Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə27/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   129
Differensial diaqnoz. İrsi dizeritropoetik anemiyanı Jil­ber hiper­bi­li­ru­bi­ne­mi­ya­sı, kəskinvə xroniki hepatitlər, hemo­litik anemiyalar və talassemiya ilə dif­fe­ren­sia­si­ya etmək la­zım­dır.

Böyümüş dalaq Jilber sindromunu inkar etmək ücün kifayətdir. Jilber xəstə­li­yin­­də qaraciyər, dalaq böyümür. Qara ciyərin funksiya və ölçülərində dəyişikliyin ol­ma­ması, dala­ğın böyüməsi və eyni zamanda qeyri-düz bilirubinin hesabına hi­per­bi­li­ru­binemiyanın olması, EÇS-nin dəyişməməsi xroni­ki hepatiti inkar etməyə əsas verir.

Sferositar və qeyri-sferositar hemolitik anemiyada sümük iliyində erit­ro­kario­sit­lər­lə yanaşı periferik qanda reti­kulositlər də artır. Dizeritropoetik anemiyada isə erit­ro­­kario­sit­lərin artmasına baxmayaraq periferik qanda retikulositlər artmır. Bəzən isə hət­ta azalır. Eritrokariositlərin morfolo­gi­yası, ikinüvəli, çoxnüvəli hüceyrələr dif­fe­rensiasiya üçün əsas ola bilər.

Talassemiyada da dizeritropoetik anemiyada olduğu kimi qeyri-effektiv eritropoezin əla­mət­ləri olur. Lakin talas­semiya üçün hipoxromiya, mikrositoz, MCV və MCH sə­viy­yə­­­sinin azal­ma­sı xarakterdir. Sümük iliyində ikinüvəli normo­sitlərin aşkar olunması diz­eritropoetik ane­mi­ya üçün xasdır. Fetal hemoqlobinin səviyyəsinin öyrənilməsi, he­­moqlobinin elektroforezi β ta­­lassemiyanın diaqnozunun dəqiqləşdirilməsi ba­xı­mın­dan əhəmiyyətlidir.

Dizeritropoetik anemiyanın I tipində sümük iliyində meqaloblastların olması xa­rak­ter əlamət olduğu üçün digər meqaloblast anemiyalarla - B12 və fol defisitli ane­mi­ya ilə dif­fe­ren­­siasiya etmək lazımdır.

Meqaloblast anemiyada klinik əlamətlərə diqqət yetir­məli və zərdabda B12 vi­ta­mi­ni, fol turşusunun səviyyəsi mü­əy­­yən edilməlidir.



Müalicə. Xəstədə hemoqlobinin səviyyəsi çox aşağı deyilsə, müalicə tələb olun­mur. Xəstəliyin II tipində dalağın ölçüləri böyükdürsə və anemiya varsa, splen­ek­to­mi­­­ya aparıl­ması məsləhətdir. Eritrosit kütləsinin transfuziyası hemosi­deroz yaratmaq ba­xımından məsləhət deyil. Lakin göstəriş varsa, eritrosit kütləsi köçürmək olar. Or­qa­­nizmdə dəmir artıqlığı yarandıqda desferal preparatı təyin edilir. Xəstədə bi­li­ru­bi­nin səviyyəsi az artdıqda sarılığı azaltmaq məqsədi ilə fenobarbital, kor­valol və ya va­lokardin 15-20 damcı təyin etmək olar.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin