ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM



Yüklə 0,89 Mb.
səhifə2/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   2   3   4   5   6   7   8   9   ...   13
İSBN 978-9952-8176-4-5

© Ələsgər Siyablı, 2018

İÇİNDƏKİLƏR



ƏLƏSGƏR SİYABLI 1

İÇİNDƏKİLƏR 2

İLK TANIŞLIQ 13

Tarix fakültəsində 14

KQB polkovniki, dekan müavini 19

Müəllimimizin sevimli mövzuları 21

Tələbələrin dostu, himayəçisi 23

Yataqxanalarda və çayxanalarda 24

Müəllimimiz Rafiq İsmayılov 25

Azərbaycan dissidentlərinin mövqeyi 26

KQB-nin təzyiqləri 27

Naxçıvandakı gizli qrupla tanışlıq 30

ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ 33

KQB əməkdaşları fakültəmizdə 33

Məhkəmənin gedişi 35

Əsgərlərlə tələbələr arasında qarşıdurma 43

Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev 44

Sibirdə 15 il cəza çəkən qocanın sevinci 44

Beş gün davam edən məhkəmə 45

Əbülfəz müəllimin üzünə duranlar 46

Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili 46

Fred Asifin Elçibəyə görə nəzarətçini alşaldıcı şəkildə cəzalandırması 50

Əbülfəz bəy həbsdən azad olunduqdan sonra 51

Əlyazmalar İnstitutunun elmi işçisinə qarşı basqıların səbəbi 52

Bülənd Ecevidlə Elçibəyin görüşü 53

KQB əməkdaşı Qulamovun Nəriman Nərimanov muzeyinə gəlmə səbəbi 54

Mehdi Məmmədovun toyundakı sağlıq 56

ƏBÜLFƏZ BƏYİN TOYUNDA 58

Elçibəy və Fəzail Ağamalıyev 59

DƏRNƏKLƏRDƏN SİYASİ TƏŞKİLATA 60

Əbülfəz bəyin qaldığı evdə Heydər Əliyevin şəkili 62

Ziya Bünyadovun Aqanbeqyanın Parisdəki müsahibəsinə reaksiyası 64

Milli Dirçəliş Hərəkatının başlanması 65

Alimlərin təşəbbüsü ələ almaları 67

Meydan hərəkatı 70

NK-Nüsrət Kəsəmənli, yoxsa Nümaiş Komitəsi 71

Meydan lideri Nemət Pənahlı və Elçibəyin geri çəkilmə səbəbi 72

19 gün davam edən qəhrəmanlıq epopeyası 75

Mitinqin dağıdılması və iştirakçılarının həbsi 77

AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN YARADILMASI UĞRUNDA MÜBARİZƏ 80

AXC Təşəbbüs qrupunun Təsis Konfransı 82

AXC-nın ilk qərərgahı 84

Türkiyədən gələn qonaqlar 87

AXC daxilində qarşıdurmalar 87

Qurultay səlahiyyətli konfrans 89

Xalq Cəbhəsinin yeni binası 91

Yeni fitnəkarlıq, erməni talanları 92

Milli Müdafiə Şurasının yaradılması 94

Lənkaranda yerli idarəetmənin Müvəqqəti 96

Müdafiə Komitəsinə verilməsi 96

Naxçıvanın Sovetlər Birliyinin tərkibindən çıxması 97

20 yanvar qırğınına gedən yol 98

İbişin şəhid olması 100

19-dan 20-nə keçən gecə 102

Naxçıvanda döyüşlər 105

Şəhidlərin dəfni 105

Ali Sovetin sessiyası 106

Şəhidlərin dəfnindən sonra AXC qərərgahı 107

Qərərgahsız günlərimiz 109

Oljas Süleymanovun Bakıya gəlişi və Türk jurnalistlərinin həbsi 111

Əbülfəz bəy gizli şəraitdə 112

Etibar Məmmədovun hüquqlarını müdafiə komitəsi 113

AXC-nın səyyar qərərgahlarında 115

AXC-nın Şamaxı Məclisi 116

AXC Məclisinin Göyçay toplantısı 117

Hərbiçilrin AXC qərərgahını tərk etməsi və seçkilərə hazırlıq 118

Arif Abdullayevin öldürülməsi 119

Cəbhəçilərin İstanbula Qurultaya getməsi 121

İstanbuldan Ankaraya 125

Nihat Çətinqayanın fədəkarlığı 126

Samsun yaxınlığında Alparslan Türkeşlə görüş 129

Sovetskidəki yeni qərərgah 130

Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya uğraması 131

Əlaqələri yaxşılaşdırmaq üçün Gürcüstana səfər 132

DEMOKRATLARLA RADİKALLAR 136

ARASINDA QARŞIDURMANIN SON MƏRHƏLƏSİ 136

Moskvada çevrilişin Azərbaycandakı fəsadları. 140

Bəyin başının yarılması 140

Heydər Əliyevlə görüş 142

Heydər Əliyev cəbhəçiləri nədən sıxışdırdı 147

Müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu 149

Milli Şuranın yaradılması 150

AXC İcraiyyə Komitəsi, işçiləri və fəalları 151

Respublikada vəziyyətin daha da gərginləşməsi 155

Yaqub Məmmədovun hakimiyyəti və kadrları 157

Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və... 160

Ramiz Qəmbərov və Arif Paşayev 161

Anatoliy Lupinosun Elçibəylə görüşü 162

ELÇİBƏYİN PREZİDENTLİK DÖVRÜ 166

ELÇİBƏYİN SOVET ƏSARƏTİNDƏKİ TÜRK XALQLARINA QAYĞISI 171

Noqay Türklərinin “Birlik” Cəmiyyətinin qurultayında 171

Qumuq Türklərinin “Tənqlik” Hərakatı və Cecenlərlə əlaqələrin möhkəmlənməsi 173

Krım, Qaqauz və Qazan türkləri ilə əlaqələrin genişlənməsi 174

Özbək və Türkmən demokratlarının himayə edilməsi 175

Çağdaş Turan Partiyası arzusu 177

Xarici Turizm Şurasının sədri vəzifəsində 178

Cəbhə xəttindəki uğursuzluqlar 179

Naxçıvanda Heydər Əliyevlə cəbhəçilər arasında növbəti qarşıdurma 180

Musavat Partiyasının Bərpa Qurultayı 180

Elçibəyin Gəncəyə gedişinin səbəbi 184

Kəlbəcərin işğalı və ölkədə içtimai-siyasi vəziyyətin gərginləşməsi 185

AXC fəallarının protokol qaydalarına uyuşa bilməməsinin acıları 186

Elçibəy və Turqut Özal 187

Heydər Əliyevin hakimiyyətə gəlməsində Süleyman Dəmrəlin rolu 189

Mehmet Turqut və onun “Taşkente doğru” kitabı 190

Elçibəy və yəhudulər 192

Nyu-Yorkda Zahid xan Xoyski ilə görüş 194

Con Kerri ilə görüşümün hesabatı, yoxsa məhkəmə günlərinin xatirələri 195

Hərbi birliyin xəyanətkar fəaliyyəti və Ankarada 196

Məsut Yılmazla görüşüm 196

Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd 198

Heydar Əliyevi hakimiyyətə gətirilməsində neft şirkətlərinin rolu 201

709-cu briqadanın ləğvinə və Surət Hüseyinovun həbsinə təşəbbüs 202

Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamda rolu 205

Heydər Əliyev Milli Məclisin sədri seçilməsi 210

Elçibəyin Kələkiyə gedişi 210

Surətçilərin planları və Bakıdakı əməlləri 211

Elçibəyin kadırları və onun dövründə görülmüş işlər 212

Elçibəyin dilimizə verdiyi önəm və yeni qurumların yaradılması 216

Strategiya ustası 218

XALQ CƏBHƏSİNİN ƏLİYEV REJİMİNƏ QARŞI MÜXALİFƏT DÖVRÜ 229

“AY MÜXALİFƏT, GEDİN ÖZÜNÜZƏ BAŞQA BİR XALQ TAPIN, 233

BU XALQ HEYDƏR ƏLİYEVİN XALQIDIR “ 233

XTPD -nin QİYAMI VƏ 235

ELÇİBƏYƏ QARŞI İTTİHAMLAR 235

“YURD” FRAKSİYASININ FƏALLAŞMASI 247

Azərbaycanda PKK-nın dayaqları 255

BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİIN YARADILMASI 257

ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ, TÜRKİYƏYƏ VƏ AMERİKAYA SƏFƏRLƏRİ 265

“YURD”UN POZUCULUQ FƏALİYYƏTİNİN GÜCLƏNMƏSİ 269

ELÇİBƏYSİZ MÜXALİFƏTİN MƏRUZ QALDIĞI SARSINTILAR 273

ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI İTHAMLARA CAVAB 279

SON SÖZ 291


Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və

ƏLƏSGƏR SİYABLI 1

İÇİNDƏKİLƏR 2

İLK TANIŞLIQ 13

Tarix fakültəsində 14

KQB polkovniki, dekan müavini 19

Müəllimimizin sevimli mövzuları 21

Tələbələrin dostu, himayəçisi 23

Yataqxanalarda və çayxanalarda 24

Müəllimimiz Rafiq İsmayılov 25

Azərbaycan dissidentlərinin mövqeyi 26

KQB-nin təzyiqləri 27

Naxçıvandakı gizli qrupla tanışlıq 30

ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ 33

KQB əməkdaşları fakültəmizdə 33

Məhkəmənin gedişi 35

Əsgərlərlə tələbələr arasında qarşıdurma 43

Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev 44

Sibirdə 15 il cəza çəkən qocanın sevinci 44

Beş gün davam edən məhkəmə 45

Əbülfəz müəllimin üzünə duranlar 46

Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili 46

Fred Asifin Elçibəyə görə nəzarətçini alşaldıcı şəkildə cəzalandırması 50

Əbülfəz bəy həbsdən azad olunduqdan sonra 51

Əlyazmalar İnstitutunun elmi işçisinə qarşı basqıların səbəbi 52

Bülənd Ecevidlə Elçibəyin görüşü 53

KQB əməkdaşı Qulamovun Nəriman Nərimanov muzeyinə gəlmə səbəbi 54

Mehdi Məmmədovun toyundakı sağlıq 56

ƏBÜLFƏZ BƏYİN TOYUNDA 58

Elçibəy və Fəzail Ağamalıyev 59

DƏRNƏKLƏRDƏN SİYASİ TƏŞKİLATA 60

Əbülfəz bəyin qaldığı evdə Heydər Əliyevin şəkili 62

Ziya Bünyadovun Aqanbeqyanın Parisdəki müsahibəsinə reaksiyası 64

Milli Dirçəliş Hərəkatının başlanması 65

Alimlərin təşəbbüsü ələ almaları 67

Meydan hərəkatı 70

NK-Nüsrət Kəsəmənli, yoxsa Nümaiş Komitəsi 71

Meydan lideri Nemət Pənahlı və Elçibəyin geri çəkilmə səbəbi 72

19 gün davam edən qəhrəmanlıq epopeyası 75

Mitinqin dağıdılması və iştirakçılarının həbsi 77

AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN YARADILMASI UĞRUNDA MÜBARİZƏ 80

AXC Təşəbbüs qrupunun Təsis Konfransı 82

AXC-nın ilk qərərgahı 84

Türkiyədən gələn qonaqlar 87

AXC daxilində qarşıdurmalar 87

Qurultay səlahiyyətli konfrans 89

Xalq Cəbhəsinin yeni binası 91

Yeni fitnəkarlıq, erməni talanları 92

Milli Müdafiə Şurasının yaradılması 94

Lənkaranda yerli idarəetmənin Müvəqqəti 96

Müdafiə Komitəsinə verilməsi 96

Naxçıvanın Sovetlər Birliyinin tərkibindən çıxması 97

20 yanvar qırğınına gedən yol 98

İbişin şəhid olması 100

19-dan 20-nə keçən gecə 102

Naxçıvanda döyüşlər 105

Şəhidlərin dəfni 105

Ali Sovetin sessiyası 106

Şəhidlərin dəfnindən sonra AXC qərərgahı 107

Qərərgahsız günlərimiz 109

Oljas Süleymanovun Bakıya gəlişi və Türk jurnalistlərinin həbsi 111

Əbülfəz bəy gizli şəraitdə 112

Etibar Məmmədovun hüquqlarını müdafiə komitəsi 113

AXC-nın səyyar qərərgahlarında 115

AXC-nın Şamaxı Məclisi 116

AXC Məclisinin Göyçay toplantısı 117

Hərbiçilrin AXC qərərgahını tərk etməsi və seçkilərə hazırlıq 118

Arif Abdullayevin öldürülməsi 119

Cəbhəçilərin İstanbula Qurultaya getməsi 121

İstanbuldan Ankaraya 125

Nihat Çətinqayanın fədəkarlığı 126

Samsun yaxınlığında Alparslan Türkeşlə görüş 129

Sovetskidəki yeni qərərgah 130

Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya uğraması 131

Əlaqələri yaxşılaşdırmaq üçün Gürcüstana səfər 132

DEMOKRATLARLA RADİKALLAR 136

ARASINDA QARŞIDURMANIN SON MƏRHƏLƏSİ 136

Moskvada çevrilişin Azərbaycandakı fəsadları. 140

Bəyin başının yarılması 140

Heydər Əliyevlə görüş 142

Heydər Əliyev cəbhəçiləri nədən sıxışdırdı 147

Müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu 149

Milli Şuranın yaradılması 150

AXC İcraiyyə Komitəsi, işçiləri və fəalları 151

Respublikada vəziyyətin daha da gərginləşməsi 155

Yaqub Məmmədovun hakimiyyəti və kadrları 157

Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və... 160

Ramiz Qəmbərov və Arif Paşayev 161

Anatoliy Lupinosun Elçibəylə görüşü 162

ELÇİBƏYİN PREZİDENTLİK DÖVRÜ 166

ELÇİBƏYİN SOVET ƏSARƏTİNDƏKİ TÜRK XALQLARINA QAYĞISI 171

Noqay Türklərinin “Birlik” Cəmiyyətinin qurultayında 171

Qumuq Türklərinin “Tənqlik” Hərakatı və Cecenlərlə əlaqələrin möhkəmlənməsi 173

Krım, Qaqauz və Qazan türkləri ilə əlaqələrin genişlənməsi 174

Özbək və Türkmən demokratlarının himayə edilməsi 175

Çağdaş Turan Partiyası arzusu 177

Xarici Turizm Şurasının sədri vəzifəsində 178

Cəbhə xəttindəki uğursuzluqlar 179

Naxçıvanda Heydər Əliyevlə cəbhəçilər arasında növbəti qarşıdurma 180

Musavat Partiyasının Bərpa Qurultayı 180

Elçibəyin Gəncəyə gedişinin səbəbi 184

Kəlbəcərin işğalı və ölkədə içtimai-siyasi vəziyyətin gərginləşməsi 185

AXC fəallarının protokol qaydalarına uyuşa bilməməsinin acıları 186

Elçibəy və Turqut Özal 187

Heydər Əliyevin hakimiyyətə gəlməsində Süleyman Dəmrəlin rolu 189

Mehmet Turqut və onun “Taşkente doğru” kitabı 190

Elçibəy və yəhudulər 192

Nyu-Yorkda Zahid xan Xoyski ilə görüş 194

Con Kerri ilə görüşümün hesabatı, yoxsa məhkəmə günlərinin xatirələri 195

Hərbi birliyin xəyanətkar fəaliyyəti və Ankarada 196

Məsut Yılmazla görüşüm 196

Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd 198

Heydar Əliyevi hakimiyyətə gətirilməsində neft şirkətlərinin rolu 201

709-cu briqadanın ləğvinə və Surət Hüseyinovun həbsinə təşəbbüs 202

Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamda rolu 205

Heydər Əliyev Milli Məclisin sədri seçilməsi 210

Elçibəyin Kələkiyə gedişi 210

Surətçilərin planları və Bakıdakı əməlləri 211

Elçibəyin kadırları və onun dövründə görülmüş işlər 212

Elçibəyin dilimizə verdiyi önəm və yeni qurumların yaradılması 216

Strategiya ustası 218

XALQ CƏBHƏSİNİN ƏLİYEV REJİMİNƏ QARŞI MÜXALİFƏT DÖVRÜ 229

“AY MÜXALİFƏT, GEDİN ÖZÜNÜZƏ BAŞQA BİR XALQ TAPIN, 233

BU XALQ HEYDƏR ƏLİYEVİN XALQIDIR “ 233

XTPD -nin QİYAMI VƏ 235

ELÇİBƏYƏ QARŞI İTTİHAMLAR 235

“YURD” FRAKSİYASININ FƏALLAŞMASI 247

Azərbaycanda PKK-nın dayaqları 255

BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİIN YARADILMASI 257

ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ, TÜRKİYƏYƏ VƏ AMERİKAYA SƏFƏRLƏRİ 265

“YURD”UN POZUCULUQ FƏALİYYƏTİNİN GÜCLƏNMƏSİ 269

ELÇİBƏYSİZ MÜXALİFƏTİN MƏRUZ QALDIĞI SARSINTILAR 273

ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI İTHAMLARA CAVAB 279

SON SÖZ 291


İLK TANIŞLIQ

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Uni­versiteti) tarix fakültəsində oxuyurdum. O dövürdə Azərbaycan­da yalnız bizim oxuduğumuz ali məktəb uinversitet, qalanları isə institutut adlanırdı. Universitetin Şərqşünaslıq fakültəsində oxuyan, ordubadlı Aydın Qasımovla hərdən görüşər, dərdləşər, dərslərimizin neçə getdiyindən, müəllimlərimizdən, ölkəmizdə və dünyada baş verənlərdən söhbətləşərdik.

Elə ki, söhbət milli məsələdən, Azərbaycanda ana dilinin sıxışdırılmasından, rüşvətin, süründürməçiliyin baş alıb get­məsindən söz düşərdi onda Aydın bəy Əbülfəz müəllimin adını çəkərdi. Biz adətən Ermənistanı və Gürcüstanı Azərbaycanla müqaisə edərdik. Onlarda əhalinin güzaranı bizə nisbətən yaxşı olduğu kimi, ana dilinə hörmətlə yanaşıldığı da hər addımda hiss edilirdi. Rus dili Azərbaycanın hər yerində hakim olduğu halda Gürcüstanda və Ermənistanda küçə, meydan, idarə və təşkilat ad­ları iki dildə yazılırdı. Mağazalarda satıcılar, kassalarda kassirlər, bir sözlə içtimai yerlərdə çalışanlar ana dilində danışırdılar. Azər­baycanda isə bunun tərsinə idi. Hətta Rus dilini bilməyənlər də görürdün ki, fikrini qırıq-salxax Rus dilində deməyə çalışır. Rus dilində danışmaq az qala yerli əhalini alçaltmaq səviyyəsindəydi.

İkinci kursunda oxuyarkən (1972) Aydın Qasımov məni uni­versitetimizin müəllimi Əbülfəz Əliyevlə tanış etdi. O, Lermon­tov küçəsində, indiki Nazirlər Kabinetinin yaxınlığında, keçmiş Çəmbərəkənd məhəlləsində, sökülməkdə olan bir binada, böyük qardaşı Muradın qızı Səadətlə birlikdə kirayədə qalırdı. Misirdə iki il tərcüməçi işləmişdi. Xarici ölkədə işləyənlər və institutut müəllimləri ilə müqaisədə onun güzaranı o qədər də yaxşı deyil­di. Belə ki, xarici ölkələrdə işləyənlər adətən geyim-keçimlərilə, diqqəticən minik maşını- “Volqa” almaları ilə seçilirdilər.

İlk söhbətdən onun cazibəsinə düşdüm. Həmin gündən sadiq əsgəri kimi sona qədər sevimli müəllimimin və liderimin təsirin­dən qurtula bilmədim.

Bu tanışlıqdan bir il sonra Əbülfəz Əliyev bizə Asiya və Af­rika ölkələri tarixinin ümumi kursu üzrə mühazirə oxumaqla ya­naşı, həm də Şərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O, təxminən il yarım bizə dərs dedi.

Tarix fakültəsində

O zaman Universitetinən nüfuzlu fakultələrindən biri olan

Tarix fakultəsi, əsasən ideologiyalı kadırlar hazırlayırdı. Rəh­bər komsomol, partiya, sovet işçilərinin, təhlükəsizlik və milis orqanları əməkdaşlarının əksəriyyəti tarix fakültəsinin məzunla­rı idi. Buna görə də müəllimlərin ideoloji hazırlığına, tələbələ­rin kommunist ideologiyası ruhunda təlim və tərbiyəsinə mühüm önəm verilirdi. 30-40-cı illərdə bu fakultənin bir çox müəllimi, professoru, hətta rektoru olmuş Tağı Şahbazi Simurq antisovet və milliyətçilik ittihamlari ilə repressiyaya məruz qalmışdılar. Tarix fakultəsində müəllimlərin bir çoxu partiya-sovet orqanlarında, orduda və təhlükəsizlik orqanlarında vaxtilə yüksək vəzifələrdə çalışmış kadrlar idi. Fakultədə bir neçə ordu və KQB polkovniki tarix elminin müxtəlif sahələrindən dərs deyirdi. Heydər Əliyev də 1950-ci illərdə KQB-də yüksək vəzifədə çalışanda tarix fa- kultəsində qiyabi təhsil almışdı.



Tarix fakultəsində Sovet rejiminə xas mürtəce, mühafizəkar bir ab- hava hökm sürürdü. Elmi həqiqətlər bir kənara qoyularaq tarixi hadisələr Sovet ideologiyasının tələblərinə uyğun şəkildə şərh olunurdu. Buna da kommunist ideologiyası deyirdilər. Əs­lində Sovet ideologiyası sözdə kommunist ideolojiyası adlandı- rılsa da əməldə heç də elə deyildi. Çində də, Yuqoslaviyada da, Albaniyada da kommunist ideologiyası hakim ideologiya hesab olunurdu. Lakin onların arasında fikir birliyi yox idi.

Azərbaycan tarixinin bir çox taleyüklü hadisələri dərsliklər­də və müəllimlərin mühazirələrində müzakirəyə qapalıydı.Hər şey ehkam formasında təqdim və tədris olunurdu. Tələbələrin tarixi hadisələr haqqında Sovet-kommunist idelogiyasına uyğun olmayan, onunla ziddiyət təşkil edən suallarına müəllimlər çox sərt, aqressiv reaksiya verirdilər. Azərbaycan tarixi ən ikrah do- ğurucu, iyrənc şəkildə saxtalaşdırılmışdı. Azərbaycanın etnoge- nez məsələsi, Azərbaycanın “könüllü“ şəkildə Rusiyaya birləş­dirilməsi, daşnaq və satqınlardan ibarət 26 Bakı Komissarlarının Azərbaycan xalqı naminə göstərdikləri tarixi qəhrəmanlıq haqqın­da yazılanlar elmi həqiqətlərdən çox uzaq idi. Sovet hakimiyyətı guya Azərbaycan xalqını məhv olmaqdan qurtaran tarixi xilas­karlıq missiyasında təqdim olunurdu. Azərbaycan xalqının mənşə etibarı ilə türk olmasını dilə gətirmək və ya tələbələrdən kiminsə cəsarət göstərib özünü türk adlandırması bağışlanılmaz bir günah və hətta cinayət hesab olunurdu. 1918-20-ci illərdə Azərbaycan Cümhuriyəti, Müsavat Partiyası və Milli hökumətının fəaliyyəti söyüş və təhqirlə dolu bir neçə cümlələrlə yad edilməklə kifayət­lənilirdi.

Tarix fakultəsinin müəllimləri öz mühazirələrini bizə nöqtə və vergülünə qədər yazdırıdılar.Bu mühazirələr dərsliklərdəki tarixi hadisələrin saxtalaşdrılmış və təhrif olunmuş şəkildə təkrarından, Rusiyanın Azərbaycan xalqı üçün tarixi xilaskarliq missiyasinin tələbələrə təlqin olunmasindan başqa bir şey deyildi. Onlar özləri də təbii ki, bu hadisələrin təhrif olunduğunu gözəl bilirdilər, lakin mühazirələrində bu dərs kitablarındakı təhriflərə düzəliş vermək və ya haşiyə çıxmaq cəsarətində deyildilər. O zaman çox gənc olan Əbülfəz müəllim öz gəlişi ilə tarix fakultəsinə demokratik bir ab-hava, səmimi və güvən verici bir əhvali-ruhiyə gətirmişdi, onun üçün başqa müəllimlərdən fərqli olaraq müzakirəyə qapa­lı, üzərinə yasaq qoyulmuş hər hansı bir mövzu mövcud deyildi, ona tarixin bütün sahələri haqqında sual verib müzakirə aparmaq mümkün idi ki, bu da biz tələbələrə böyük bir cəsarət verirdi.

Bütün bunları təfərrüatı ilə yazmaqda məqsədim oxucularda və xüsusən də o dövrü yaşamamış indiki gənclərdə sovet döv­rünün ictimai-siyasi vəziyyəti, təhsil sistemi haqqında, tarix fa- kultəsində mövcud olan əhval-ruhiyə haqqında dolğun təsəvvür yaratmaqdır. Oxucular bilsinlər ki, Əbülfəz Elçibəy hansı şəra­itdə, neçə dözülməz şərtlər altında müəllimlik edir, özünün mil- liyətçi-türkçü fikirlərini neçə təbliğ edib, hansı çətinliklərlə və təhlükələrlə üzləşib və niyə həbs olunub?!.

Əbülfəz Elçibəy tarix fakultəsində müəllim işləyəndə iki il çalışdığı Misir Ərəb Respublikasından yenicə dönmüşdü. Sovet­lərin totalitar rejimindən kənar bir ölkədə azad insanların yaşayış tərzi ilə tanis olmus, sovet rejimindən fərqli, az-çox insan azad­lığının mövcud olduğu bir ölkədə yaşamışdı, fərqli düşüncəli in­sanlarla ünsiyyətdə olmuşdu.

Tarix fakultəsinə yeni daxil olmuş tələbələr fakultənin dəh­lizlərində həmişə bir qrup tələbə ilə söhbət edən uzun boylu, ya­raşıqlı, qamətli, uzun qara saçları və səliqəli geyimi ilə qeyri-adi təsir bağışlayan və diqqətləri cəlb edən bu gəncin kim olduğu ilə maraqlanır və bir müddətdən sonra onun Əbülfəz müəllim oldu­ğunu öyrənirdilər. Onun davranışı, dərs demək metodu, tələbələr­lə olan münasibətinə görə digər müəllimlərdən tamamilə fərqlə­nirdi. Əbülfəz müəllim tələbələrlə səmimiyyətlə əl verib görüşər, hal - əhval tutar, dərslər arası tənəffüslərdə heç vaxt kafedraya getməz, boş zamanını dəhlizdə tələbələrlə söhbətdə keçirər, onla­rın suallarını cavablandırardı. Əbülfəz müəllimlə fakultənin dəh­lizində söhbət etmək bir prestij məsələsinə çevrilmişdi, hər kəs onunla söhbətdə öz eridusiyasını, tarixi bilgisini nümayiş etdir­məyə, onun diqqətini cəlb etməyə çalışırdı. Əbülfəz müəllim ol­duqca müsbət bir auraya malik idi və insanları maqnit kimi özünə cəzb edirdi, onun təsiri altına düsməmək qeyri mümkün idi.

Əbülfəz müəllim dərslərinə heç zaman özü ilə mühazirə kons- pekti gətirməzdi, iki 45 dəqiqəlik mühazirəsini olduqca maraqlı, canlı şəkildə, şövqlə, ehtirasla şərh edər, bəzən kiçik vərəqciklər-


dən ilk tarixi mənbələrdən qeyd etdiyi sitatları oxuyardı. Onun özünə məxsus tarix konsepsiyası vardı, tarixi hadisələrə baxışı və şərhi nəinki tarix dərsliklərində əks olunanlardan fərqli idi, hətta onlarla daban-dabana ziddiyət təşkil edirdi.Tarix dərsliklərində yer verilən saxtakarlıqları kəskin şəkildə tənqid etməkdən çəkin­mirdi. Asiya və Afrikanın bəzi bizim üçün maraq kəsb etməyən ölkələrinin tarixindən danışarkən məharətlə haşiyələr çıxar və mühazirəni Azərbaycan tarixinə həsr edərdi.

Azərbaycanın birləşməsi-bütövlüyü məsələsi bizə anlatdığı mövzuların ana xəttini təşkil edirdi.

Güneyi Azərbaycan, parçalanmış vətənin dərdi, Azərbaycanın bütövlüyü məsələsi Əbülfəz müəllimin təbliğatının və mübarizəsi­nin əsas qayəsi idi. Qacarlar dövləti ilə müharibədə Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən işğalı nəticəsində vətənimizin iki hissəyə parçalanmasını ürək ağrısı ilə dilə gətirib ulu babaları­mızı qınadığımız zaman Əbülfəz müəllim bizə ürək dirək verərək deyirdi ki, “Bəylər millətimizi çox da qınamayın bizdən daha güc­lü olan Almaniya, Vyetnam, Koreya da parçalanmış vəziyyətdə­dir”. O zaman xəyalımıza da gətirə bilməzdik ki, bizim özümüz də Azadlıq uğrunda mübarizədə Qarabağımız da daxil olmaqla əra­zilərimizin mühüm bir qismini erməni işğalına məruz qoymaqla gələcək nəsillərin beləcə qınağına məruz qalacağıq.

1974-cü ildə Emel Sayının Bakıda konsertə gəlmişdi. Onun konsertinə özümə bilet alanda Əbülfəz müəllim üçün də aldım. Bileti dərsdə, tələbələrin yanında ona verim. Konsertə getməyə­cəyini bildirdi və bileti qızlarımızdan birinə bağışladı. Bu hamı­mızı təəccübləndirdi. Çünki Türkiyəyə və türk musiqisinə böyük məhəbbət bəsləyən, bizdə də məhəbbət oyadan müəllimimizdən səbəbini soruşduqda dedi ki, Sovet İttifaqının Türkiyə ilə müna­sibətləri yaxşılaşmağa doğru gedir. Bu gediş-gəlişin artmasına, Türkiyəyə qarşı sonsuz aludəçiliyimizə səbəb olar, Güneyi Azər­baycan dərdini bizə unutdurar, milli mübarizəmizə diqqətimi­zi azaldıar. Parçalanmış vətənimizin başlıca dərdini özündə əks etdirən bu ibrətamiz sözlər biz tələbələrə ünvanlanmışdı ki, onu gələcək həyat fəaliyyətimizin milli qayəsinə çevirək.

Əbülfəz müəllim heç vaxt jurnalda tələbələrin davamiyyətinə nəzarət etməzdi, buna baxmayaraq digər müəllimlərin mühazirələ­rindən qaçmaq halları olduğu halda onun dərslərində hamı mütləq iştirak etməyə çalışırdı. Hətta mühazirə vaxtı o dialoq formasın­dan istifadə edib tələbələrin də fikirlərini soruşur, onlarla canlı müzakirə aparmaqdan çəkinmirdi. Biz Əbülfəz müəllimin müha­zirələrini çox maraqla dinlədiyimizdən və o da mühazirəni cox iti danışdığından onu konspektləşdirmək mümkün olmurdu. Əbülfəz müəllimin dərslərinin şöhrəti dərs dediyi tarix və şərqşünaslıq fa- kultələrinin hüdudlarını çoxdan aşmışdı, çox hallar olurdu ki, digər fakultələrin və institutların tələbələri də onun mühazirələrini din­ləməyə gəlirdilər. Bu məsələdə Əbülfəz müəllim yalnız Bəxtiyar Vahabzadə ilə müqayisə oluna bilərdi. Çünki Bəxtiyar müəllimin də mühazirələrinə maraq cox böyük idi və mən də bir neçə dos­tumla icazə alıb onun mühazirəsini dinləmişdim.

Digər müəllimlər dərsdə sakitlik yaratmaq, tələbələrin diqqə­tini oxuduqları mühazirəyə cəlb etmək üçün böyük səy göstərdik­ləri halda Əbülfəz müəllimin dərslərində mütləq sakitlik hökm sürərdi, bu zaman o zarafatla deyirdi ki, “əsgər kazarmasında de­yilsiniz ki, bir az şuluqluq salın, mürgülüyənlər oyansın”.



Bir dəfə kommunist müəllimlərdən biri çar imperiyasına qarşı uzun illər ərzində mübarizə aparmış Şeyx Şamil və müri­dizm hərəkatını mürtəce, düşmən bir hadisə kimi dəyərləndirdi, biz bu məsələ haqqında Əbülfəz müəllimin fikrini soruşduq, o Şeyx Şamili müstəmləkəçilərə qarşı mübarizə aparmış böyük bir qəhrəman adlandırdı, Azərbaycan filosofu Heydər Hüseyno­vun Şeyx Şamildən və müridizm hərəkatından bəhs edən əsəri haqqında genis məlumat verdi və dedi ki, o müəllimi qınamayın, onun mühazirələri 50-ci illərin ruhunda tərtib olunub və onları hələ də oxumaqda davam edir. Əslində həqiqətən də müəllimlərin əksəriyyətının mühazirələri 40-50-ci illərdə yazılmış dərslikləri

təkrar edərək tərtib olunmuş heç bir elmi dəyəri olmayan tarixi həqiqətləri əks etdirməyən söz yığını idi.

Onun heç cür qəbul etmədiyi və sərt şəkildə tənqid etdiyi möv­zulardan biri çoxcildli Azərbaycan tarixində Azərbaycan xalqının etnogənəz məsələsinin şərhi idi. Burda Azərbaycan xalqının türk mənşəli olmayıb türklərin və xüsusən də səlcuqların işğalı nəti­cəsində yerli xalqın türkləşdirilərək türk dilının Azərbaycanda hakim dilə çevrildiyi iddia edilirdi. Əbülfəz müəllim buna qarşı­lıq Azərbaycan xalqının türklüyünü tarixi mənbələ istinadən cox saylı sitatlara əsaslanaraq bizə türklüyümüzü sübut edirdi.

KQB polkovniki, dekan müavini

Azərbaycan xalqının etnogenezi məsələsini mürtəce şəkildə səhr edən fəslinın müəllifi bizə Azərbaycan tarixinin qədim döv­ründən dərs dəyən və eyni zamanda fakultə dekanının 1-ci müa­vini vəzifəsində çalışan Məmməd Əfəndiyev idi. Məmməd müəl­lim KQB-nin keçmiş polkovniki idi. Sovet ordusu İrana daxil olub Azərbaycan milli hökumətini qurdugu zaman o ordunun si­yasi rəhbərlərindən olmusdu. Söhbət gəzirdi ki, 30-40-ci illərdə bir çox alimin repressiyaya məruz qalmasında onun da xidməti az olmayıb. Mənşəcə türk olmadığı üçün qatı türk düşməni idi. Onun yanında türk adı çəkəndə və ya türklər haqqında müsbət fikir bildirəndə elə bil dədəsinə söyürdün. Xarici görünüş etibarı ilə də çox bədheybət olan Məmməd Əfəndiyevi tələbələrin əksə­riyyəti sevmirdi, müəllimlər də aşkar surətdə ondan çəkinirdilər. O, özünü dekan müavinindən çox KQB-nin fakultədə kuratoru kimi aparırdı.

Bir dəfə onun dərsində mən babamın pasportunda milliyət mənsubluğu qrafasında türk yazıldığını dedim. Məmməd müəl­lim çox əsəbiləşdi və “mənim dərsimdə türkçülük söhbəti gədə bilməz, rədd ol sinifdən” dəyib məni auditoriyadan qovdu. Son­radan dekanın icazəsi ilə yenidən dərslərimi davam etdirdim. Fa­kultədə onun bir sözü iki deyildi. Zalımlığına və kobudluğuna görə tələbələr ona “irticanın dayağı” ləqəbini qoymuşdular. Məm­məd Əfəndiyev Əbülfəz müəllimi heç sevmirdi, bəyin türkçülük, milliyətçilik ideyalarını qorxmadan, çəkinmədən açıq şəkildə tələbələr içərisində təbliğ etməsini, dərsliklərdəki saxtakarlığı və tarixi hadisələrin qərəzli təhrifini sərt şəkildə tənqid etməsini heç cür həzm edə bilmirdi. Mən bir neçə dəfə Əbülfəz müəllimin heç bir müəllimin cəsarət edə bilmədiyi şəkildə Məmməd müəllimlə sərt mübahisələrinin şahidi olmuşam. Məmməd Əfəndiyevin hər qrupun içərisində tələbələrdən ibarət casusları vardı və onlar tələ­bələr və müəllimlər haqqında ona donosçuluq edirdilər.

Xalqımızin türk olması fikrini cəsarətlə dediyimiz zaman Məmməd Əfəndiyevin bizə etdiyi sitəmdən Əbülfəz müəllimə şikayət edəndə deyirdi ki, Məmməd müəllimi çox qınamayın o fakultədə dövlətin imperiyapərəst siyasətının əsas müdafiəçisi­dir. Bütün dünya, xüsusən də Rusiya hər zaman türk adından və Türk birliyindən qoxduğu üçün bu xalqları vahid türk milli şüur­dan məhrum etmək məqsədilə qazax, tatar, özbək, qırğız, Azər­baycanlı və s.qurama adlar qoyaraq onların bir birlərindən fərqli xalqlar olduğunu təlqin edib.

Əbülfəz müəllimin həbsindən sonra tələbələrin Məmməd Əfəndiyevə nifrətləri daha da artmşdı. Tarix fakultəsinin dəhli­zində fakultə rəhbərliyinin və müəllimlərin foto şəkilillərindən ibarət bir stend mövcud idi. Tələbələr intiqam almaq məqsədilə Məmməd müəllimin o stendəki foto şəkilının üzünü həmişə qa­ralayaraq haqqında nalayiq sözlər yazırdılar və hər dəfə də onun şəkili yenisiylə əvəz olunurdu. Məmməd müəllim yaşlı və xəstə olduğu üçün tarix fakultəsinin yerləşdiyi üçüncü mərtəbəyə pil­ləkənlərlə çıxmağa çətinlik çəkirdi və bu zaman tələbələr onun yuxarı qalxmasına yardım etmədiklərindən o müəllimlərdə biri­nin gəlib yardım etməsini uzun zaman gözəməli olurdu.

Fakultənin digər müəllimlərinin, xüsusən də qocaman kom­munist müəllimlərin Əbülfəz müəllimə münasibətləri birmənalı deyildi. Onlar hesab edirdilər ki, Əbülfəz müəllim tələbələri hi­mayə etməklə onları mütilikdən çıxaraq dikbaş, sözəbaxmayan edir. Bir dəfə təsadüfən dekanlıqda bir söhbətının şahidi oldum. İki müəllim dekana Əbülfəz müəllimdən şikayət edirdilər ki, tələ­bələr onun təsiri altına düsüblər, ona arxalanaraq dikbaşlıq edir­lər, ipə sapa yatmırlar, mühazirələrə etinasız yanaşır, türkçülük­dən dəm vurur, Sovet ideologiyasına zidd suallar verirlər...

Müəllimimizin sevimli mövzuları

Əbülfəz müəllimin ən çox önəm verdiyi və sevə-sevə bəhs etdiyi türk böyükləri Çingiz xan, Teymur, Şah İsmayıl Xətai, Sul­tan Mehmet Fateh və Atatürk idi. Əmir Teymurun Teymurləng adlandrılmasını o təhqiramiz hesab edərək bundan bərk qəzəb­lənirdi. O, Atatürkü türk millətının ruhunu ən yaxşı duyan və bu ruhun güçündən türkün qurtuluşu üçün yararlanmağı bacaran, Osmanlı imperiyasının xarabalıqları üzərində Türkiyə cümhuriy­yətini quraraq onu dünya türklərinin həyat qaynağına, ümid və qürur mənbəyinə çevirən, türk dünyasının son iki yüz ildə yetir­diyi ən böyük dahi, qəhrəman hesab edirdi.

O dövrdə belə bir yanlış təsəvvür var idi ki, türk dedikdə çoxunun ağlına Anadolu türkü gəlirdi. Əbülfəz müəllim bizə izah edirdi ki, Anadolu türkləri türk dünyasının yalnız bir parçasını təşkil edir, onlar özlərini osmanlı adlandıranda Azərbaycan Cüm- huriyətindən daha öncə başlayaraq ta 1936-cı ilə kimi bizim mil­li kimliyimiz rəsmən türk adlanıb. O qədim ərəb müəlliflərinin əsərlərindən sitatlar gətirərək Azərbaycanda türklərin yerli xalq olduğunu və burda çox qədimlərdən yaşadığını deyirdi.

Əbülfəz müəllimin sayəsində biz milli mənsubiyyətimiz haqqında geniş bilgilər əldə etdik. Hər birimiz türklüyümüzlə qü­rur duymağa başladıq. O, bizə dərsliklərdə üzərindən sükutla ke­çilən qədim türklərin tarixindən, Bilgə xaqandan, Orxon -Yenisey abidələrindən danışırdı. Bu mövzuları ilk dəfə ondan eşidirdik. O, bu abidələrin mətnini və müasir türkcəmizə çevirmələrini bizə yazdırırdı. Onun bizə yazdırdığı diğər kitablar Əmir Teymurun vəsiyyəti, Ziya Gökalpın “Türkçülüyün əsasları“, ərəb müəlli­fi Əl Caizinin türklərin hərbi rəşadətinə həsr olunmuş əsəri idi. O bizi türkçülük və milliyətçilik, vətənpərvərlik ruhunda tərbiyə edirdi, milli şüurumuzu daha da inkişafı qayğısına qalaraq özü­nün vasitəçiliyi ilə tələbələrin şair Bəxtiyar Vahabzadə, güneyli şair Əli Tudə, vətənpərvər alim Xudu Məmmədov, Əbülfəz Hü­seyni ilə görüşlərini təşkil etdi. Ziya Bünyadovla da görüşümüzü təşkil edəcəyinə söz vermişdi lakin, həbs edilməsi buna imkan vermədi.

Əbülfəz müəllim imperiyaların tarixindən bəhs edərkən keç­mişdəki bir çox qüdrətli imperiyalar kimi Sovet imperiyasının da dağılmağa məhkum olduğunu marksist-leninçi dialektikanın qa­nunlarına uyğun şəkildə əsaslandırıdı və bizə müraciətlə bildirirdi ki, siz bu hadisənin şahidi və iştirakçısı olacaqsınız və özünüzü bu hadisə üçün hazırlamalısınız. Müəllimimizin bu cür cəsarətli fikirləri və qorxmazlığı bizi həm heyrətləndirir, həm də vahiməyə salırdı. Çünki dünyanın altıda birinə, qüdrətli orduya sahib olan və nüfüz dairəsini yeni sosialist dövlətlər hesabına durmadan ge­nişləndirən bir imperiyanın tezliklə dağıla biləcəyini təsəvvür edə bilmirdik.

Əbülfəz müəllim sonralar tələbələrə aşıladığı azadlıq və vətənpərvərlik ideyalarını, onlarlın iştirakı ilə təşkil etdiyi gizli qrupların fəaliyyətini xatırlayaraq yazırdı: “Həmin vaxt uşaqlara deyirdim ki, bu imperiya mənim hesablamalarıma görə, 1985-86- cı illərdə dağılacaq. Dağılanda isə biz hazır olmalıyıq...indidən biz gizli təşkilatlar yaradaq, həmin vaxta hazır olaq ki, xalqa la­zım olanda üzə çıxaq, xalqın ehtiyacını müdafiə edək. O tələbələr qalır, o tələbələr indi də mitinqlərə gəlir. Məni müdafiə edən, başa düşən tələbələr vardı, artıq cəmiyyətlərimiz vardı: üçlük, beşlik, yeddilik, doqquzluk. Ayrı-ayrı qruplar yaratmışdım ki, bir-biri ilə əlaqəsi olmasın, çünki bilirdim ki, tez ilişdirərlər. Elə də oldu-bi­risi ilişdi, üç nəfərin işi açıldı. Sonra bir yerdə beşininki açıldı (bir nəfər satqın çıxdı, ya da döyülüb ələ alındı). Daha genişlənib


bütün tələbələri əhatə edə bilmədilər”(Ə.Elçibəy «Bu mənim ta­leyimdir)

Tələbələrin dostu, himayəçisi

Əbülfəz bəydə böyük bir təlqin və təsir gücü vardı ki, onun dediklərinə inanmamaq mümkün deyildi. O öz davranışı, cəsarəti ilə, tələbələr üçün mərdlik və kişilik simvoluna çevrilmisdi. Bir çox tələbə aralarında o qədər də yaş fərqi olmayan müəllimlərinin geyim tərzini, davranış və danışığını təqlid etməyə başlamışdı. Əbülfəz müəllim öz səmimi və güvənverici münasibətinə görə tələbələrin nəinki müəllimi, həm də onların dostu, himayəçisi, müdafiəçisi idi. Əbülfəz müəllim bir çox tələbəni zalım, təkəb­bürlü müəllimlərin qəzəbindən qoruyaraq onları ali məktəbdən qovulmaqdan və ya təkrar kursda saxlanmaqdan xilas etmişdi.

Qrup nümayəndəsi idim. Bir gün dekan müavini Rəfail müəl­limlə aramızda bir münaqişə oldu və o məni qrup nümayəndəsi vəzifəsindən azad etdi. Əbülfəz müəllim bunu öyrəndiyi zaman çox əsəbiləşib qrupumuzdakı tələbələri məzəmmət edərək bildirdi ki, qrup nümayəndəsi tələbələri təmsil edir və onu sizdən icazəsiz azad etməyə dekanlığın icazəsi yoxdur. Siz öz haqqınızı müdafiə edərək dekanlığa etiraz etməli idiniz. Əgər siz öz hüquqlarınızın pozulması ilə indidən belə müticəsinə razılaşacaqsınızsa gələcək­də öz ailənizin və millətimizin hüquqlarını müdafiə etməyə nail ola bilməyəcəksiniz. Əbülfəz müəllim bu məsələyə görə dekanli- ğa da öz etirazını bildirdi və mənim yenidən qrup nümayəndəli­yinə bərpa olunmağımı tələb etsə də mən razılıq vermədim.

Etibar Məmmədov gilin qrupu divar qəzetində Güney Azər­baycan probleminə həsr olunmuş bir məqalə dərc etmişdilər. Bu məqalə fakultədə böyük qalmaqala səbəb olmuşdu. Bəy həmin məqalənin müəlliflərini müdafiə edərək onların cəzalandırlması- na manə ola bildi. Öz vaxtının çox hissəsini tələbələrlə və gənc­lərlə birlikdə keçirdiyi üçün Əbülfəz müəllimi çoxları məzəmmət edirdi. Bir dəfə yaxın tanışlarından biri bizim yanımızda ərklə vaxtını usaq-muşaqa sərf etməkdənsə elmə sərf edib doktorluq işini bitirməsini Əbülfəz müəllimə məsləhət gördü. Bəy incik hal­da cavab verdi ki, sənin usaq-muşaq hesab etdiyin bu gənclər vaxt gələcək Azərbaycanın taleyində həlledici rol oynayacaqlar. Əbül­fəz müəllim bizə rəsmi şəkildə ad və soyadımızla müraciət edən digər müəllimlərdən fərqli olaraq tələbə oğlanların adlarına bəy, qızlararın adlarına xanım sözü əlavə edərək müraciət edirdi, biz tələbələrə də bir birimizə bəy deyə müraciət etməmizi təlqin edir­di. İlk vaxtlar bu cür qeyri adi müraciət forması bizə qəribə gəlir, bizi utandırıdı. Lakin biz tədricən buna alışdıq və öz aramızda da bir-birimizə bəy deyə müraciət etməyə başladıq.

Yataqxanalarda və çayxanalarda

Əbülfəz bəyin milli vətənpərvərlik fəaliyyəti təkcə Universitet auditoriyası ilə məhdudlaşmırdı. Yaş etibarı ilə ondan bir o qədər də fərqlənməyən tarix fakultəsinin axşam və qiyabi şöbələrinin tələbələri və dostları Leytenant Şmid adına zavodun, Metro işçilə­rinin, Dərnəgüldəki inşaaat işçilərinin, Sumqayıtdakı Boru-Prokat Zavodunun yataqxanalarında yaşayırdılar. Əbülfəz müəllim onlarla görüşür, siyasi və vətənpərvərlik mövzularında söhbətlər edirdi. Bu görüşlərə bəzən məni də aparır və onlarla tanış edirdi.

Bəyin ən çox getdiyi yerlərdən biri də aspirantların Yasamal- dakı yataqxanası idi. Burda onun çoxlu dostları və silahdaşları yaşayırdılar. Ümumiyyətlə gənc alimlərin və aspirantların yaşa­dığı bu yataqxana 70-80-ci illərdə Azərbaycanda milli vətənpər­vərlik ideologiyasının formalaşmasında və təbliğində önəmli rolu olub. Əlbəttə, bəyin dostları və tələbələri ilə ən çox görüşdüyü yer Bakının müxtəlif çayxanaları idi ki, bu görüşlərə, siyasi mü­zakirələrə və söhbətlərə manə olmaq üçün onun tez-tez getdiyi çayxanalarda yuxarıların göstərişi ilə yanğınlar törədilir, yaxut müxtəlif bəhanələrlə bağlanırdı.

Hələ gənc yaşlarından etibarən dostları və tanışları Əbülfəz bəyə “Millət“ təxəllüsü taxmıs, onun liderlik keyfıyyətlərini, xa- rakterindəki mübarizliyi, vətənpərvərliyi, Ədalətizliyə qarşı ba- rışmazlıgını uygun olaraq onu Robespyer, Fidel Kastroy, Qaribal- di, Qaddafi və s.kimi qəhrəman səxsiyyətlərə bənzədirdilər.

Müəllimimiz Rafiq İsmayılov

Əbülfəz müəllimin fəaliyyəti haqqında danışarkən onun yaxın dostu və bizim digər sevimli müəllimimiz Rafiq bəy İsma­yılov haqqında bəhs etməmək ədalətizlik olar. Rafiq müəllim də bizə Asiya və Afrika ölkələri tarixinin ümumi kursundan müha­zirələr oxuyur, həm də Sərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O da Əbülfəz müəllim kimi bir neçə il ərəb ölkələrində çalışdıqdan sonra vətənə dönərək tarix fakultəsində işləyirdi. O zaman çox gənc bir müəllim olan Rafiq bəy dərin biliyi, geniş dünyagörüşü ilə müəllimlərimizin çoxundan fərqlənirdi. O da qatı bir türkçü, milli vətənpərvərlik ruhuna sahib, Sovet rejiminə qarşı müxalif mövqedə duran birisi idi.

Azərbaycan dissidentlərinin mövqeyi

Heç sübhəsiz ki, 60-70-ci illərdə Əbülfəz Elçibəydən başqa da Azərbaycanda, Bakıda türkcülüyü mənimsəmis, milliyətci, vətənpərvər ruhlu, Sovet rejiminə qarşı müxalif mövqedə olan və özlərini dissident adlandıran insanlar mövcud olmuşdur. lakin onların Sovet dövrünün 60-70-ci illərində dissidentik fəaliyyəti ilə məşgul olmaları və bu fəaliyyətə görə təqib olunaraq çəzaya məruz qalmaları, həbs olunmaları haqqındakı faktlar gizlədilirdi. Sovet rejimi dağıldıqdan sonra bəzi dissidentlər haqqında mətbu­atda yazılar, məlumatlar və bu şəxslərin məruz qaldıqları təqib və təzyiqlərdən söz açan xatirələri dərc olunmağa başladı.

Maraqlı burasıdır ki, özlərini əzabkeş, dissident adlandıran Nadir Ağayev, Oqtay Eldəgiz, Məhəmməd Hatəmi və başqaları məqalə və xatirələrində onları əzablı həyata, işgəncələrə və həb­sə məhkum etmiş Sovet rejiminin, kommunist, KQB rəhbərlərini və onların respublikada hakimiyyəti ələ keçirmiş varis və təmsil­


çilərini deyil, qanlı Sovet rejiminə qarşı mübarizəni öz həyatının məqsədinə çevirmiş və sonralar azadlıq hərəkatına öndərlik etmiş Əbülfəz Elçibəyi tənqid hədəfinə çevirdilər. Ona qarşı qısqanclıq və kin- kudurət nümayiş etdirirlər. Sovet dövründə bu şəxslərin dissidentlik fəaliyyətlərinin içtimaiyyətə məlum olmaması onu göstərir ki, onların rejimə qarşı mübarizəsi ardıcıl xarakter daşıma­yıb məhdud, epizodik, bir dəfəlik aksiya mahiyyətində olmuşdur.

Onlardan fərqli olaraq Elçibəyin Sovet rejiminə qarşı müba­rizəsi ardıcıl, sistemli, təskilati mahiyyət daşıyırdı və onun dissi- dentlik fəaliyyəti Azərbaycandan kənarda, digər Sovet respubli­kalarında və hətta Moskvada da məlum idi.

1982-ci ildə mən dissertasiya işimlə əlaqədar Moskvaya Şərq­şünaslıq İnstitutunun kitabxanasına getmişdim. Kitabxananın “xüsusi fond” adlanan gizli bölümündəki materiallardan istifadə etmək üçün işlədiyim Azırbaycan İnşaat Mühəndislər İnstitutuna rektorunun imzası və osobıy otdel adlanan xüsusi şöbənin möhü­rü olan icazə məktubu almışdım. Bu məktuba o zaman Şərqşünas­lıq institutunun direktoru olan akademik Primakov şəxsən icazə dərkənarı qoymalı idi. Onun qəbulunda olarkən Azərbaycandan gəldiyimi bildi və ayaq üstü bir dialoqumuz oldu. Soruşdu ki, Ziya Bünyadovu tanıyırsanmı. Mən cavabında Ziya Bünyadovun böyük alim olduğunu və Azərbaycanda cox sevildiyini dedim. Primakov Ziya müəllimlə tələbəlikdən cox yaxın dost olduqlarını söylədi. Sonra soruşdu ki, Əbülfəz Əliyevi tanıyırsanmı? Dedim: “Bəli, Universitetdə mənim müəllimim olub”. Primakov dedi ki, bir müddət öncə o da burda idi. Antisovet fəaliyyətinə görə həbs olunub, universitetdən qovulsa da dostum Ziyanın xatirinə ona da xüsusi fonddan istifadə etməyə icazə verdim.

Mən Əbülfəz bəyin Moskvaya getdiyini bilirdim, lakin sənəd­lərim gec hazırlandığından orda görüşə bilmədik.

Sovet dövrünün məhşur dissidentlərindən Rusiyanın “xüsusi yolu” milliyətçi cərəyanına mənsub olan Leonid Borodin Elçibə­yin dissidentlik fəaliyyəti haqqında bəhs edərək yazır ki, Zviad Qamsaxurdia və Əbülfəz Elçibəy kimi Sovet dövründə liberal deyərlərə üstünlük verən dissidentlər Sovet İttifaqının dağılma­sından sonra hakimiyyətə gələrək “etnokratik rejimlərn” ideoloq­larına çevrildilər.

KQB-nin təzyiqləri

Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fa- kultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti rejim üçün təhlükə təşkil edirdi. Fakultənin rəhbərliyi, müxtəlif dost və tanısları və ən sonda da KQB Bəyə dəfələrlə xəbərdarlıq etmis, öz təhlükəli fəaliyyətindən el cəkmə- yi təklif etmisdi. Lakin, Bəyi bütün təhlükələrə rağmən yolundan döndərmək olmurdu. O, bütün təhlükələri göz önünə alaraq mü­barizəsini üc istiqamətdə aparırdı. Onlardan birincisi xalqın etnik özünüdərkinə nail olmaq üçün türkcülüyün təbliği, ikincisi Gü­ney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbay­can idealı, üçüncüsü Sovet rejiminin milli və sosial ədalətizliyinə qarşı, azad Azərbaycan uğrunda mübarizə.

1960-cı illərdə Əbülfəz Elçibəy dostları Rafiq İsmayılov, Ab­bas Musayev, Zakir Məmmədov və başqaları ilə birlikdə gizli milli təskilat qurmuşdu.1970-ci illərdə o bu təskilatın tələbələr­dən və digər gənclərdən ibarət beşlik, üclük və yeddiliklər şə­kilində formalaşdırdı. Bu qrupların birində Tarix fakultəsindən mən, Mehdi Məmmədov, Xudu Məmmədovun yaxın qohumu, tarix fakultəsində oxuyan ağdamlı Akif Məmmədov, Politexnik İnstitutunun tələbəsi, sair Vaqif Cəbrayilzadə-Bayatlı vardı. Di­gər bir qrupun üzvləri isə tələbə dostum, rəhmətlik Yadigar Ba­bayev, Filalogiya fakultəsində oxuyan gədəbəyli Zirəddin bəy, İsmayıl Musayev, Ələsgər Quliyev, Sərraf Kərimov, İlyas Məm­mədov idi. Bu dostlarımla birlikdə biz Əbülfəz müəllim həbsxa­nadan cıxıb Əlyazmalar İnstitutunda calışdığı zaman axşamlar Nərimanov muzeyində görüşərdik. Söhbəyimizin əsas mövzusu Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan ideyasının təbli­ği, Sovet rejimini zəiflətmək idi.

Bir dəfə Əbülfəz müəllim məndən soruşdu ki, təşkilatınızın adını nə qoymusunuz? Dedim ki adı yoxdur. O, mənə təşkilatımı­zın “Bütöv Azərbaycan uğrunda mübarizə” adlandırmamızı təklif etdi. Biz məmnuniyyətlə bu adı qəbul etdik. O, bizə tövsiyə edir­di ki, hər hansı bir təşkilat, qrup, dərnək yaradarkən onu bütöv, birlışmiş, vahid Azərbaycan, Azad Azərbaycan adı ilə əlaqələn­dirin ki, birləşmiş, bütöv, azad Azərbaycan ideyası populyarlıq qazansın.Yadımdadır ki, 1987-ci ildə Əbülfəz bəyin rəhbərliyi ilə “Varlıq” cəmiyyəti yaradılarkən o bu təşkilatı öncə “Bütöv Azər­baycan uğrunda” adlandırmağı təklif etdi, lakin Varlıq adı üstün­lük qazandı.

Qrupumuzun Mehdi Məmmədovun evində olan 2-ci toplan­tısında Əbülfəz müəllim bizi Azərbaycanın istiqlaliyyət proqra­mı ilə tanış etdi. Orada milli istiqlalımıza nail olmaq üçün xalqı bölərək bir-birinə qarşı qoymaq işinə xidmət edən sosializmə xas sinfi ayrıseçkilik yerinə milli birlik ideyasının təbliği, xalq tərə­findən türk kimliyinin mənimsənilməsi, Azərbaycanın bütövlüyü ideyası əks olunmuşdu. Proqramda bizim ilk dəfə duyduğumuz Musavatın hürriyətçilik, milliyətçilik, istiqlalçılıq, xalqçılıq və cümhuriyyətçilik ideyaları geniş şəkildə şərh olunurdu. Əbülfəz müəllim dedi ki, bu bizim mübarizə proqramımızdır və öz müba­rizəmizdə bunu rəhbər tutmalıyıq.



Gizli qrupumuzun yığıncaqları əsasən Mehdi Məmmədovun Respublika stadionunun yaxınlığındakı evində keçirilirdi. Konis- pirasiya məqsədi ilə bəzən toplantı yerini dəyişdirirdik. Əbülfəz müəllim bu görüşlərdə Azərbaycanın birləşdirilməsi haqqın­da, mövcud beynəlxalq vəziyyət haqqında, Sovet imperiyasının yürütdüyü ruslaşdırma siyasəti haqqında bizə məlum olmayan müxtəlif mənbələrdən, xarici radio stansiyalardan əldə etdiyi mə­lumatlar üzrə söhbətlər aparır, politbüroda, dövlətin üst qatların­da mövcud olan intriqalar, qruplaşmalar arasındakı qarşıdurmalar haqqında, Pribaltika respublikalarında, Mockvada, Ukraynada, Orta Asıyada, Gürcüstanda ruslaşdırma siyasətinə qarşı aparı­

lan mübarizə haqqında və Sovet İttifaqında genişlənən dissident hərəkatı haqqında məlumatlar verir, bizə də müəyyən mövzular üzrə hazırlaşıb fikir mübadiləsi apamamızı tapşırırdı. O dövürdə xarici radio stansiyaları Azərbaycan və rus dillərində dinləmək mümkün olmadığından Əbülfəz müəllim “Bi-Bi-Si“, “Azadlıq“, “Amerikanın səsi“ və bir cox ərəb dilli radio stansiyaları asanlıqla dinləyir və coxlu gizli məlumatlar əldə edə bilirdi.

Mubarizə fəaliyyətimiz əsasən təbliğatdan ibarət idi. Əldə etdi­yimiz antisovet materiallarını coxaldıb yayır, Sovet rejimini tənqid edən ədəbiyyatı, o cümlədən 1968-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəli Azərbaycana səfər zamanı müşaiyət edən iqti­sadiyyat bakanı Mehmet Turgutun Sovet rejimini ciddi tənqid edın “Taskende dogru“, Ziya Göyalpın “Türkcülüyün əsasları“, Alpars- lan Türkəsin “Doqquz isıq“, Oljas Süleymanovun “Az i ya“ və s. kitabları yayıb təbliğ edirdik. Bir dəfə Əbülfəz müəllim mənə kiçik həcmdə bir foto dəsti verdi və dedi ki, Məhəmmədəmin Rəsulza­dənin və Seyx Məhəmməd Xiyabaninin də şəkillərini tapıb bura əlavə edərək çoxaldım. Mən o fotoları da əlavə edib coxaltdırdım və bir dəst özümdə saxlayıb qalanını Elçibəyə verdim. Orda Ata­türkün, Seyx Şamilin, Sah İsmayıl Xətaının, Məhəmmədhüseyin Səhriyarın, Sultan Mehmet Fatehin, Əmir Teymurun, Babəkin, Sıxəli Qurbanovun və b. şəkilləri vardı.

Naxçıvandakı gizli qrupla tanışlıq

O zaman Naxcıvan da milli mübarizənin, türkcülüyün əsas mərkəzlərindən biri idi. 1974-cü ildə Naxcıvanda fəaliyyət göstərən gizli milliyətci qrupun rəhbəri Naxcıvan Pedagoji İnsti­tutunun məzunu Asif Kələntərli ilə onun tələbə dostu Bəylərin va­sitəs ilə tanis oldum və onların fəaliyyəti haqqında Əbülfəz bəyə məlumat verdim. Bir müddət sonra rəhmətlik Asif bəy Bakıya gəldi və Əbülfəz bəylə onu görüşdürdüm. Asif bəy təşkilatları, gördükləri işlər, apardıqları mübarizə formaları haqqında məlu­mat verdi. Bu gizli təşkilatın əsas amalı türkçülüyü təbliğ etməklə yanaşı Azərbaycanın birləşdirilməsi ideyasını təbliğ etmək, o za­man keçirilməsi qadağan olan Novruz bayramı şənliklərini qeyri rəsmi şəkildə təntənəli surətdə keçirilməsini təşkil etməklə xalqın milli ruhunun yüksəkişinə nail olmaqdan ibarət idi. Təşkilat öz gizli toplantılarını romantik milli duyğuların daha coşqun bir or­tamda yaşanacağı Araz çayı sahilində Güney Azərbaycan ərazilə­rinin aşkar göründüyü yerlərdə təşkil edirdilər.

Gələcəkdə Azərbaycan milli Azadlıq hərəkatının görkəm­li nümayəndələri olan İbrahim İbrahimov, Asəf Quliyev, Oqtay Daşoğuz, Bünyamin Qəmbərov və başqaları bu təşkilatların apa­rıcı qüvvəsini təşkil edirdilər.

Naxçıvanda Asif Kələntərlinin rəhbərlik etdiyi bu təskilatla yanaşı, 1975-ci ildə Oqtay Daşoğuzun rəhbərliyi altında “Türk- çü-Turançı“ bir gizli təşkilat da yaranmışdı. Oqtay bəy Daşoğuzla birlikdə bu təşkilatda bəy Qasımov, Gülağa bəy Abbasov, Fəxrəd­din bəy Mamedov, Fəxrəddin bəy Qasımov, Rüstəm bəy Behrudi və Ehtibar bəy Əliyev və başqaları fəaliyyət göstərirdilər. Bun­lardan başqa, Arif Rəhimovun rəhbərlik etdiyi digər bir “Azər- baycançı”gizli qrup da fəaliyyət göstərirdi. Bu qrupda İbrahim İbrahimov, Asəf Quliyev, Bünyamin Qəmbərov və başqaları bu təşkilatın aparıcı qüvvəsini təşkil edirdilər.Bu təşkilatların hamı­sının Əbülfəz bəylə bu və ya digər dərəcədə əlaqəsi var idi.

1976-cı ildə Naxçıvanda fəaliyyət göstərən Asif bəy Kələntər- linin rəhbərlik etdiyi “Milliyətçi Azərbaycançı” təşkilatla Oqtay böy Daşoğuzun rəhbərlik etdiyi “Türkçü-Turançı” təşkilat ara­sında birləşməklə bağlı “Qızlar Bulağı“deyilən yerdə toplantı keçirilmişdi. Bu toplantıda fəaliyyətlə bağlı gündəliyə üç məsələ salınmışdı:


  1. Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ilə bağlı fəaliyyət;

  2. Güney Azərbaycanın müstəqilliyi və Azərbaycanın Bü- töövlüyü uğrunda mübarizə ilə bağlı fəaliyyət;

  3. Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə ilə bağlı fəaliyyət.

Toplantıda “Milliyətçi -Azərbaycançı“ qrupun Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə məsələsini qəbul etmədiyindən birlik baş tutmamış, bir-birinə kömək etmək şərti ilə ayrı -ayrı fəaliyyət göstərmələri qərara alınmışdı.

Sonradan Bakıdan gələn Əbülfəz Hüseyni (Dahi şairimiz Şəhriyarın bacısı oğlu -Red. ), Tağı bəy Qasımov, Aydın bəy Abbasov, Cabbar bəy Cəlilov və Aydın bəy Qasımovla bu təşki­latların əlaqəsi onların fəaliyyətini daha da aktivləşdirmişdi.Bu təşkilatlar sonradan daha da güclənərək Azərbacan Xalq Cəbhəsi ətrafında birləşmiş, Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühim rol oynamışdılar.

Mərkəzdən kənarda Naxçıvanda gənclərdən ibarət belə bir milliyətci təşkilatın mövcudluğu təsadüf deyildi. Burda hələ XIX əsrin axırı XX əsrin əvvələrində Türkiyədə təhsil alan, zadəgan mənsubiyyətinə görə rus ordusunda xidmət edərək dünyanın müxtəlif ölkələrində olmuş və hərbi xidmətdən tərxis olduqdan sonra vətəninə geri dönmüş mütərəqqi ruhlu ziyalı və hərbi mə­murların təsiri və iştirakı ilə «Müceddin» kimi bir çox milliyətçi cəmiyyət və təşkilatlar yaradılaraq fəaliyyət göstərməkdə idi. Tə­sadüfi deyildi ki, XX əsrin əvvələrində Türkiyəyə olan bağlılığa, türk sevgisinə və türkçülük ideyalarının geniş vüsət aldiğına görə, Hüseyin Cavid kimi böyük bir türkçü şairi Türk dünyasına bəxş etmiş olan, Naxçıvan «Bala İstanbul» adlandrılırdı.

Naxçıvanda Sovet dövründə vətənpərvər, türkçülük ruhuna yiyələnmiş ziyalı nəslının yetişməsində Mirbağır Mirheydərza- də, Rza Təhmasib, Abbas Zamanov, Əli Səbri, Möhbalı Qasımov, Əli Sultanlı, Əziz Şərif kimi qocaman ziyalılarn böyük rolu ol­muşdur. Bu işdə xüsusən də Naxçıvan Pedaqoji İnstitutuna uzun


illər ərzində rəhbərlik etmiş qocaman ziyalı-tarixçi, elm-maarif xadimi öz mübarizliyi ilə fərqlənən el ağsaqqalı Əli Əliyevin misilsiz rolu olmuşdur. Naxçıvan Pedaqoji İnstitutunu türkçülük vətənpərvərlik ruhlu milli ziyalılarn yetişdiyi təhsil ocağına çe­virən Əli müəllimin işini Naxçıvan Dövlət Universitetində gənc ziyalı alimlər onun ədəbiyyat fakultəsininin dekanı olmuş oğlu Arif Əliyev, Aydın Qasımov, Arif Rəhimov və başqaları 80-ci il­lərdə ləyaqətlə davam etdirərək bu Universiteti milli vətənpərvər­lik və türkçülük ideologiyasının təbliğat mərkəzinə çevirmişdilər.

ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ

Uzun zamandır KQB tərəfindən izlənən və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz fəaliyyətini davam etdirən Əbülfəz müəllimin ətrafındakı çəm- bər artıq xeyli daralmışdı. Əbülfəz müəllimin tələbələr içərisində apardığı milliyətçilik təbliğatı və yaratdığı gizli qruplar haqqın- daki məlumat KQB-yə tarix fakultəsinin tələbəsi Fəzail Ağa- malıyevin ehtiyatsızlığı üzündən məlum olmusdu. O tələbələrin iştirak etdikləri iki aylıq hərbi təlim zamanı ehtiyatsızlıq edərək Dövlət Təhlükəsizliyi Komitəsi Kəşfiyyat İdarəsinin rəisi İlhü- seyn Hüseynovun oğlu olan tələbə yoldaşına Əbülfəz müəllimin rəhbərliyi altında bir gizli tələbə qrupunda fəaliyyət göstərdiyini söyləyərək onu da bu qrupa cəlb etmək istəmişdi. O tələbənin bu haqda atasına məlumat verməsilə KQB Əbülfəz müəllimi ciddi surətdə nəzarətə götürür.

KQB əməkdaşları fakültəmizdə

1975- ci il yanvarın 17-də Azərbaycan Dövlət Universiteti Tarix fakultəsinin müəllimi Əbülfəz Əliyev - gələcəyin Azərbay­can Milli Azadlıq Hərəkatının lideri və prezidenti - Əbülfəz Elçi­bəy antisovet və türkçülük -milliyətçilik ittihamı ilə həbs olundu. Əvvəlcə KQB-dən iki nəfər gəlib fakultədə Əbülfəz müəllimlə söhbət etdi. Həmin gün o saat 14-də bizə imtahan qabağı məs­ləhət saatı təyin etmişdi. Kafedraya gəldiyimiz zaman laborant qadın bildirdi ki, içəriyə girmək olmaz, KGB-dən iki nəfər gəlib Əbülfəz müəllimlə söhbət edir.

Onlar getdikdən sonra içəri daxil olduq. Əbülfəz müəllim həyəcanlı və narahat olduğumuzu görüb bizə ürək - dirək ver­di. Dedi ki, möhkəm olun, belə şeylərə çox əhəmiyyət verməyin. Onlar məni qorxutmaq istəyirlər ki, mən doğru hesab etdiyim fikirlərdən və fəaliyyətdən əl çəkim. Ancaq bu mümkün olan iş deyil. Onlar hələ qarşılarında kimin olduğunu yaxşı dərk etmirlər. Tələbələr bayıra çıxdıqda Əbülfəz müəllim onun yaratmış olduğu gizli qruplarda təmsil olundugumuz üçün mənə və dostum Ya­digar Babayevə işarə etdi ki, biz qalaq. Bizə ürək-dirək verərək dedi ki, məni həbs edəcəklər, ancaq qorxmayın, ola bilər sizi də sorgu- suala cəksinlər. Bir müddət təmkinli və ehtiyatlı davranın, gizli toplantılara ara verin, şübhə doğura biləcək, təhlükəli gör­düyünüz yazı və sənədləri dərhal yox edin, özünüzü qoruyun.

Görünür, KGB əməkdaşlarının Əbülfəz müəllimlə etdiklə­ri xəbərdarlıq söhbətindən heç bir nəticə hasil olmadığından bir neçə saatlıq söhbətdən sonra onu həbs ediblər. Həbsindən sonra KQB əməkdaşları Əbülfəz bəyin yaşadığı evdə axtarış aparmış və çoxlu sənədləri və əlyazmalarını özləri ilə götürmüşdülər. Bir gün sonra bizim Əbülfəz müəllimə imtahanımız vardı lakin, Əbülfəz müəllimə imtahan vermək bizə nəsib olmadı.

Əbülfəz bəy özü də həbsdən öncə o zaman tarix fakultəsinin Kommunist küçəsində yerləşən binasına gəlişini və biz tələbələri ilə görüşünü belə xatırlayır, «Hamama girib yuyundum, üzümü qırxdım, paltarımı ütülədim, geyindim, qalstukumu bağlayanda Azərbaycan Milli Hökumətinin baş prokuroru, rəhmətlik Firudin İbrahimi yadıma düşdü. Edam qabağı səliqə-səhmanla geyinmiş, qalstukunu bağlarkən ona demişdilər ki, bunu niyə bağlayırsan? Onsuz da bir azdan səni asacaqlar. O demişdi ki, hər halda düş­mən bizi sınıq görməsin...

Sonra qardaşım Almurada dedim ki, indi gəl mənimlə ge­dək Universitetə. Universitet binasına yaxınlaşanda bizi izləyən maşın qabağa keçdi. Biz dayandıq. Mən Almurada dedim ki, sən get, mənim Universitetdə imtahanım var. Ondan sonra KQB-yə gedəcəm. Ayrıldıq. Mən Universitetə gəldim. İşlədiyim kafedra­da müxtəlif yazı, siyasi ədəbiyyat və sənədlər saxlayırdım, onları ələk-vələk etdim, bir qismini cırdım, zibil qutularına atdım. Ar­tıq rahat idim...İmtahanı qurtardıq, mən tələbələrə ayrı-ayrı gizli göstəriş verdim. Sonra Universitetin əsas binasına getdim, orda da «işlərimi» qurtardım və taksiyə oturub KQB-yə getdim. 17 yanvar 1975-ci ildə həbs edildim»

Məhkəmənin gedişi

Əbülfəz müəllimin həbsini eşitdikdə tələbələrin böyük dəstə­si ilə onun kirayə qaldığı evə getdik.

Əbülfəz bəy Azərbaycanda qadın hərəkatının lideri olan No­vella xanımın Bəsti Bağırova küçəsində “Araz“ kinoteatrının yaxınlığındakı binanın 4-cü qatındakı mənzildə kirayə qalırdı. Novella xanımın həyat yoldaşı əslən askənaz yəhudisi olan Vilən bəylə Əbülfəz bəy arasında yaxın dostluq əlaqələri mövcud idi. Peşə etibarı ilə geoloq olan və Azərbaycana böyük məhəbbət bəs­ləyən Vilen bəy uzun illər Kələki Geoloji Ekspedisiyasında çalış­mış və Elçibəylə orada tanış olmuşdu.

Sevimli müəllimimizin həbsndən çox həyacanlanmış, məyus olmuşduq. Həm də onunla qürür duyur, cəsarəti ilə fəxr edirdik.

Əbülfəz müəllim 5 ay müddətində Milli Təlükəsizlik Komitə­sinin Nizami küçəsindəki əsas binasının zirzəmisində yerləşən və vaxtı ilə yüzlərlə Azərbaycan milli ziyalısının və siyasi xadimlə­rinin repressyaya uğrayıb işgəncə gördükləri və qətlə yetirildiklə­ri məhşur həbsxanasında saxlandı.O zamanlar mən dostum Yadi­gar Babayevlə binanın bulvar tərəfə olan arxasında aşağı zirzəmi qatlarına hava getməsi və işıq düşməsi üçün nəzərdə tutulan pən­cərələrinin yanından dəfələrlə o tərəf bu tərəfə keçərək Əbülfəz müəllimin adını bərkdən çəkərək gəzişirdik və sadəlöhvcəsinə elə güman edirdik ki, o öz tələbələrinin səsini eşidib təskinlik ta­pacaq. Əbülfəz bəy həbsdən çıxdıqda bu barədə ona danışdıqda xeylı güldü və dedi ki, həbsxana o qədər dərinlikdədir ki, bayır­dan hər hansı bir səs eşitmək qeyri mümkündür.

Əbülfəz müəllimin həbs edildiyi həmin illərdə Sovet ittifaqın­da dissident hərəkatı geniş vüsət almışdı. Elçibəylə yanaşı Gür-

cüstanda milliyətçi Qamsaxurdiya, Krım tatarlarının lideri Mus­tafa Cəmilov, Ukrayna milliyətçilərindən Qriqorenko, Saxarov, Soljenitsin və bir çox dissident Sovet yəhudisi də həbs olunmuş­dular. Əbülfəz müəllim sonralar özünün həbs olundugu dövürdə- ki ictimai-siyasi vəziyyət haqqında belə deyir: «Respublıkada ge­niş miqyasda qarışıqlıq hazırlanırdı. Bu işin müəllıfləri DTK-nın sədri Krasilnikov, Respublika prokuroru Qambay Məmmədov və onların bir sürü yardımçıları, Mərkəzdə Siyasi Büronun üzvü Ro- manov və Sovet DTK-sının mərkəzində özlərinə yer qazanmış ermənilər idi“.



Əbülfəz müəllimin məhkəməsi 1975-ci ilin 11 mayında baş- ladı.Məhkəmə, Ali Məhkəmənin binasının 2-ci mərtəbəsində, nisbətən böyük bir zalda keçirilirdi.Onun həbsi və məhkəməsi haqqında heç bir məlumat verilmədiyindən, insanlar bu məh­kəmədən xəbərsiz idilər. Biz Əbülfəz müəllimin bir qrup tələbəsi olaraq müəllimimizi müdafiə məqsədi ilə və insanların diqqətini məhkəməyə cəlb etmək üçün şəhərin kücələrində etiraz nüma­yişi keçirməyi qərara almışdıq. Mən bu qərarımız haqqında Bə­yin yaxın qohumu, məni ilk dəfə Əbülfəz bəylə tanış edən Aydın Qasımova bildirdim.O, bu işin Əbülfəz müəllimə və bizə böyük ziyan verəcəyini qeyd edərək qətiyyətlə əleyhinə çıxdı, bizi bu fi­kirdən daşındırdı. Mən Yadigar Babayev, Ələsgər Quliyev, Zirəd- din (soyadı yadımdan çıxıb-Müəllif), Kələkili, Əbülfəz bəyin qohumları Aydın bəy Qasımov və Abuzər bəy Rüstəmov, Əbül­fəz müəllimin tələbələri, yaxınları olaraq daha cox insanın məh­kəməyə gəlməsini təmin etmək üçün öz dost- tanışlarımıza xəbər verir, məhkəmə haqqında kiçik bildirişlər və şüarlar yazaraq Ali məktəblərdə yayırdıq. Bunun nəticəsində məhkəmənin qarşısın­da insanların sayı günbəgün coxalırdı. Məhkəmə iclasına Ali Məhkəmənin sədr müavini Həsən Əliyev sədrlik edirdi. Dövlət ittihamçısı Respublika prokrorluğundan prokror işləyən Yamən Yusifov idi.Şair-professor Aslan Aslanov məhkəmədə Universi­teti təmsilən ictimai ittihamçı qismində iştirak edirdi. Məhkəmə

yarım qapalı idi. İçəri yalnız Elçibəyin qohumları, müəllimlər və cox az sayda tələbələr buraxılırdı. Bir neçə dəfə içəri keçmək və məhkəmədə iştirak etmək mənə də nəsib oldu. Məhkəmədən öncə Bəyin böyük qardaşı Almurad məni Bəyin vəkili ilə görüş- dürdü.Mən ondan müəllimimizə necə kömək edə biləcəyimizi soruşdum və vəkilin məsləhəti ilə mən Əbülfəz müəllimi müda­fiə məqsədi ilə qrupumuzun tələbələrinin imzasi ilə məhkəməyə bir “Müraciət” tərtib etdim.Müraciəti qrupumuzun bir neçə qey­ri- türk kökənli tələbəsi qorxaraq imzalamaqdan imtina etdilər. Həmin müraciəti məhkəmənin katibliyinə təqdim etdim. Hüquq fakultəsinin tələbəsi olan növbətçi katib əvvəlcə “ Müraciət“i qə­bul etmək istəmədi, lakin mən xahiş edərək onu inandırdım və o, bu “Müraciət“i Əbülfəz müəllimin işinə əlavə etdi. Bu kobud siyasi səhvinə görə KQB-nin təzyiqi ilə o yazığı işdən qovdular. Bizdən sonra da bir neçə qrup Əbülfəz müəllimin müdafiəsi üçün “Müraciət“lər təqdim etsələrdə onların heç birini qəbul etmədilər.

Əbülfəz bəyin məhkəməsində Dövlət ittihamçısı kimi çıxış edən prokuror Yamən Yusifov sonralar tələbələrin məhkəmə za­manı etiraz aksiyasını belə xatırlayırdı:”Əbülfəz Əliyevin məh­kəməsi başlanan gün aləm bir-birinə qarışmışdı. Universitetin tələbələri Ali Məhkəməni mühasirəyə almışdılar. Çox gərgin vəziyyət yaranmışdı.Tələbələr məhkəmənin açıq keçirilməsini tələb edirdilər. Ali Məhkəmənin sədri Abdulla İbrahimov mənə zəng vurub bildirdi ki, Yamən müəllim, tələbələr binanı müha­sirəyə alıblar. Bura gəlin. Mən dərhal Ali Məhkəməyə gəldim. Binanın qabağında xeyli adam var idi. Güc bəla ilə içəri keçdim. DTK işçilərinin hamısı Abdulla İbrahimovun kabinetində otur­muşdu. Əsəbi içəri keçdim. Qərara aldıq ki, Ali Məhkəmənin qa­bağına yığışan tələbələrlə söhbət edək. Mən kabinetdən çıxıb Ali Məhkəmənin həyətinə düşdüm.Ümumi hay-küy...Etiraz səsləri... Zallar çox kiçik idi. İkinci mərtəbədə prezidiumun zalı böyük idi... Məhkəmə prosesi bu zalda başladı... Prosesin gedişi zamanı həddən artıq tələbə zala gəlirdi. Onlar etiraz edirdilər, divarlara şüarlar yazırdılar”.(Modern.az.16.01.2013)

Məhkəmə zalında Əbülfəz müəllimin qohumları ön sıralarda, tələbələr arxa sıralarda, müəllimlər isə orta sıralarda otururdu­lar. Hər kəs dərin bir səbirsizlik və intizarla Əbülfəz müəllimin məhkəmə zalına gətirilməsini gözləyirdi. Nəhayət Bəy milislərin müşaiyəti ilə zala daxil oldu. Onun üçün müəyyən olunmuş yerdə oturdu. Zala bir nəzər salıb başı ilə hamını salamladı. Üzündə heç bir həyacan əlaməti yox idi. Xoş bir təbəssümlə zala xeyli bax­dı. Hərəkətləri sərbəst, davranışı və ümumi görünüşü qürurlu və sakit idi.Yalnız uzun müddət həbsxanada qapalı şəraitdə saxlan­dığı üçün bənizi solğun idi. O, məhkəmədə özünü mətanətli apa­rır, məhkəmə sədrinin və prokrorun suallarına sakit, həyacansız, məntiqli cavablar verirdi. Əbülfəz bəy məhkəmə dinləmələrində onu antisovet və türkcülük təbliğatı aparmaqda ittiham edərək üzünə duran tələbə və müəllimləri heç bir mənfi emosya göstər­mədən sakitcə, səbrlə dinləyir, özünü təmizə cıxarmaq üçün onla­rı böhtançılıqda və qərəzçilikdə heç vaxt günahlandırmır, əksinə, onların dediklərini təsdiq edərək yalnız bəzi detallara düzəlişlər edirdi. Məhkəmənin ilk günündən sonra biz artıq öz müəllimi­mizlə fəxr edir, onunla qürur duyurduq. Əbülfəz müəllim bizi xəyal qırıqlığına ugratmadi. Öz mətinliyi, cəsarəti və məntiqi mühakimələri ilə onu mühakimə edənlərdən daha yüksəkliklərdə dururdu.

Bəy, anası Mehrinisə xanımın məhkəmədə iştirak etməsi üçün məhkəmə sədrinin təklifinə qəti etirazını bildirdi və Bəyin vəsadətinə əsasən anası məhkəmə zalından çıxarıldı. Görünür, Bəy məhkəmənin gedişi zamanı anasının kövrələcəyindən ehti­yat edirdi.

Qeyd etdiyim kimi tələbələrin çox cüzi hissəsi məhkəmə zalı­na daxil ola bilirdi. Artıq məhkəmə binasının qarşısında böyük bir izdiham toplanmışdı və zaman - zaman onların “Əbülfəz, Azad- lıq“ hayqırtıları məhkəmə zalının açıq pəncərələrindən aydınca eşidilirdi və Bəy də bu səsləri duyurdu. Bu hayqrışlarda əsas məqsəd o idi ki, Əbülfəz müəllim tələbələrinin onu unutmadığı­nı, onu müdafiə etdiklərini bilsin. İçəridə olan tələbələr də məh­kəmənin gedişində sakit oturmur, Bəyin üzünə duran tələbə və müəllimlərə replikalar atır, onlara qarşı təhqiramiz sözlər işlədir, səs-küy salırdılar. Məhkəmə sədri dəfələrlə tələbələri sakitliyə dəvət edərək onları zaldan çıxaracağı ilə hədələyirdi, lakin qısa sakitlikdən sonra hay - küy yenidən davam edirdi. Məhkəmənin təxminən 3-cü günü, yəni tələbələrin zalda hay-küylü etirazı za­manı bizim arxamızda oturan Şərqşünaslıq fakultəsinin qocaman müəllimlərindən Yusif Şirvanın əsəbləri dözmədi, ayağa qalxıb üzünü tələbələrə tutaraq yüksək səslə “Sovet dövlətinin çörəyi sizə haram olsun, burda da sakit durmursunuz, o Əbülfəz sizin başınızı xarab edib, özü də indi oturub müttəhim kürsüsündə”- dedi, sonra o, məhkəmə sədrinə müraciətlə tələbələri içəri burax­mamağı xahiş etdi.

Səhərisi gün məhkəmənin qarşısına gələndə məhkəmə zalına daxil olmaq üçün xüsusi buraxılış verəqələrinin tətbiq olunduğunu gördük. Məhkəmənin qarşısındakı izdiham kiçik bir mitinqi xa- tırladırdı.Tələbələrdən heç kəs içəri buraxılmadı və məhkəmənin mühafizəsi daxili qoşunlardan gətirilən əlavə dəstə ilə möhkəm­ləndirildi. Bütün bunlar tələbələrin həyəcanının və narazılığının artmasına səbəb olurdu. Tələbələr acıqlarını Bəyin üzünə duran tələbələrdən çıxırdılar. Onlardan bir neçəsi ifadə verib çıxdıqdan sonra həyətdə döyüldülər. Tələbələr içəri girə bilmədiklərindən məhkəmə prosesinin gedişindən xəbərsiz qalırdılar. Milliyətcə azərbaycanlı olmayan daxili qoşunların əsgərləri ilə tələbələr ara­sında gərginlik daima artmaqda davam edirdi.

Məhkəmə zalının pəncərələri açıq olduğundan bayırdakı səs-küyü içəridə Əbülfəz müəllim də eşidirdi.



Əbülfəz bəy sonralar deyirdi ki, məhkəmə binası qarşındakı səs-küyü və qarışıqlığı eşidirdim. Ona görə də şahidlərin mənim haqqımda dediklərini təsdiq edirdim. Onlarla mübahisə etmirdim ki, məhkəmə tez qurtarsın. Qorxurdum ki, qarşıdurma şiddət­lənər, çoxlu tələbə həbs olunar və tələbələrin gözü qorxar.

Əsgərlərlə tələbələr arasında qarşıdurma

Günlərin birində məhkəmə binasını mühafizə edən əsgərlər­dən birinin içəri girmək istəyən tələbə qıza kobudluq etməsi on­suz da gərginlik içərisində olan tələbələrin səbr kasasını daşdırdı. Tələbələr əsgərlərin müqavimətinə baxmayaraq məhkəmə binası­na daxil olub məhkəmədə iştirak etməyə qərar verdilər. Əsgərlər və tələbələr arasında qarşıdurma şiddətləndi və əlbəyaxa savaşa çevrildi. Həmin gün stadionda “Neftçi” komandası ilə Ermənis­tanın “Ararat” komandası arasında futbol görüşü olduğundan, məhkəməni mühafizə edən əsgərlərin bir hissəsi ora göndərilmiş­di. Əsgərlərlə tələbələr arasında qarşıdurma zamanı qəzəblənmiş tələbələr məhkəmənin 1-ci mərtəbəsindəki pəncərələrin şüşələri­ni sındırdılar. Əsgərlərin müqavimətini qıraraq giriş qapısını sın­dırıb içəri daxil oldular. Qarşıdurma yuxarı mərtəbələrə qalxan pilləkənlərdə davam etdi. Pilləkənin məhəccərləri tələbələrin təz­yiqinə dönməyib sındı. Qarşılıqlı müqavimət xeyli davam etdi. Tələbələrdən və əsgərlərdən bir neçəsi yüngül xəsarət aldı. O zaman hələ dubinka olmadığından işlər belə asan və xəsarətlər yüngül olurdu. Həmin gün məhkəmə prosesi təxirə salındı.

Bu hadisədən sonra hamı güman edirdi ki, Əbülfəz müəlli­min məhkəməsi son dərəcə qapalı, ciddi mühafizə şəraitində da­vam etdriləcək. Lakin gözlədiyimizin tərsinə oldu, görünür haki­miyyət dairələri tələbələrin həyəcanın daha da artacağından nara­hat olaraq güzəştə getməyi qərara almışdılar. Növbəti məhkəmə iclasına gəldikdə gördük ki, məhkəmə prosesi binanın birinci mərtəbəsində daha geniş bir zala təyin olunub. Zala daxil olmaq sərbəst idi, yay vaxtı olduğundan zala daxil ola bilməyənlər açıq pəncərələrin qarşısında duraraq məhkəmənin gedişini izləyirdilər.

Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev

Məhkəmə prosesi zamanı zalda arxa sıralarda oturmuş, heç kəsin tanımadığı çox səliqəli geyinmiş, yaraşıqlı, məhkəmənin gedişini bütün təfərrüatı ilə öz dəftərçəsinə qeyd edən bir gənc hər kəsin diqqətini cəlb edirdi.Tənəfüsslərdə o məhkəmənin ge- dişndə fəallıq göstərən, replikalar atan tələbələrin ad və soydını soruşuraq öz dəftərçəsinə qeyd edirdi. O, mənə, dostum Mehdi Məmmədova və bir neçə digər tələbəyə də yanaşıb ad və soya­dımızı soruşdu və dəftərçəsinə qeyd etdi. Biz məhkəmədə dost­larımızın vasitəsi ilə həmin gəncin KQB-nin əməkdaşı Mahmud Məmmədquliyev olduğunu öyrəndik. Görünür Heydər Əliyevin gələcək kürəkəni olan Mahmud Məmmədquliyev Elçibəyin məh­kəməsinin gedişi haqqında ona şəxsən məlumat verirdi. Sonralar, 1970-ci illərin axırında, mən Azərbaycan İnşaat-Mühəndislər İns­titutunda işləyəndə Mahmud Məmmədquliyev artıq həmin İnsti­tutda KQB-nin kuratoru vəzifəsində çalışırdı.

Sibirdə 15 il cəza çəkən qocanın sevinci

Məhkəmənin davam etdiyi günlərin birində binanın qarşısın­dan keçən, xarici görünüşündən qocaman ziyalı olduğu bəlli olan yaşlı bir kişi bizə yaxınlaşdı. Bura toplanmağımızın səbəbini so­ruşdu. Biz müəllimimizin məhkəməsinə görə burda olduğumuzu söylədik.Bu kişi müəllimin yəqin rüşvət aldığına görə həbs olun­duğunu güman etdi. Lakin onun antisovet və pantürkizm ittihamı ilə həbs olunduğunu eşidəndə buna çox heyrətləndi və soruşdu ki, bəs müəllimi müdafiə etdiyinizə görə KQB-dən qorxmursu­nuzmu? Biz də cavab verdik ki, yox, qorxmuruq. Cavab onun çox xoşuna gəldi və dedi ki, “sizin müəllimin ittiham olunduğu bu ideyaları müdafiə etdiyimə görə 15 il Sibirin həbs düşərgələrində cəza çəkmişəm, Hüseyn Cavidlə və bir çox böyük insanlarla eyni həbsxanalarda olmuşam, çoxlu işgəncələrə məruz qalmışam, an­caq Sibirdə maral bəsləyən türklər məni himayə etdilər və mən ölmədim, sağ qaldım. Mən xalqımızın azad gələcəyi üçün bütün ümidlərimi itirmişdim, ancaq bu gün sizin burdakı qətiyyətiniz və qorxmazlığınız məni yenidən ümidləndirdi, halal olsun sizə, müəlliminiz də çox iğid adamdır. Nə qədər çalışsalar da bu xalqı köləyə çevirə bilmədilər, ehtiyatlı olun, balalar, Allah köməyiniz olsun”. Nurani görkəmli kişi bunu deyib üzündə sevinc dolu tə­bəssümlə bizimlə sağollaşıb yoluna davam etdi.

Beş gün davam edən məhkəmə

Cəmisi 5 gün çəkən Məhkəmənin 15 may 1975 - ci il qərarı ilə Əbülfəz bəyə il yarım həbs cəzası verildi. O zaman Krasilni- kovun rəhbərlik etdiyi Azərbaycan KQB-si Əbülfəz bəyin baş­çılığı ilə Respublikada fəaliyyət göstərən antisovet və pantürkist şəbəkənin aşkar olunmasını özünün böyük uğuru hesab edirdi. Sonralar istintaq materiallarından da göründüyü kimi Əbülfəz bəylə birlikdə onun bir neçə mübarizə dostları, o cümlədən Rafiq bəy İsmayılov, Aydın bəy Abbasov və digərləri də həbs olunmalı idilər. Lakin o zaman Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyev bu hadisənin onun siyasi karyerasına böyük zərbə vura biləcəyindən ehtiyat edərək, məsələni yalnız Elçibəyin həbsi ilə məhdudlaşdırdı.

1993-cü ildə Elçibəylə görüşündə Heydər Əliyev ona demiş­di ki, mən o zaman bir neçə dostunu həbs olunmaqdan xilas et­dim, Elçibəy də ona cavab vermişdi ki, Heydər bəy, siz onlara qarşı mərhəmət hissi bəslədiyinizə görə deyil, bu hadisədən Mos­kvadakı düşmənlərinizin sizin əleyhinizə istifadə edəcəklərindən ehtiyat etdiyiniz üçün həbs etdirmədiniz.

Əbülfəz müəllimin üzünə duranlar

İstər istintaq zamanı, istərsə də məhkəmənin gedişində Əbül­fəz müəllimin üzünə durub onun əleyhihə ifadə verən ən başlıca şahidlər Bəyin tələbələri olmuş Aydın Hacıyev, Rauf (soyadını unutmuşam-Ə.S.), Əli Kosayev və xüsusilə yuxarıda bəhs etdi­


yim prokuror oğlu Fərhad Vahabov idi. Onlar tarix fakultəsinin və Universitetin komsomol təşkilatlarının fəalları idilər. Əbül­fəz müəllim 1970-ci illərin əvvəllərində Mərkəzi Univermağın yaxınlığında balıq mağazasının yerləşdiyi binanın üst mərtəbə­sində Aydın Hacıyevgilə məxsus mənzildə kirayə qalmışdı. Ay­dın Hacıyev Mərkəzi Komitənin vaxtsız vəfat etmiş katiblərindən olmuş Nazim Hacıyevin oğlu, Hikmət Hacızadənin əmisi oğlu və Rəhim Qaziyevin də qohumu idi. Sonralar 1970-ci illərin axırın­da mən Əli Kosayevlə bir müddət İnşaat-Mühəndisləri İnstitutu­nun tarix kafedrasında bərabər çalışdıq. Onu Əbülfəz müəllimin üzünə durub əleyhinə ifadə verməkdə məzəmmət etdiyim zaman Əli dedi ki, bizim başımıza KQB-də gətirilən müsibətlər bizi belə ifadələr verməyə məcbur etdi. Əbülfəz müəllimə qarşı ifa­dələr verib onun üzünə duran bu tələbələr sonralar göstərdikləri xidmətlərə görə Dövlət təhlükəsizliyı, daxili işlər və hakimiyyət orqanlarında yüksək vəzifələrə təyin olundular.

Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili

Mən Universitetin son kursunda oxuyanda Əbülfəz müəllim hələ həbsdə idi.Tələbə dostlarımızla qərara aldıq ki, bizə dərs de­miş müəllimiz kimi onun da şəklini buraxılış venetkasına salaq. Mən onun bir şəklini əldə etdim və venetkaya qoyduq. Tələbələr­dən kimsə artıq bu haqda dekanatlığa xəbər vermişdilər. Fakultə- nin dekanı məni çağırdı və dedi ki, Əbülfəz müəllim siyasi bir məhbusdur, onun şəklini rektorun və Universitetin digər rəhbər­ləri ilə yanaşı qoymaq düzgün deyil.Mən dekana dedim ki, artıq gecdir, venetkalar hazırdır və pulu ödənib, o daha bir şey dəmədi.

Elçibəyin həbs müddətini Qaradağdakı ümumi rejimli islah əmək düşərgəsində çəkməsi təyin olunmuşdu. Qohumları hər ay və hətta ayda bir neçə dəfə Elçibəyin görüşünə gedir, ehtiyacı olduğu şeyləri ona çatdırırdılar. Mən də bir neçə dəfə Elçibəyin görüşünə getdim, lakin içəri buraxmadıqlarından onunla uzaqdan











Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin