Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə75/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   71   72   73   74   75   76   77   78   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Güləndam:

Al libasının gey indi

Car olmamış xəlqə çoban

Söygülüsən söz indi

Car olmamış xəlqə çoban.
Neçəsini yoldan azıdıf

Neçəsini tarıxsız uduf

Dörtə dərvişi azıdıf

Sən yediyin halva çoban.


Bu dağda mal mələdi

Dili yox, lal mələdi

Güləndamın yolu bələdi

Qalx mana yol salğa çoban.

Sözünü tamam eyliyif ordan yola düşüf, yeddi gün, yeddi ge­­­jə yol gedif ta inki Nehrat adlı bir şəhərə çıxdı, qəzadən o şə­hərin şahı vəfat etmişdi və dölət quşunu uçurmuşlardı. Bu quşun qaydası belə idi ki, hər kimin başına düşsə, onu şahlığa qəbul edər­­lərdi. Odur ki, Güləndamın başına qondu, əhl şəhər o saat Gü­­ləndamı şahlıq libasına geydirif təxt-səltənətdə bərqərar et­di­lər. Güləndam şahana əksini çəkdirif daril imarəsinin yanından asdırdı, bir xidmətçi də yanında qoydu və dedi:

– Hər kim bu əksə baxıf ah çəksə, mənim yanıma gətir.



Bu burda qalsın, gəl sana dərvişlərdən xəbər verim. Gərddən qa­laçaya gəldikdə görürlər Güləndam yoxdur. Bu zaman diyar- bə-diyar gəzə-gəzə həman Güləndamın şah olduğu şəhərə çıxdılar, do­landığları zaman daril imarənin gözləri əksə sataşıf ah çəkdilər. Bu vədə xidmətçi tutuf Güləndamın yanına apardı. Güləndam nə gör­dü: buna müalicə edən dərvişlərdir. Xidmətçiyə dedi:

– Bunları bir yaxşı otaxda saxlıyın.

Bular burada qalsın, gəl sana Məlik Məhəmməddən, Xətayi şah­dan və vəzirdən xəbər verim. Bularsa diyar-bə-diyar düşüf Gü­ləndamı gəzirdilər. Qəzadən güzarları Nehrat şəhrinə düşüf daril imarənin yanında əksi gördülər. Hər üçü ah çəkdikdə xid­mət­çi şahın hüzuruna apardı. Güləndam Məlik Məhəmmədi gör­cək tanıdı, odur ki, Xətayi şah və vəziri bir ayrı otağa gön­dərt­di­rif hər iki yar mehriban başlarına gələn macəranı bir-birinə nağıl elədilər. Məlik Məhəmməd dedi:

– Ey Güləndam! Məni bağışla, çünki sənin haqqında çox pislik etdim, əmma o düşman ki, sənnən mana yaman qandır­mış­­dı, indijə burada olan Xətayi şahnan qara vəzirdir. İndi firsət vax­tıdır, ömürlərini bad fənaya vermək lazımdı. Güləndam “bə çəşm” deyif o saat cəllada höküm edif Xətayinən vəziri həlak et­dir­di və dərvişlərə ənam verif mürəxxəs etdi. Digər tərəfdən isə bir zərrin kəcavə göndərif Şəhribanunu həman özü olan şə­hərə gətirtdi. Bu zaman Nehrat şəhərini dağların laləsi kimi bə­zə­dif, yeddi gün, yeddi gejə toy eyliyif kəbinini Məlik Məhəm­mə­də kəs­dirdi. Bir neçə gün mundan sora Güləndam Məlik Mə­həm­mə­di öz yerində qoyuf ləşkər giran ilə Həmədan şəhrinə gəlif Xə­tayi şahın və vəzirinin nə tor insafsız iş görməyini xəlqə söy­lədi və xəlq isə vəzirə və şaha nifrət eyliyif, Məlik Məhəm­mə­di onun yerinə şahlığa qəbul etdilər. Bu zaman Güləndam bir bəz busat ilə Məlik Məhəmmədi Həmədana gətirif, təxt səltə­nət­də bər­­­­qərar etdi. Özü isə Nehratda şah oldu. Bu günnən hər iksi ca­maatı gözəl dolandırıf eyşi-işrətə məşğul oldular.

Ustatdar bu iki yar vəfadarın toyunu belə nəzmə çəkirlər.

Ustat:

Ay ağalar əzəl başdan söylüyüm

Yaxşı olan ağı tərlanın

Qumruyu qızıldan, çöhrəsi zərdən

Qaim qədim oldun bağı tərlanın.
Harda olar tərlan quşun oylağı

Çırpar, vurar, qıya çəkər qaynağı

Soyux bulax, göy çəmənlik yaylağı

Uca dağdı seyrəngahı tərlanın.


Ustad olan zil qumruyunu pəs elər

Dəgməmişdən yerbəyerdən səs elər

Oğlan öpər, gözəl qızlar həvəs elər

Yaxşı olar sağı tərlanın.


Tərlan quşunun səsi gəlir o yerdən

Cığasına seygal verir səhərdən

Havalanıf uçmax istər bu yerdən

Canım alır o xəyalı tərlanın.


Arifəm, bu tərlanı tərif elərəm

Ofçusuyam, özüm yaxşı ovlaram

Mən ustadam yaxşı yaman söylərəm

Çox da qalmaz burda şaxı tərlanın.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin