DOQQUZUM PARANIN NAĞILI
Zəhra Alı qızı
Qazax- 9 yanvar, 1927
“Dondar” mahalında bir qoja qarı var idi. Bu qarının da var-yoxu bir qızı var idi ki, hər oturanda doqquz əpbək para yeyərdi. Bu qız belə əpbək yeməginə görə adını “Doqquzum para” qoydular.
Doqquzum para aylar keçif, illər keçif yekələnif ərə gedəsi oldu. Günnərin bir günündə əpbək az olduğunnan Doqquzum para əvvəlki qayda üzrə qarnını qayıra bilmədi.
Odur ki, ay həmişəki Doqquzum para deyə-deyə ağlıyarkən xoja bunların qapısınnan keçirdi. Xoja Doqquzum para “Ay həmişəki Doqquzum para deyə ağlamanı xoşduyuf onun anasınnan xavar aldı ki, qızın Doqquzum para deyif nə üçün ağlıyır. Anası Doqquzum paranı başınnan əkmək üçün xojaya cavaf verdi ki, o günü qara gündə doqquz tökçə para yun əyirər; indi bu gün yun olmadığınnan yarım tökçə həmişəkinnən az əyirif, ona görə ağlıyır. Xoja arvadın sözünə inanıf bir belə fikir eylədi.
– Mən xojalıxnan şəhərdə, kənddə özümu ayaza verə-verə, imanımı, dinimi sata-sata və yalan danışa-danışa qazanc qazanıram. Əmbə bunnan yaxşı qazanc bu qızdı. Ona görə munu özümə arvat allam. Odu ki, öyümə aparıf bir dam yun alannan sonra bu qızı o yunun ujinnan calayaram. Hamısını ip eyləyər. Mən də həm o ipdən zili-xalı toxuyuf sataram, həm də ipin özünü sataram ki, qazancım həddən aşar”.
Xoja bu fikirnən üzünü arvada tutuf:
– Ay xala! Allahın əmrinnən, peyğəmbərin şəriətinnən hərgah isdəsən bu qızını mən alaram. Qarı dünənnən irazı olduğunnan cavaf verdi ki, Allaha da qurvan olum, peyğəmbərin şəriətinə də qurvan olum, sana da, bir qız bir oğlanındı.
Xoja qarıdan irazı olmax cavabını alanda dərhal bir fətir ceyran və imanını-dinini satan, qarıyı qoyuf ağı oxuyan bir süddü aş mollası tafdı. Bu molla Doqquzum paranın kəbinini “xoja Xuduşa” kəsdi və urusumunu alıf gətirdi.
Xoja Xuduş bu el içində urvat olunmayan, öydə qalıf çuvala tay olan Doqquzum parayı kəcavədə əgləşdirif Dondar şəhərində olan öyünə apardı. Xuduş əvvəla Doqquzum paraya yeddi dəst paltar alıf öydə yemək içməgini bol eylədi. Sonra bir dam yun alıf Doqquzum paranın yanına qoydu və ona tafşırdı ki, bir illik səfərə gedirəm, gələnə kibi bu yunu əgirərsən.
Doqquzum para göz üsdə deyif ərinə yol azıxı qayırıf onu səfərə yola saldı. Sonra Xuduşun yol xorək çörəginnən yeyif səlləminə gəzərdi, yun əgirmək nədi. Bu qapı sənin, o qapı mənim o qədər gəzərdi ki, bir il tamam oldu. Xojanın gəlmək vaxdı olduğunnan Doqquzum para qorxusunnan tez-tələsik cəhrəyi qurdu, onun xorək çörək bişirməyə majalı olmadığınnan horra çalıf iki qabda, hərəsini bir çiyninə qoydu və horranı yalaya-yalaya:
Xoja bazara gəlifdi,
Canım azara gəlifdi,
Göy təpələr göyər indi,
Ərim məni döyər indi –
deyə-deyə vız ha vız cəhrə əyirməyə başdadı.
