Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə86/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   82   83   84   85   86   87   88   89   ...   103
Respublika günü – İlk dəfə olaraq Şərqdə 28 may 1918-ci il demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyetinin yarandı. Həmin gün (28 may) dövlət səviyyəsində qeyd olunur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və hüquqi və dünyəvi dövlət, ilk demokratik respublika nümunəsi idi. 23 ay ömür sürməsinə baxmayaraq bir sıra islahatlar keçirmiş, əhəmiyyətli qərarlar vermişdir. 1991-ci ildə SSRİ-i dağıldıqdan sonra Azərbaycan dövlət müstəqilliyini əldə etdi.1990-ci ildən bəri isə Respublika günü dövlət səviyyəsində qeyd olunur.

Müstəqillik günü 1990-ci illərin sonu Sovet impersiyası dağıldıqdan sonra bir çox respublikalar kimi Azərbaycan respublikası müstəqilliyini elan etdi. Müstəqilliyi əldə etmək asan başa gəlmədi. Çox qanlar axıdıldı, günahsız minlərlə insan qurban edildi. Ancaq xalqın iradəsi qırmaq mümkün olmadı. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında 4 gün müzakirələr aparıldı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi Ona görə də hər il həmin gün bayram kimi qeyd edilir.

Zəfər günü – Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri 8 noyabr. 30 ilə yaxın 20 faiz torpaqlarımız düşmən tapdağı altında qalmışdır. 44 günlük müharibə dövründə müzəffər ordumuz vətənimizi yağı tapdağından xilas etdi. Dövlət başçısının sərəncamına əsasən hər il 8 noyabr Qələbə günü kimi qeyd ediləcək.

8 mart – beynəlxalq qadınlar bayramının martın səkkizində qeyd olunmasına təşəbbüsü ilk dəfə alman sosialist qadını Klara Setkin irəli sürmüşdür. O, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci il martın 8-də Nyu-Yorkda başlayan mübarizədə 129 işçi qadının yandırılaraq öldüyü günü onların xatirəsinə hər il 8 martı “Dünya Qadınlar Günü” kimi qeyd olunması təklif edir və təklif qəbul olunur [136].

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın kişilərlə bərabər hüquqlu olmaq, aşağı maaş, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edirlər.

İndi bütün dünya 8 martı qadınlar günü kimi qeyd edir. Həmin gün kişilər qadınları təbrik edir, hədiyyə alır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin