Ајәтуллаһ Мисбаһ Јәзди


ƏQLİ FƏALİYYƏT NƏZƏRİ ƏSASLARA EHTİYACLIDIR



Yüklə 2,8 Mb.
səhifə14/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   10   11   12   13   14   15   16   17   ...   289

ƏQLİ FƏALİYYƏT NƏZƏRİ ƏSASLARA EHTİYACLIDIR


İxtiyar üzündən olan rəftar lazımi nəticəyə çatmaq üçün bir vasitədir. Həmin rəftarın dəyəri onun nəticəsinin və onun nəzərdə tutulan hədəfinin nə dərəcədə əhəmiyyətli olmasına bağlıdır. Bu ruhun təkamülündə təsir qoyur. Belə ki, əgər hər hansı rəftar bir müəyyən ruhi kamilliyin əldən verilməsinə səbəb olsa, mənfi dəyərə malik olacaqdır.

Deməli, əql ixtiyari rəftarlar barəsində o zaman mühakimə yürüdüb onları dəyərləndirə bilər ki, insan kamillikdən və onun mərtəbələrindən agah olsun, insanın necə bir varlıq olduğunu, onun həyat dairəsinin şüalarının hara qədər gedib çatdığını və kamilliyin hansı dərəcəsinə çata biləcəyini başa düşə bilsin. Başqa sözlə desək, onun vücudunun hansı imkanlara malik olduğunu və onun yaradılışında hədəfin nə olduğunu bilsin.

Buna əsasən düzgün ideologiyanın, yəni şüurlu davranışa hakim kəsilən dəyər sisteminin müəyyən olunması düzgün dünyagörüşə malik olmağa və onun məsələlərini həll etməyə bağlıdır. Bu məsələləri həll etməyincə rəftarların dəyəri barəsində qəti mühakimə yürütmək olmaz. Eləcə də hədəf məlum olunmayınca ona tərəf gedən yolun müəyyən olunması da mümkün deyildir. Deməli, dünyagörüşün əsas məsələlərini təşkil edən bu nəzəri mərifətlər həqiqətdə əqli fəaliyyətin və dəyər sisteminin əsasını, bünövrəsini təşkil edir.

NƏTİCƏ


Bu müqəddimələrə diqqət yetirməklə dinlə bağlı axtarış aparmaq, düzgün ideologiya və dünyagörüş əldə etmək üçün səy göstərməyin zəruri olmasını belə isbat edirik:

İnsan fitri olaraq özünün insani kamalını axtarır və müəyyən işləri yerinə yetirməklə həqiqi kamilliyə çatmaq istəyir. Amma hansı işlərin onu öz istədiyi hədəfinə yaxınlaşdırdığını bilməsi üçün ilk növbədə özünün son kamilliyini tanımalıdır. Onu tanıması isə öz vücudunun həqiqəti, onun mənşəyi və sonu haqqında mərifət kəsb etməsinə bağlıdır. Sonra kamalının müxtəlif mərtəbələrini və eləcə də müxtəlif əməllər arasında müsbət, yaxud mənfi rabitəni ayırd etməlidir ki, özünün insani təkamülü üçün düzgün olan yolu tapa bilsin. Bu nəzəri mərifətləri (dünyagörüş prinsiplərini) əldə etməyincə düzgün rəftar sistemini (ideologiyanı) qəbul edə bilməz.

Deməli, düzgün ideologiyaya və dünyagörüşə malik olan haqq din barədə mərifət kəsb etmək üçün çalışmaq zəruridir və bu iş olmadan insani kamilliyə çatmaq olmaz. Eləcə də şüurlu fəaliyyət belə nəzəriyyə və dəyərlərdən qaynaqlanmasa o, insani rəftar olmayacaqdır. Haqq din barədə mərifət kəsb etmək əzmində olmayanlar, yaxud onu tanıdıqdan sonra inadkarlıq edərək küfr yolunu seçənlər, həmçinin, özlərini yalnız ötəri maddi ləzzətlər və heyvani istəklərlə qane edənlər həqiqətdə heyvandırlar. Belə ki Qurani-kərim buyurur:

Kafirlər (dünyada) səfa sürər, heyvan kimi yeyib içərlər.”1

Öz insani istedadlarını puç etdiklərinə görə dərdli cəzalara mübtəla olacaqlar:

Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər.”1



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin