Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə32/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   131
Tip 5: Mətn məlumatları

Sosioloqun mətn məlumatları ilə işləməli olduğu bir neçə situasiyanı göstərmək olar. Bu situasiyaları sosioloji informasiyanın bu tipinin üç mənbəyi kimi nəzərdən keçirmək olar. Birincisi, bu qəbildən olan informasiya ilə açıq sualları olan anketlərlə iş zamanı rastlaşır. İkincisi, müxtəlif qəbildən olan qeyri-formal intervyulərin mətnləri ilə iş zamanı, yəni informasiyanın yumşaq/əyilgən yığım metodları ilə iş zamanı rastlaşır. Bu əsasən sosial reallığın bioqrafik üsulla öyrənilməsində istifadə olunan narrativ intervünün nəticələridir. Bu individual və qrup (fokus-qrup) şəklində olan leytmotiv intervyunün nəticələridir. Üçüncüsü, kütləvi informasiya vasitələrinin materialları ilə iş zamanı rastlaşır. Dördüncüsü, proyektiv adlandırılan metodların yardımı ilə empirik informasiyanın yığımı zamanı rastlaşır. Məsələn, sosial normaların öyrənilməsi üçün tamamlanmamış cümlələr metodundan, identikliyin öyrənilməsi üçün isə iyirmi özmüqəddəratını təyin etmək metodikasından istifadə olunur. Bundan sonra biz onları ölçmə üsulları kimi nəzərdən keçirəcəyik.

Mətn analizinə prinsipial olaraq müxtəlif olan yanaşmalar mövcuddur. Onlardan birincisi mətn informasiyasının şəklini dəyişərək «anket» məlumatlarına çevrilməsidir. Bunun üçün analiz vahidi və ya tədqiqat vahidi, və ya öyrənmə vahidi (məsələn, mətn məlumatlarının çıxış nöqtəsi insanların bioqrafiyası olduğu halda insanların peşə karyerası) seçilir. Sorğu vərəqəsi tərtib olunur. Hər bir empirik obyektə – ayrıca götürülmüş adamın professional karyerasına – tədqiqatçının özü tərəfindən anket doldurulur. Sorğu vərəqəsi sosioloqu maraqlandıran və respondentin professional karyerasını xarakterizə edən sualların məcmusundan ibarətdir.

İkinci yanaşma kontent-analizlə [10, kitab 2, səh.39-102, 20] bağlıdır. Siz bilirsiniz ki, mətnlərin analizinə formal yanaşma kontent-analiz adlandırılır, hansı ki, əsasən müxtəlif sözlərin, birköklü sözlərin, sözbirləşmələrinin təkrarlanmasının sayının hesablanmasından ibarətdir. Cəmiyyətdəki sosial dəyişliklərin analizinin qəzet tərəfindən müxtəlif vaxtlarda müxtəlif tematik rubrikalara ayrılan sahənin ölçülməsi əsasında aparılması kimi klassik bir misal məlumdur. Yerli sosioloqların nigah elanlarının kontent-analizi haqqında təcrübələri maraqlıdır. [4]

Üçüncü yanaşma təqiqatın spesifikası və məqsədləri ilə şərtləndirilmişdir. Mətnlərin transaksiyalı analizi adlandırılan analiz də məlumdur. O, oriyentasiya olunduğu obrazların tədqiqindən ibarətdir (məsələn, qəzet). «Uşaq», «Valideyn», «Yaşlı adam» şərti olaraq belə obrazlar sayılırlar. Tərcümeyi-halların analizi zamanı isə məsələlərdən biri: informasiyanın xronoloji və ya tematik prinsip üzrə təşkili – obrazdır. Bunu da mətn analizinin üçüncü yanaşmasına aid etmək olar.

Mətnlərlə iş zamanı analiz vahidi hər bir şey ola bilər, ona görə ki, tədqiqatçıların mətnlərin üstündə çox vaxt ikinci analizin məsələlərini həll edirlər. Obrazlı şəkildə desək bu «köhnə» empirik materialın «yeni» məsələlərin həlli üçün işlədilməsi deməkdir. Mətn informasiyası müxtəlif məqsədlərlə ona təkrar-təkrar qayıtmağa, sosioloq üçün vacib olan informasiyanı (müxtəlif məsələlərin həlli, müxtəlif tədqiqat hipotezlərini yoxlamaq üçün) mərhələlərlə «götürmək» üçün unikal imkanlar verir. Diqqət verin! Biz «analiz» termini olan sözbirləşmələrini müəyyən anlyışlar kimi işlədirdik. Bununla belə onlar təkcə sosiologiyanın anlayışları deyildirlər. Bütün bunlar metodologiya elminin (belə bir elm də vardır) kateqoriyalarıdır. Sosioloq mətn informasiyası ilə işləyən zaman anlayışların bölünməsi (informasiyanın toplanması metodu, ölçmə metodu, analiz metodu) bir qədər mənasız görünür. «Analizin məntiqi», «analizin strategiyası» kimi anlayışları işlətmək daha məqsədəuyğundur. Bununla belə bu cür bölmədə həmişə müəyyən bir məna vardır, çünki bu alternativ düşünməyə məcbur etməklə sosioloqu bir növ zənginləşdirir. Məsələn, nəyə görə belə bir sual yarana bilməsin: mətn informasiyası ilə iş çərçivəsində biz nəyi isə dəyişdiririkmi? Göründüyü kimi, bəli. Belə kontekstlər təklif etmək olar. Ölçmə informasiyanın kodlaşdırılması kimi. Ölçmə nəyin isə və kimin isə tiplərinin hazırlanması kimi. Ölçmə nəyin isə strukturunun formalaşması kimi.

Bu informasiya tipinin mövcudluq formalarına gəldikdə isə aağıdakıları qeyd etmək lazımdır. Mətn informasiyalarından həm dinamik cərgələrin, həm də «obyekt-əlamət» növlü məlumatların matrisalarının əldə edilməsi mümkündür. Əgər müəyyən vaxt dövründə baş verən dəyişiklikləri izləsək – məsələn, müəyyən rubrika üçün ayrılmış qəzet səhifələrini – dinamik cərgə əldə olunar.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin