Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə46/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   42   43   44   45   46   47   48   49   ...   55
NOVRUZ SÜFRƏSİ
Novruz süfrəsi xalqın ən milli süfrəsidir. Bütün ailə üzv­ləri bu bayramı – yeni ilin son çərşəmbə gününü mütləq öz evin­də-eşiyində ailəsi ilə birlikdə Novruz süfrəsi arxasında keçir­məyə çalışır. Yeni il gecəsi ailə üzvləri süfrəyə əl uzatmazdan əvvəl üz – gözünü ömür uzadan, bəd gözdən, pis gözdən hifz edən üzərlik tüstüsünə verir, üç dəfə üzərliyin tüstüsünü özünə tərəf yerpəkləyir, başına duz dolandırıb ocağa atırlar (63,6).

Üzərriyim ünnüyüm,

Ümidim düyünnüyüm

Nənəm sənə tapşırdı,

Qızdığım, gəlinliyim((39,43)
Üzərrksən havasan,

Cəmi dərdə davasan.

Hər yerdə sən yanarsan,

Qada, bala apararsan(78,61).

Bayram süfrəsi Novruz şamları yandırıldıqdan sonra açılardı. Novruz mərasimi zamanı süfrəyə qoyulan şirniyyat və bişirilən xörəklər Azərbaycan milli mətbəxinin əsas qolunu təşkil edir. Novruz süfrəmizi süfrələrimizin bəzəyi, şahı olan plov daha da gözəlləşdirir. Plov bayram axşamı üçün çpox gözəl atributdur. Bayram günü hər bir evdə mütləq bişirilməlidir. İslam dini inanclarına görə düyü müqəddəs hesab olunur və bolluq rəmzidir(78,174).

Plovun bir çox növü məlumdur döşəmə plov, səbzi plov, çığırtmalı plov və.s. Novruz süfrəsinin müxtəlif şirniyyatlar bəzəyir. Bura şəkərbura, paxlava, şəkərçörəyi, külçə, halva və.s. aid edilir. Bunlardan ən çox novü olan paxlavadır. O, üç dörd növdə hazırlanır. Bunlar Bakı paxlavası, Rişdə paxlavası və Gəncə paxlavasıdır.

Zəngin kulinariyaya sahib olan xalqımız novruz bayra­mında bişiridiyi bəzi şirniyyatları, bir zaman sitayiş etdiyi günəşlə ayı simvollaşdıraraq bişirir. Məsələn şəkərbura ayın, qoğal isə günəşin rəmzi sayılır. Novruz bayramı bişirilən şir­niy­yatların hazırlanması zamanı ibtidai insanların astral təsəv­vürləri nəzərə alınmışdır. Bunu bayram şirnilərinin formal əlamətləridə təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş və ay kulturunun üstünlüyü özünü açıq şəkildə göstərir. Şə­kərbura badambura aypara şəklinə salınaraq ayı simvolizə edirsə, şəkərbura və qara bayram keçirilən evlərdə bişirilən şorqoğalının girdə forması günəşə işarədir. Ayı simvollaş­dı­ran şirniyyatlar – badambura, şəkərbura, sarı, günəşi simvol­laşdıran simvollar şorqoğal, şəkərçörəyi isə sarı qırmızı rəng­də olur. Paxlavada astral kultu əsasən ulduzları simvollaşdırır. Onun rombşəklində olması buna işarədir(78,174).

Bayram günü süfrəyə baş hərfi “sin” ilə başlayan yeddi nemətin qoyulması, yeddi taxıl növünün (buğda, darı, qarğı­dalı, noxud, mərci, lobya) cücərdilməsi və onların bayram süfrəsinə düzülməsi, məcliəs yeddi dəstə üzərriyin və yeddi ədət pulun qoyulması, orta əsrllərdə novruz bayramının yeddi gün qeyd edilməsi və başqa adətlərdə maraqlıdır(78,173).

Yuxarıda qeyd etdiyim kimi hər bir müsəlman süfrəsində “sin” hərfi ilə başlayan yeddi təamun başlaması mütləqdir. Abdulxalq Çayın firkinə görə həmin tamlar bunılarıdır: sumaq, səbzə, sirkə, sincit (iydə), sir(sarımsaq), səməni və sikkədir (63,6-7).

Oğuz-tərəkəmə aqilləri göstərdiyi təamların müqəddəsliyini belə şərh edirlər.

Sumaq – İşdah açır, mədə bağırsaqda həzmi asanıaşdırır, susuzluğu aradan qaldırır, ağızboşluğunda xoş iy ətir yaradır, adamı gumrahlaşdırır onda şən əhval yaradır.

Səbzə - İşdahanı artırır həzmə kömək edir. Səbzə eyni zamanda yemək zamanı ağız boşluğunda şirə vəzlərinin təmzilənməsinə də kömək edir.

Sirkə - Ən çox üzüm, əncir, xurma və baldan çəkilir. Sirkə vurmuş xörəklər mədəd tez həzm olunur, susuzluğu aradan qaldırır, işdahanı artırır.

Sincit (iydə) – Oğuz tərəkəmə təbibləri arıq, cələfsiz, beliboş (sidik saxlaya bilməyən) uşaqların mualicəsi zamanı bundan istifadə etmişlər. İki üç qram iydə unu ilə kərə yağını qarışdırıb onun yaxmasını və həmçinin iydənin özünü yemək məsləhətdir.

Sarımsaq – Minbir dərdin dərmanıdır. O, bağırsaqdakı qurdları tökür görmə qabiliyyətini artırır, gözdə əmələ gələn qızartıları, dırnaq qırılmasını aradan qaldırır.

S ikkə - Aqillərin inamına görə xeyir xəbərin, yeni ildə var-dövlətin, sülhün əks-sədası kimi yozu­lur.

Səməni – iki məq­­sədlə göyərdilir. 1-ci niy­yət baharın gə­lişi, canlanması, təbiə­tin dir­çəlməsi, canlan­msı. 2-ci oğuz elat tə­rə­kəmələri ona “ömür-gün uza­dan”, “niyət sə­məni”si, “yeni gü­nün mejdəçisi” kimi baxırlar.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin