Patogenez. Piruvatkinaza eritrositlərin forma və deformasiya qabiliyyətini təmin etmək üçün adenozintrifosfatın yaranmasında (ATF) iştirak edən əsas qlikolitik fermentdir. İnsan toxumasında piruvatkinazanın bir-birindən elektroforetik, immunoloji və kinetik cəhətdən fərqlənən izofermentləri (L, R, M1, M2) var.Yaşlı eritrositlərdə R, daha cavan eritrositlərdə L, az miqdarda isə R izofermentləri olur. M izofermenti digər toxumalarda aşkar edilir.
Eritrositlərdə piruvatkinaza fermenti birinci xromosom tərəfindən kodlaşdırılır.Fermentin defisiti zamanı ATF-in miqdarı azalır. Bəzi xəstələrdə ATF-ın miqdarı normal həddə ola bilər, lakin inkubasiya zamanı stabilliyi pozulur. Eritrositlərdə ATF-in azalması nəticəsində kalium-natrium nasosunda yaranan dəyişiklik retikulosit və eritrositlərdə kalium ionun itirilməsi ilə nəticələnir. Eritrositlərin dehidratasiyası və büzüşməsi dessikositozların əmələ gəlməsinə səbəb olur. Eritrositlərdə suyun miqdarının azalması oksigenləşmə prosesini çətinləşdirir. Hemoqlobinin oksigeni toxumalara ötürmə qabiliyyəti azalır və kompensator olaraq eritrositlərdə 2,3 difosfoqliserin turşusu artır. Hemoqlobinin 2,3 difosfoqliserinlə qarşılıqlı təsiri zamanı isə oksigenin toxumalara verilməsi asanlaşır.
Dostları ilə paylaş: |