Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə175/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   171   172   173   174   175   176   177   178   ...   303
Seboreya kistası. Bunlar haqqında epidermal və piy kistaları mövzusunda bəhs edilir.

Dermoid kistalar. Dermoid kistalar dərialtı şişlər olub, bədənin digər orqanlarında da müşahidə olunur. Adətən, uşaqlarda göz yuvası və burun ətrafında rast gəlinir. Üstündəki dərini fiksasiya etmir, amma aşağıdakı sümüyə yapışaraq hətta invaziya edə bilər. Nazofrontal nahiyədə meningeal yapışqanlıq da müşahidə olunur. Müalicəsində tam eksiziya aparılır, düzgün aparılmadıqda residiv riski yüksəkdir.
Xoş xassəli yumşaq toxuma şişləri
Lipoma. Piy hüceyrələrinin xoş xassəli şişləridir. Bədənin piy vəzisi olan hər yerində müşahidə olunur. Adətən, boyun, çiyin, kürək və bud nahiyələrində inkişaf edir. Bu törəmələr açıq sarı rəngdə, mono və ya polimorf yumşaq kütlələrdir. Maliqnizasiya riski çox aşağıdır. Müalicəsi eksizyadır.

Fibroma. Adətən, dəri və dərialtı toxumalarla əlaqəli və lipomalardan daha möhkəm konsistensiyaya malikdir. Bu törəmələri histoloji olaraq lentikulyar dermatofibroma, nodulyar subepidermal fibroz, skleroz hemangioma, neyrofibroma, laymioma, kelloid və çapıqdan fərqləndirmək çətindir. Fibromanın histologiyasında yüksək dərəcədə hüceyrə infiltrasiyası xarakterlidisə, fibrosarkomadan fərqləndirilməsi çətinlik yaradır. Ayaqcıqlı yumşaq fibromalar əsil lipofibromalardır (fibroma molle). Müalicəsi eksizyadır.

Neyrofibroma. Dəri və ya yumşaq toxumanın hər hansı bir xoş xassəli şişidir. Sinə və ya qarın nahiyyəsində müşahidə olunur. Polimorf strukturlu olduqda xəstəlik Von Reklinghausen xəstəliyi adlanır. Bu vəziyyətə dəridə cafe au lait (“südlü kofe”) ləkələri müşahidə olunur. Şişlər sinir qişasından inkişaf alan şvannomalardan fərqləndirilməlidir. Səthi xoş xassəli neyrofibromalar maliqnizasiya olmurlar. Yumşaq toxumadan inkişaf edənlər kapsulsuz olurlar, böyük ölçülərə çata bilərlər və maliqnizasiya ola bilər. Neyromiomalar daim bir sinir lifinə yapışır, kapsulyardır və maliqnizasiyaya uğramırlar.

Səthdə və dərində olmaqlarından asılı olmayaraq eksizya ilə müalicə olunurlar.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin