Meqaloblast anemiyalar
DNT və RNT sintezinin patologiyası nəticəsində yaranan meqaloblast anemiyalar qazanılma və irsi olmaqla iki qrupa bölünürlər. Hər iki formanın ümumi əlaməti sümük iliyində meqaloblastların olmasıdır. Meqaloblastlar qırmızı şaxənin iri ölçülü hüceyrələri olub, zərif quruluşlu, nuvədə xromatinin qeyri-adi yerləşməsi, nüvə və sitoplazmanın differensiasiyasının asinxronluğu ilə xarakterizə olunur. Hüceyrənin inkişafında balans pozulur. Nəticədə nüvənin və sitoplazma komponentlərinin differensiasiyasında dəyişiklik yaranır. Hemoqlobin artıq miqdarda sintez olunur, hüceyrənin sahəsi böyüyür, iri ölçülü (makrosit), hiperxrom eritrositlər yaranır. Meqaloblast dəyişikliklər meqakariositlərin qranulositar sələflərinə də aiddir.Meqaloblast anemiyanın yaranma səbəbləri:
B12 vitaminin çatışmazlığı
Fol turşusunun çatışmazlığı
B12 vitamini və fol turşusu metabolizminin pozulması-transkobalamin çatışmazlığı, fol turşusu antoqonistlərinin qəbulu
4. DNT sintezinin pozulmasının müxtəlif səbəbləri;
a) fermentlərin anadangəlmə defisiti-orot asidu-riyası
b) qazanılma-alkoqol, sitostatiklərin qəbulu və s.
B12 vitamini və fol turşusunun çatışmazlığı meqaloblast anemiyaların əsas hissəsini təşkil edir.
Dostları ilə paylaş: |