125. AYININ QIZI OĞURLAMASI Ayı bir qızı oğurruyur aparır. Bunu kadını kimi saxlıyır. Bu olmuş şeydi ey. Yalan şey döyül. Kişilər söhbət eliyəndə eşitmişəm. Bu kadın hamilə oluf. Bunun ayıdan iki dənə oğlu oluf. Ayı gedirmiş alaçığ evlərdən motal gətirirmiş, yağ dərisini oğurruyuf gətirif qoyurmuş bunun yanına. Bişmiş çörəyi gətirif yığırmış ora. Çox vaxdan sora o uşaxlar da iriliyif-eliyif. Ova-zada gələn oluf. Səs-küyə ayı burdan uzaxlaşıf. Ayı bunu güdürmüş, qoymurmuş. Kahası var imiş. Onun qabağına elə daş yığır ki, on adam onu aşıra bilməzmiş. Bu kadın çıxır, ovçulara qoşulur gəlir.