Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


FƏSİL 14 MÜŞAVİRƏ, KONFRANS VƏ SƏRGİLƏRİN


səhifə62/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   98
Mehmanxana teserrufati

FƏSİL 14
MÜŞAVİRƏ, KONFRANS VƏ SƏRGİLƏRİN 
TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ
Qədim dövrlərdən bəri insanlar ictimai, idman və ya dini hadisə­
lərə həsr edilmiş tədbirlərdə iştirak etmişlər. Şəhərlərin əyalət və döv­
lətlərin mərkəzlərinə çevrilməsi ilə əlaqədar bu tədbirlərin miqyası və 
ardıcıllığı artmaqda idi. Tədricən müntəzəm olan bu kimi tədbirlərin 
təşkili ilə məşğul olan insanr qrupu formalaşırdı.
Assosiasiyaların tarixi qədim dövrlərə gedib çıxır. Bəhs etdiyimiz 
mütəşəkkil insan qrupları Orta əsrlər Avropasında qildiyalar adlanardı. 
Onlar öz peşəkar qruplarının maraqlarının təmsil edib, onların əmək- 
lərin keyfiyyət standartlarını və ödənişlərini nəzarətdə saxlayırdılar. Bu 
kimi təşkilatlar ABŞ-da assosiasiyalar adlanır. İlk Amerika assosiasi­
yaları XVIII əsrdə əmələ gəlib. Onların arasında ən ilki Rod-Aylend 
ştatının şam işi ustalarının peşəkar birliyi olmuşdur.
Qonaqpərvərlik və turizm sənayesində ABŞ-ın bir sıra assosi­
asiyaları mövcuddur:
❖ The American Hotel & Motel Association (Amerika Otel və 
Motel Assosiasiyası)
❖ The National Restaurant Association (Milli Restoranlar 
Assosiasiyası)
❖ The International Association of Convention & Visitors 
Bureaus (Qonaqların cəlb edilməsi və konfransların 
keçirilməsi üzrə büroların Beynəlxalq Assosiasiyası)
❖ Club Managers Association (Klub Menecerlərinin Assosia­
siyası)
❖ Meeting Planers Association (Konfrans və İclasların Təşki­
latçılarının Assosiasiyası)
iqtisadiyyatın qonaqpərvərlik kimi sahəsi üçün assosiasiyalar 
yeganə müstəqil siyasi qüvvə olaraq aşağıdakı faydaları verməkdə­
dirlər:
siyasi əhəmiyyəti;
❖ marketinq kanalları (vasitələri);
❖ peşəkar tədris;
152
❖ assosiasiya üzvlərinə imtiyazlı xidmət;
❖ şəbəkə sisteminə daxil olma.
Minlərlə assosiasiya Amerikanın və dünyanın müxtəlif 
yerlərində hər il öz konfranslarını keçirir. Bəziləri ənənəvi olaraq bu 
tədbirləri məhz eyni yerdə keçirirlər.

Yüklə

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin