Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə47/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   43   44   45   46   47   48   49   50   ...   266
53. GÜNÜ GÜNORTADAN QAYTARAN
I mətn

Süleyman peyğəmbərin ağ atı oluf. Bı at da Allah tərəfinnən gəlifmiş. Onu da çox isdiyirmiş. Bir vaxt başını qaldıranda görür ki, namazın vaxdınnan keçif. Allaha dua eliyir ki, ey Allah, o atı sən gön­dərdin, – ağ atıymış, – mənim də başım qarışdı namazın vax­dı keş­di. Günü günortadan qaytar. Günü günortadan bir Süley­man peyğəmbər qaytarıf, bir də Cənabi Əmir qaytarıf. Onnan sora Allah-tala əmr eliyif, gün qayıdıf. Süleyman peyğəmbərə görə qayıdıf.

Əli də görür bir adam yaman bikef gedir. Deyir:

– Ə, noluf?

Deyir:


– Ə, mənim boynumu şah sabah vırdırajax. Mənim bı qədər borcum var, borcu da düzəldə bilməmişəm. Bu gün də gün keçif, sabah mənim boynumu vırdırajax.

Əli hökm eliyir, Allaha deyir:

– Ey Allah-tala, günü günortadan qaytar.

Əli bı kişiyə pul verir. Kişi də aparır borcunu qaytarır. Onüçün deyir, günü günortadan qaytaran, sayılı, dilənçini borcdan qurtaran. Əli bı kişinin pulunu qaytarır, günü də günortadan qaytarır.
II mətn

Deyir o günü günortadan qaytaran, sayılı borcdan qutaran Al­lah dadaa yetsin. Bı sayılı borcdan bıdı ki, Allah lənət eləmişə sayıl boşduymuş. Bı dördüncü imam İmam Zeynalabdın yolun qıra­ğın­da otumuşmuş. On iki imamımız var da. Dördüncü imamımız İmam Zeynalabdındı. İmam Zeynalabdın zəlil imiş də. Yolun qıra­ğında oturmuşmuş. Oturanda görüf ki, – axı bı ceyran ağlıyan olur, – Allah lənət eləmiş sayıl ceyranı götürüf gedir, ceyranın üş balası qalır. İmam Zeynalabdın görür kü, bı ceyran elə ağlıyır, elə ağlıyır. Qa­yıdır bı sayıla deyir:

– Sayıl, o ceyranı buraxginən, onun balaları ağlıyır.

Deyir:

– Yox, buraxmaram. Aparıram verəm Allah lənət eləmişə, mənim borcumu üzsün.



Deyir:

– Saa deyirəm, onu aş, burax. Niyə buraxmırsan?

Deyir:

– Buraxmaram, səndə nə var ki, maa nə verərsən?



İmam Zeynalabdın müsdəriymiş da, yolun qırağında otumuş­muş. Bı da tanımır axı. İmam Zeynalabdın bına deyir:

– Sayıl, ətəyii aç.

Ətəyini açır. Ətəyini açanda belə yeri süpürür tökür bının ətə­yinə, olur ləli-cəvahir. Sohra deyir ki, di ceyranı aş, burax da. Açır, buraxır. Onunçün deyir ki, borcdunu borcdan qurtaran. O ceyranın balaların qoymur yetim qala. Onu İmam Zeynalabdın buraxır.

Günü günortadan qaytaran da belədi da. O canım qurban ol­du­ğum Əli deyir, gün əyilənəcən dava elijəm. Allah günü accana belə əyir. Gün günortadan qayıtmır ha, bir acca əyilir. O da bı deməhdi.

Bını axunda sual veriflər, bilmiyif. Onu hər adam bilmir axı.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin