12. PEYĞƏMBƏRİN QÜRRƏLƏNMƏSİ
İbrahimxəlil peyğəmbər Məkkəni tikdirir otuz mərtəbə: biri qızıl, biri gümüş. Tikif qurtarır, əlini vurur belinə, deyir:
– Allah-talaya mən bu qədər yardım eləmişəm, görəm mən bu qədər savabı neyniyəjəm? Qohuma, arvadıma, övladıma, qızıma paylıyannan sora bu savabı hara yığışdırajam?
Allah-talanın buna ajığı tutur ki, mənim varımnan, döylətim-nən mənə ev tikdirmisən, qurralanırsan? Qurralanma. Peyğəmbər yatanda Cəbrayılı yanına çağırıb deyir:
– Ya Cəbrayıl, götür Məkkədən aralı qoy onu.
Peyğəmbər yuxudan duruf görür ki, nə Məkkə var, nə Mədinə. Düzü-biyaban səhradı. Bu gedir, gedir, ohqədər ağlıyır, gözünnən qan-yaş gəlir. Axırı dizini yerə qoyuf başdıyır otdamağa, daa əldən gedir. Deyir:
– Ya Cəbrayıl, peyğəmbər əldən gedir, bir qıça çörəhnən bir tikə pendir ver, heş bilməsin sənin məleykə olduğu. Denən eşitmişəm Məkkəni tikdirmisən, onun yarı savabını ver məə, çörəyi verim səə.
Cəbrayıl gəlif deyir:
– Deyəsən ajsan?
Deyir:
– Hə.
Deyir:
– Eşitmişəm Məkkəni tikdirmisən. Onun yarı savabını ver maa, çörəyi verim.
Verir. Yatıf ayılır ki, dili ağzında yanır. Da Ərəbistan çölüdür. Allah-tala deyir:
– Peyğəmbər əldən gedir, bir bardax suynan Məkkənin yarı savabını da al.
Məkkənin yarı savabını da alıf. Deyir ki, götür peyğəmbəri yuxulu Məkkənin barısınnan çölə qoy. Götürüf qoyur çölə. Ayılır yuxudan. Göydən səda enir:
– Ya peyğəmbər, mənim varımnan, döylətimnən, qürrəmnən öy tikdirmişdin mənə. Əlini belinə qoydun qürrələndin. Deyəsən, bir qarın yeməyə satdın Məkkəni. Bəlkə, aj qarını doydurardın, bəlkə, bir yetim başı sığallıyardın, bəlkə, əlsiz adama əl tutardın.
Peyğəmbər səyfini başa düşür, deyir:
– Peyğəmbər olmağıma baxma, mən bu işdə səyf eləmişəm.
Dostları ilə paylaş: |