14. ALLAHA PƏNAH
Musa peyğəmbər Allahın sıfarışını aparıf verəndə görür ki, bir nəfər üç ləzgini çubuxnan döyür. Bullar deyir ki, ya peyğəmbər, bəs sən Allahın yanına gedirsən, soruş görəh nə vaxt kutarajeyih bı dərtdən. Musa peyğəmbər gedir deyir:
– Ey Allah, elçinəm, gəlmişəm. Üş nəfər hər gün üş dəfə çubuxlanıllar. Onnar nə vax azad olajaxdı mana de, mən gedim deyim.
Deyir:
– Ya Musa, olar çox döyüləjəh hələ.
Musa peyğəmbər gəlif bılların yanınnan keçir deyillər:
– Nə dedi Allah?
Deyir:
– Mən Allahın elçisiyəm, yalan danışa bilmərəm. Allah dedi ollar hələ çox döyüləjəh.
Bu da deyip “Allaha pənah”, o da deyif “Allaha pənah”, o biri də deyif “Allaha pənah”. Üçü də deyif Allaha pənah. Bılların üçü də Allaha pənah diyən kimi bu çubuxluyan həmən günü ölüp, ömrü tamamlanıf. Bullar deyiflər:
– Musa peyğəmbər bizi aldatdı, bıdey döyülən öldü.
Gəlif deyillər ki, ya peyğəmbər, bizi niyə allatdın, bizi döyən öldü ey, biz yaşadıx. Deyir ki, ey Allah, bəs elçinəm, məni niyə belə yalançı elədin olların yanında. Dedin axı ollar çox döyüləjəh.
Deyir:
– Ya Musa, onnar hələ bir dəfə də olsun dillərinə Allaha pənah sözü almamışdar, ona görə onlar çox döyüləjeydi. Bəs olların üçü də o gün mana pənahlandı. – Həmməşə bir işiniz olanda deyin “Allah pənah”. – Onnar o günə kimi döyülürdülər, amma Allah kəlməsini dillərinə gətirmirdilər. Mən yaratmışam da səni, bir dəfə de “Allah, sana pənah, məni azad eylə”. Demirsən axı. Onnarın halı mənə agah idi. Mən döydürürdüm da onnarı. Onnarın üçü də mənə pənahlandıxları üçün o döyənin ömrünü tamamladım, döyülənnəri azad eylədim. İnnən belə ollar Allahı tanıyajax, biləjəh Allah kimdi.
Bax, Allah belə Allahdı.
Dostları ilə paylaş: |