Cərrahi müdaxilənin texnikası. Ekstrakranial müdaxilə: Medial divarın osteotomiyası - Meisterschnitt və ya orta xəttdən aparılan nazal kəsiklərlə aparılır. Sümüyün mərkəzi seqmenti çıxarılır, medial divarlar medial palpebral bağlar ilə eyni bərabərdə repozisiya edilir. İlk tətbiq olunan metodlardandır. Hazırda istifadə olunmur.
Subkranial orbital osteotomiya - deformasiya kəskin deyilsə (Teisserin I, II tipi), xəlbir səfhə yuxarıdırsa (frontal tikiş xəttinin üzərindədirsə), əlavə frontal deformasiya (məsələn, anensefalosell) olmadıqda istifadə oluna bilər. Bərpa 1 sm və ondan az olacaqsa uğurlu saymaq olar.