Sonrakı məsələ Fələstin məsələsidir. Sionistlərin otuz səkkiz illik işğaldan sonra Qəzzədən geri çəkilmələri çox mühüm hadisədir. Bilməniz maraqlıdır ki, bu geriçəkilmə sionizm rejiminin etidiyi bir seçim deyildi. Bu bir məğlubiyyət və məcburiyyət idi, çarəsizlikdən baş verdi. İndi bu məğlubiyyətin psixoloji təzyiqi sionist xalqın və dövlətin bütün sütunları üzərinə təsir qoymuşdur və onları tərpətməkdədir. Onların bəzisi küsür, bəzisi etiraz edir. Bir neçə gün öncə Tel-Əvivdə iki yüz min nəfərlik bir mitinq keçirildi. Onlar təlatümdədirlər. Lakin çarələri yoxdur. Bəziləri bu geriçəkilmənin müzakirə səbəbindən baş verdiyini inandırmaq istəyirlər. Bu çox uşaqcasına sözdür. Fələstinin işğalının yetmişillik işğalı boyunca sionistlər müzakirə ilə işğal olunmuş bir metr torpaqdan da geri çəkilməyiblər. Nə müzakirəsi?! Bu geriçəkilmə fələstinlilərin müqavimətinə görə idi. Birinci hadisə Livanın cənubundan gerikəkilmə və qaçma idi. Bu da müqavimətin təsirindən yaranan ikinci hadisədir. Fələstin xalqı bilsin, Fələstinin cihad qrupları bilsinlər və bu tələyə düşməsinlər ki, guya müzakirə Qəzzəni azad etdi. Xeyr, müzakirə Qəzzəni azad etmədi. Heç bir başqa yeri də azad etmədi. Heç zaman da heç bir yeri azad etməyəcək. Qəzzəni azad edən Fələstin xalqının müqavimət təzyiqi olmuşdur. Onlar çarəsiz qaldılar.