul Xabəl nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəm əhlinin (yanması nəticəsində) bədənlərindən axan sudur»849. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır»850. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha və axirət gününə iman edən bir kimsə xanımını ümumi hamama salmasın. Allaha və axirət gününə iman edən kimsə örtündükdən sonra hamama girsin851 və Allaha axirət gününə iman edən kimsə içki olan süfrəyə oturmasın»852. Ömər - radıyallahu anhu – rəvayət edir ki: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «(Ey Muhəmməd!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür». (əl-Bəqərə 219). Ömər - radıyallahu anhu – yenə də: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsul edənədək namaza yaxınlaşmayın». (ən-Nisa 43). Ömər - radıyallahu anhu – yenə də: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?». (əl-Maidə 90). Ömər: «Son qoyduq, son qoyduq» deyə təkrar etdi853. Tariq b. Suveyd əl-Cufi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən şərab haqqında soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də onu şərabdan nəhy etdi. Tariq: «Mən şərabı ancaq dərman üçün istifadə edirəm» deyə soruşdu. Peyğəmbər: «O, dərman deyildir, lakin o bir dərddir (Başqa rəvayətdə: Allah ümmətimin şəfasını haram olan şeydə qoymayıb)» deyə buyurdu854. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xamr - bu iki ağacdandır. Xurma və üzüm»855. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – quru üzümlə xurmanı və (köhnə) xurma ilə təzə xurmanı qarışdıraraq (şərab) düzəltməkdən nəhy etdi»856. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, AbdulQeys857 heyəti Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia qəbiləsindənik. Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir qəbilə maneə olmuşdur. Buna görə də sənin yanına yalnız Haram aylarda858 gələ bilirik. Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə qalanlara onu dəvət edək Cənnətə girək. Rəsulullah – sallallahu aleyhi və səlləm – onlara dörd şeyi əmr etdi və dörd şeydən də çəkindirdi. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən, Nakirdən və Muzzafərdən çəkindirirəm»859.
Dostları ilə paylaş: |