Müsəlmanlar həmkarlıqla, Quran və sünnənin söylədiyi müştərək əsaslar üzərində dayanmaqla bu neçəbaşlı şeytan qarşısında dayanıb onu öz iradə və imanlarına məğlub etməyə qadir olacaqlar. İslam İranı Böyük İmam Xomeyninin dərslərini örnək götürməklə bu uğurlu müqavimətin bariz nümunəsi olmuşdur. Onlar İslam İranında məğlub olmuşlar. Otuz il hiylə, təxribat, düşmənçilik, çevriliş və digər bütün işlər düşmənin məğlubiyyətinin, zəifləməsinin və sərgərdanlığının səhnələrinə çevrildi və "həqiqətən şeytanın hiyləsi zəifdir" ayəsi iranlıların gözü qarşısında növbəti dəfə canlandı. Başqa hər hansı bir yerdə də iradə və imandan qaynaqlanan müqavimət xalqı iddialı hegemonçularla qarşılaşmaya çəkdisə, qələbə möminlərin, məğlubiyyət və rüsvayçılıq isə zalımların qəti taleyi oldu. Livanda otuz üç günlük aşkar zəfər və Qəzzənin son üç ildə fəxrli və qalib cihadı bu həqiqətin canlı şahididir.