Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Rəsul sizə, siz də insanlara şahidlik eləyin»1



Yüklə 202,7 Kb.
səhifə19/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
«Rəsul sizə, siz də insanlara şahidlik eləyin»1 hökmünə görə çatdırmışdır. Nübuvvət dövründə meydana gəlməmiş, yaxud bəndələrə çatdırılması lazım bilinməyən hökmləri isə Həzrət Peyğəmbər (s) öz vəsilərinə və hər bir vəsi də özündən sonra gələnə dövründə lazım olan vaxt bildirmişlər. Həzrət Peyğəmbərin (s) zəmani-səadətində bildirilən hədislərin mənasını da səhabə öz anlayışları və qabiliyyətləri dairəsində ümmətə izah etmişlər. Məsələn, bir səhabə hər hansı bir hökmü bir cür, digəri başqa cür eşidib rəvayət etmişdir. Bu hökmlərdən birində mütləq bir xüsusiyyət vardır. Ravinin biri bu xüsusiyyətdən yan keçmiş, yaxud da nəql edən həmin hissəni unutmuş, nəticədə ziddiyyət ortalığa çıxmışdır ki, bu əslində yoxdur. Bu cür səhabələr üzündən Həzrət Peyğəmbərin (s) söylədiyi hədisləri, onun ifadələrindəki məqsədi öyrənməyə, tədqiq etməyə ehtiyac yaranmışdır.

Səhabələrin hər biri rəy və rəvayət əhlidir. Hamısı da eşitdiyi hədisin ləfzini nəql etməklə ravi və mühəddis sayıldığı kimi, rəvayətdən, yaxud rəvayətlərdən öz anlayışına görə hökm çıxarmaq sahəsində rəy və fitva sahibidir. Buna sahib olanlar isə müctəhiddirlər. Bu mərtəbəyə vara bilməyən müsəlmanlar müctəhidin rəyini təqlid etməli, onun rəyinə tabe olmalıdırlar. Həzrət Peyğəmbərin zamanından etibarən iş beləcə davam etmiş və müsəlmanların bir qismi hökm xüsusunda digər bir qismə tabe olmuşdur.

Yaxşı diqqət olunsa, ictihad qapısının hələ Peyğəmbər (s) zamanında və səhabələr arasında açıq olduğu göz qabağındadır. Yalnız əsri-səadətə yaxın olan dövrlərdə bu iş daha asan idi. Lakin zaman keçdikcə rəylər çoxalmış, ərəb olanlar ərəb olmayanlara qarışmış, sözlər mənasını dəyişməyə, sözə söz qatmaq, yalandan hədis uydurmaq baş alıb getmişdir. Bu xüsusda hökm vermək üçün dərin bilik sahibi olmaq, hədisləri cəm edib doğrusynu yalandan ayırmaq, birini digərindən üstün tutmaq lazımdır. Əsri-səadətdən uzaqlaşdıqca, islam yayıldıqca, alimlər və ravilər çoxaldıqca bu iş daha da güclənmişdir. Fəqət ictihad qapısının Həzrət Peyğəmbərin (s) zamanındakı kimi açıq olması bir zərurətdir. Bu xüsusda hökm çıxartmaq üçün bu çox vacibdir. İmamiyyə görə, ictihad qapısı bu günədək açıqdır. İnsanların bilikli və biliksiz olması, biliksizin bilikliyə müraciət etməsi təbiidir. İnsanlar şəri hökmlərdə ya alim və müctəhiddirlər, yaxud cahil və müqəlliddirlər. Avamların şəri təkliflərdə bir müctəhidə tabe olması vacibdir.

Müsəlmanlar şəri hökmlərin dəlillərinin kitab və sünnət, bunlardan sonra isə ağıl və icmada1 müttəfiqdirdirlər. Bu sahədə imamiyyə ilə digər məzhəblər arasında ixtilaf yoxdur. Lakin imamiyyə qiyas məsələsində o biri məzhəblərdən ayrılır.

İmamiyyə qiyasa əməl etməz. Şiə imamlarından rəvayətlə gələn xəbərlərə (təvatür) görə «şəriətdə qiyasla əməl edilərsə din məhv olar». Qiyasla hərəkət etməyin pozuqluğu barədə mətləb çox uzundur.

İmamiyyə sünnətə, yəni Həzrət Peyğəmbərdən (s) rəvayətlərə yalnız o təqdirdə tabe olur ki, həmin rəvayətlər öz cədlərinin vasitəsilə söyləmiş olsun. Məsələn, Sadiq Baqirdən, o atası Zeynül-Abidindən, Zeynül-Abidin atası Hüseyndən, Hüseyn atası Həzrət Əlidən, Həzrət Əli Rəsulullahdan (s) rəvayət edirsə, bunu imamiyyə qəbul edir.

Əvvəldə qeyd etdiyimiz kimi, imamiyyəyə görə, ictihad qapısı həmişə açıqdır. Bu qapının bağlandığı iddia edənlərə rəğmən, yenə də açıqdır. Bundan başqa imamiyyə ilə o biri müsəlman məzhəbləri arasında heç bir fərq yoxdur. Mövcud fərqlər yalnız füruddindədir və əhli-sünnət alimləri arasında anlayışdan doğan fərqlər kimidir.


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin