Fermentopatiyalar
Fermentopatiyalara (enzimopatiyalar) qlikoliz prosesində iştirak edən eritrositlərin ferment sisteminin kəmiyyət və ya keyfiyyət defektləri nəticəsində yaranan irsi hemolitik anemiyalar aiddir. Eritrositlərdə ferment catışmazlığı metabolizm prosesinin pozulmasına, ion tərkibinin dəyişməsinə, membran defektinə, elastikliyin və deformasiya qabiliyyətinin dəyişməsinə səbəb olur. Belə eritrositlər makrofaqlar tərəfindən parcalanır və hemolitik anemiya yaranır. Fermentopatiyaların 3 əsas forması var.
1.Qlütation və pentozafosfat yoluna aid fermentlərin patologiyası: qlükoza-6-fosfatdehidrogenasa, 6-fosfoqlüko-natdehidrogenaza, piruvatkinaza, qlütation peroksidaza, qlütation S-transferaza defisiti
2.Embden-Meyerqof yoluna aid qlükoliz fermentlərinin aktivliyinin patologiyası-heksokinaza, qlükozafosfatizomeraza, aldolaza və s. defisiti
3.Nukleotid metabolizminə aid fermentlərin patologiyası: adenilatkinaza, adenozintrifosfataza və pirimidin-S-nukleotidaza aktivliyinin defisiti
Yuxarıda qeyd olunan patologiyalardan daha çox qlükoza-6-fosfatdehidrogenaza defisiti klinik əhəmiyyət kəsb edir. Digər patologiyalara isə daha az rast gəlinir.
Dostları ilə paylaş: |