Hal belə ikən qəzadən Dondar şahının oğlu Qanıxanın boğazında sümük qalmışdı. Munu nə qədər həkim, carraha apardılarsa, əlac eyləyən olmadı.
Odu ki, adətləri üzərə bir dəst mərəkinən Qanıxan qapı-qapı tüşüf dolanırdı ki, hər kim isdər həkim carrahlıxnan və isdərsə baxdın çağırmaxınnan alxış eyləməgnən, caddı, pitiynən və ilax... munun boğazınnan sümüyü çıxardarsa hər nə istəsə şahlıx xəzinəsinnən ala bilər. Qanıxan başındakı mərəkinən qapı-qapı gezə-gezə gəlif Doqquzum paranın qapısına çıxdı. Nə gördü onun çiynində horra qoyuluf, odu ki, gah bu çiyinnən, gah o çiyinnən horra yalaya-yalaya bir eybəcər və gülünc halda cəhrəni əyirir. Xan bu gülüncü görcək qahqahınan bərk güləndə sümük boğazınnan tüşdü. Bu zaman Qanıxanın başındakı mərəkə söyünə-söyünə xannan baravar Doqquzum paranı da şahın hüzuruna gətirif əhvalatı ona nağıl eylədilər. Şah oğlunun boğazınnan sümük çıxdığını eşidif çox şad oldu. Odu ki, üzünü Doqquzum paraya tutuf buyurdu: “A qızım, indi de görüm nə ənam isdərsən. Doqquzum para ərz eylədi ki, şah sağ olsun, sizdən puldan, maldan heş bir şey isdəmirəm, əmbə mənim bir dam yunum var bircə onu əyirtdirif if eylətsəniz sizdən yerdən göyə kimi irazı ollam. Şah bütün cəhrəçiləri Doqquzum paranın qapısına tökdürüf az vaxda onun bir dam yununu əyirtdirif gənə həmən dama yığdırdı. Doqquzum para şaddığına şıllax ata-ata öy-eşiyi silif, süpürüf, yığıf, yığışdırıf xoja Xuduş yolunu gözdüyürdü.
O tərəfdən xoja Xuduş bir illik səfərdən öyə gəlif nə gördü yun tamamən əyrilif tökçə halında dama ambar vuruluf. Xuduş Doqquzum parayanan bir illik ayrılığı münasibətilə görüşüf dedi:
– Sən mənim dolanajağımın dirəyi olduğunnan bu dünnən gözümün işığı, gönlümün isdəklisisən. Doqquzum paranın qoltuğu qarpızdanıf arvatdana-arvatdana xörəkdən, çörəkdən qayırıf ərinnən yeyəndən sonra şirin söhbət eylədikləri zaman bir “Donzan böcüyü” gəlif bunların yanınnan keçirdi. Doqquzum para munu görən kimi bir yaxşı guh yerə salıf donzan böcüyünü onun üsdünə qoydu, o böcüyə layıx hürmət eylədi.
Xoja Xuduş arvadınnan xavar aldı ki, nə səbəbə bu işi gördün.
Doqquzum para canını yun əyirməkdən qurtarmax üçün cavaf verdi ki:
– Ay gözümün işığı, gönlümün isdəklisi mən onu görəndə gözüm ağrıyır. Odu ki, hərgah sən də onnan olsan mən sənnən nejə ömür sürərəm. Sən daha bu günnən eylə az vaxda çox-çox işdəri tutma. Laf doğrusu bir də yun darama. Öy-eşiyinin işinnən məşğul ol.
Doqquzum para bu uydurma kələyinnən əri xoja Xuduşu ağlını kəsdirif öz-özünə:
Qızıldan taxdın olunca
Bir quru baxdın ola
dəyif əri xoja Xuduşnan mal-dölət içində ağ günnərnən ömür sürməyə başdadı.
Dostları ilə paylaş: |