Anemiyalar


Qanitirmə dərəcələrinin təsnifaı



Yüklə 1,02 Mb.
səhifə20/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   129
Qanitirmə dərəcələrinin təsnifaı

(A.İ. Qorbaşko, 1982)


Qanitirmənin göstəriciləri

Qanitirmə dərəcələri

Yüngül

Orta

Ağır

Qanın həcminin defisiti (%-lə)

20%-ə qədər

21-30%

30%-dən çox

Eritrositlərin miqdarı

3.5x1012/l

2.5x1012/l-ə qədər

2.5x1012/l-dən az

Hb səviyyəsi

100 q/l

83-100 q/l

83q/l-dən az

Puls (dəqiqə)

80-a qədər

80-100

100-dən çox

A/T (sistolik mm.c.s)

110

110-90

90-dan az

Hematokrit (%)

30%-dən çox

25-30%

25%-dən az

Ekstremal şəraitdə daha sadə üsuldan istifadə olunur.

İndeks= nəbzin sayı (dəqiqədə)/ A/T sistolik

Allgöwer, Burry indeksi ilə qanitirmənin həcminin təyin edilməsi.




İndeks

Itirilmiş qanın həcmi (%-lə)

0.4

0

0.78

10-20%

0.99

20-30%

1.11

30-40%

1.38

40-50%

1.5-dən çox

50%-dən çox

Lakin bu indeks pediatriyada istifadə olunmur.

Kəskin qanaxmalarda müalicə sxemi:


  • 500 ml qanitirmədə 1000-1500 ml kristalloid məhlul infuziya olunmalıdır.

  • 1000 ml qanitirmə zamanı 300-500 ml eritrosit küt­ləsi+400 ml kolloid+1000 ml kristalloid məhlullar infuziya olunmalıdır.

  • 1500 ml qanitirmə zamanı 750-1000 ml eritrosit küt­ləsi+800 ml kolloid+150 ml təzə dondurulmuş plaz­ma+2000 ml kristalloid məhlul infuziya olunmalıdır.

  • 2000 ml qanitirmədə 1300-1500 ml eritrosit küt­ləsi+1000 ml kol­loid­lər+300 ml təzə dondurulmuş plaz­ma+3500 ml kristalloid məhlullar infuziya olunmalıdır.

Transfuziyanın həcmi hemodinamik göstəricilərin stabil­ləşməsindən asılıdır. Erit­rosit və təzə dondurulmuş plaz­manın həcmi köçürülmüş mayenin həcminin ya­rı­sın­­­dan az olma­malıdır. Köcürülən plazma və eritrositlərin nisbəti 3:1 olma­lıdır və plaz­­­ma eritrositlərdən əvvəl köcürülməlidir.

Nəzərə almaq lazımdır ki, vena daxilinə infuziya olunmuş duz məhlulları dövr edən qanın həcmini kolloidlərə nis­bətən daha az artırır. 1 litr Ringer-laktat məhlulu dövr edən qanın həcmini 300 ml, 100 ml 25% albumin məhlulu isə 2 saat­dan sonra dövr edən qa­nın həcmini 450 ml artırır. Kəskin və iri həcmli qanitirmə zamanı qlü­koza məhlulları köçürmək məs­ləhət deyil. Çünki qlükoza məhlulları metabolitik pro­sesə uğra­yaraq sərbəst su şəklində damarı tərk edir, interstisial boş­luğa və hü­cey­rə daxilinə keçir. Hər 100 ml 5% qlükoza məh­lulundan ancaq 10 ml qan dövranında qalır.



Hipertonik duz məhlulları (7,5%) damardakı həcmi izo­to­nik məhlullara nisbətən da­ha çox artırır. 200 ml 7,5% nat­ri­um xlor məhlulu damardaxili həcmi təxminən 1l ar­­­­tı­­rır. Catışmayan mayenin əvəz olunmasını venoz təzyiq və hər saatda olan diurezlə təyin et­mək olar. Venoz təzyiq 12-15 mm su s. və diurez 30 ml/saat deyilsə, deməli infuzion te­rapiya davam etməlidir.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin