«f a t I h ə» s u r ə s I (1)


«Bal arısı» surəsi (16) 35 -42 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə111/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   107   108   109   110   111   112   113   114   ...   325

«Bal arısı» surəsi (16) 35 -42 -ci ayətlər

(35).Və dedi o kəslər ki, müşrikdirlər: «Əgər Allah istəsəydi, nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməzdik və haram etməzdik Onun əvəzinə bir şeyi». Belə fəaliyyət etdilər o kəslər ki, onlardan qabaq var idilər. Ə, məgər rəsulların üzərində olan ancaq aşkar təbliğ deyilmi? (36).Və əlbəttə, qaldırdıq külli ümmətdə rəsul ki, Allaha ibadət edin və Tağutdan uzaq olun. Onlardan kimini Allah hidayət etdi və onlardan kiminin üzərində haqq oldu zəlalət. Seyr edin ərzdə və nəzər salın, necə oldu yalan sayanların aqibəti! (37).Əgər sən həris olasan onların hidayətinə, həqiqətən, Allah hidayət etməz o kəsi ki, zəlalətdədir və onlara yardım edən də olmaz! (38).Və and içdilər Allah ilə möhkəm andla: «Qaldırmayacaq Allah o kəsi ki, ölübdür!» Bəli, üzərində olan haqq vədəyə görə və lakin insanların əksəriyyəti bilmir - (39).Bəyan etmək üçün onlara onu ki, ixtilaf edirdilər onda və bilməsi üçün o kəslərin ki, kafirdirlər, onlar yalançı oldular. (40).Həqiqətən, Bizim sözümüz, onda ki, bir şey üçün iradə edək, deyirik ona: «Ol!» və olur. (41).O kəslər ki, zülm olunduqdan sonra, Allaha xatir hicrət etdilər, Biz onlara bu dünyada yaxşı mənzillər verərik və axirət əcri isə daha böyükdür, əgər bilsəydilər - (42) o kəslər ki, səbr edirlər və öz Rəblərinə təvəkkül edirlər.



«Bal arısı» surəsi (16) 43 -54 -cü ayətlər
(43).Biz göndərdik səndən qabaq, ancaq kişiləri ki, onlara vəhy edirdik – sual edin zikr əhlindən, əgər bilmirsiniz - (44) bəyanatlarla və Zəburla. Və nazil etdik sənə zikri ki, bəyan edəsən insanlar üçün onlara nazil olanı, ola ki, onlar fikirləşələr! (45).Ə, əmindirmi o kəslər ki, məkr edirlər pisliklə, Allah onları ərzə batırmaya, ya onlara əzab gələ oradan ki, bilməyələr? (46).Ya gəzib dolaşarkən onları yaxalaya və onlar aciz edən deyillər? (47).Ya onları xof halında yaxalaya? Həqiqətən, Rəbbiniz Raufdur, Rəhimdir! (48).Ə, məgər görmürlərmi o şeylərdən ki, Allah xəlq edib, kölgələri sağdan və soldan dolanır Allah üçün səcdə edərək və onlar mütidirlər? (49).Allah üçün səcdə edir nə ki, səmalarda və nə ki, ərzdə var dəbərənlərdən və mələklər və onlar təkəbbürlük etmirlər! (50). Xoflanırlar fövqlərində olan Rəblərindən və əməl edirlər nəyə ki, əmr olunublar! (51).Və dedi Allah: «İki ilahi götürməyin. Həqiqətən, O Vahid İlahidir və təkcə Mənə və vahiməlilik Mənə!» (52).Onun üçündür nə ki, səmalarda və ərzdə var və din də həmişə Ona məxsusdur. Ə, Allahdan qeyrisindənmi qorxursunuz? (53).Sizə nə ki, nemət yetişir, Allahdandır. Sonra onda ki, sizə zərər toxunur, Ona tərəf car çəkirsiniz. (54).Sonra onda ki, şəfa edərək zərəri sizdən götürdü, onda sizdən bir firqə öz Rəbləri ilə şərik qoşurlar,



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin