Dərslik Bakı 014 bbk 60. T 12


«Ölçmə elə bir proseduradır ki, onun vasitəsilə ölçülən obyekt müəyyən etalon ilə müqayisə olunur və müəyyən masştabda və şkalada rəqəmlə ifadə olunur»



Yüklə 2,78 Mb.
səhifə35/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   131
«Ölçmə elə bir proseduradır ki, onun vasitəsilə ölçülən obyekt müəyyən etalon ilə müqayisə olunur və müəyyən masştabda və şkalada rəqəmlə ifadə olunur».

Elə orada daha bir tərif verilir:



«Ölçmə empirik sistemin rəqəmli, obyektlər arasındakı münasibətlərin qaydasını qoruyub saxlayan sistemdə əks etdirilməsidir».

Sizə belə təriflər də rast gələ bilər:



«Ölçmə – empirik sistemin riyazi sistemə əks etdirilməsidir (empirik sistemin xüsusiyyətlərinin riyazi vasitələrlə modelləşdirilməsi), nəzəri anlayışların empirik indikatorlarla əlaqələndirilməsi prosesidir.

«Ölçmə elə bir prosedurdur ki, onun vasitəsilə empirik sistemi təşkil edən və öz aralarında müəyyən münasibətlərin daşıycıları kimi nəzərdən keçirilən ölçmə obyektləri riyazi sistemdə əks etdirilirlər, hansının ki, elementləri arasında müvafiq münasibətlər olur» [30, səh.210].

«Ölçmə elə bir prosedurdur ki, onun vasitəsilə müəyyən münasibətlərin daşıycıları kimi nəzərdən keçirilən ölçmə obyektləri müəyyən bir riyazi sistemdə əks olunurlar, həmin sistemin elementləri arasında müvafiq münasibətlər mövcuddur». [17, səh.142].

Biz son tərifə üstünlük verəcəyik və elə geniş yayılmış bir hala əsaslanacayıq ki, riyazi sistem rəqəm sistemidir və bundan başqa - rəqəm oxudur. Obrazlı şəkildə desək, bu adi məktəb xətkeşidir. Əlbəttə ki, xətkeşin köməyi ilə belə sadələşdirilmiş ölçmə modelini qəbul etmək çətindir, amma hər halda nədən isə başlamaq lazımdır. Sosiologiyada ölçmə nəzəriyyəsi adlandırılan bütöv bir bilik sahəsi mövcuddur. Bu kitabın materialını mənimsəyəndən sonra siz onun öyrənilməsinə başlayaraq başqa ölçmə modellərinin mövcudluğundan xəbərdar ola bilərsiniz. Beləliklə, əgər ölçmə prosesində biz ancaq obyektlərin bərabərliyi – qeyri-bərabərliyini əks etdiririksə, onda nominal şkala adlandırılan şeyi əldə edirik. O, həm də ad, kateqoriya, ordinar (ordinaldan fərqli olacaq) şkalası da adlandırılır. Nominal şkala halında ölçmə ən aşağı səviyyədə olur, ona görə ki, bu səviyyənin çərçivəsində ölçmə obyektləri arasında ən sadə münasibətlər, məhz «bərabərlik – qeyri-bərabərlik» münasibətləri modelləşdirilir.

Yuxarıda qeyd olunmuş beş sual halında «cins» və «fakültə» nominal şkala ilə ölçülürlər. Birinci şkala (cins) iki, ikincisi isə on altı şkala qiymətindən ibarətdir. İşarə olunmuş kodlar məhz elə şkala qiymətləridir, yəni, onlar Eİ-in qiymətləri kimi izah olunurlar. Birinci Eİ üç kodlaşdırma üsulundan ikincisində iki qiymət (1, 2) qəbul edə bilər. İknicisi isə, əgər kodlaşdırmanın iki üsulundan birincisini nəzərdən keçirsək (1, 2, 3… 15, 16) qiymtələrini qəbul edə bilər. Hər bir qiymət verbal (söz ilə) interpretasiyaya malikdir. Nominal şkala halında üstündə ancaq iki qiymət olan (0 və 1) dixomatik şkalalara keçmək olar. O zaman «cins» empirik indikatoru iki indikatora çevrilir və onların hər biri iki qiymət qəbul edir:

a) kişi olmaq və ya olmamaq,

b) qadın olmaq və ya olmamaq.

«Fakültə» 16 empirik indikatorun məcmusuna çevrilir, eləcə də onlardan hər biri də iki qiymət qəbul edir: əgər respondent müəyyən xüsusiyyətə malik deyildirsə - sıfır, malikdirsə - bir qiymətini alır. Humanitar ölçmə [28] adlandırılan ölçmənin tərəfdarları hesab edirlər ki, elementar xüsusiyyətlərin dili (kişi olmaq və ya olmamaq, tələbə olmaq və ya olmamaq, sosioloji fakültədə oxumaq və ya oxumamaq) elə empirik məlumatlar ilə «ünsiyyət» üçün yeganə dildir. Yəqin ki, bu mümkün olan yeganə yanaşma deyildir, belə ki, onun çərçivələrində empirik indikatorların tamlığı pozulur. Sosioloq üçün tokar, çilingər, çörəkçi, əczaçı və s. demək heç də həmişə rahat deyildir, amma bütövlükdə «peşə» fenomeni haqqında danışmaq bəzən rahat olur.

Kodların yazılı əlavə edilməsi elə ölçmə alətinin əldə olunması deməkdir. Beləliklə, bizdə bir növ iki «xətkeş» var: biri «cinsin» ölçülməsi üçün (şəkil 2.1.), digəri isə «fakültənin» ölçülməsi üçün (şəkil 2.1.1b)
a)
b)


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin