Oraqvari-hüceyrəli anemiya
Oraqvari-hüceyrəli anemiya və ya S hemoqlobinopatiyası autosom irsə verilən xəstəlikdir. Homoziqot variantda bu xəstəlik oraqvari-hüceyrəli anemiya, heteroziqot irsiyyətdə isə oraqvari hüceyrəli anomaliya adlanır.
Xəstəlik haqqında ilk dəfə XX əsrin əvvəlində 1910-cu ildə Amerikalı həkim J.B. Herrick yazmışdır. Əsrin ortalarında isə xəstəliyə səbəb anomal tip hemoqlobinin olduğu müəyyən edildi.
Yayılması. Oraqvari-hüceyrəli anemiya Mərkəzi Afrika, Angola, Mozambik, Kongo, Liberiya, Saxara, Amerikanın qara dərili əhalisi arasında yayılmışdır. Eyni zamanda Hindistan, Şri-lanka adalarında, Aralıq dənizi ölkələrində, Türkiyə, İran, İraq, Əlcəzair, Tunis, Kuveyt, Kuba, Dağıstan, Azərbaycan və Gürcüstanda rast gəlinir.
Dostları ilə paylaş: |