Səkkizinci bölmə: İşıqlı gələcək Doğru vədə: Qüdsün azadlığı
İnşallah Qüds barəsində bu həqiqi nigaranlıqlara rəğmən, şərafətli Qüdsün müsəlmanların əlinə düşəcəyi günü bəlkə də sizin çoxunuz görəcəksiniz. Biz olaq, yaxud olmayaq, hər halda bunu bir gün Fələstin xalqı və dünya xalqı müşahidə edəcək.
Fələstinin işıqlı gələcəyi
Ümidvarıq ki, Allah-Taala özünün lütf və bərəkətlərini Fələstin xalqına və İslam dünyasına nazil etsin, öz mərhəmətini və köməyini onlara şamil etsin. Biz üfüqləri işıqlı görürük. Biz müqavimətlə İslam dünyası və Fələstin üçün yaxşı gələcək proqnoz edirik. Biz düşünürük ki, İslam dünyasının ölümü və onun yekun təhqiri və xarlığı hegemonluğun və sionizmin artıq istəkləri qarşısında geri çəkilib təslim olacağı gündür. Ümidvarıq Allah belə bir günü və belə bir vəziyyəti heç zaman İslam dünyasına göstərməsin.
Biz əminik ki, müsəlman Fələstin xalqının mübarizələrinin davam etdirilməsi və İslam dünyasının dəstəyi ilə Fələstin Allahın lütfü ilə azad olunacaq, Beytülmüqəddəs, Əqsa məscidi və o İslam torpağının digər bölgələri İslam dünyasının ağuşuna qayıdacaq inşallah: "Və Allah öz işində qalibdir".
Bu gün bütün İslam hökumətlərinin və bütün İslam xalqlarının vəzifəsi budur ki, bacardıqları qədər bunlara kömək etsinlər. Mən iddia etmirəm ki, Fələstin məsələsi qısa müddət ərzində bitəcək. Lakin iddia edirəm ki, şübhəsiz, Fələstin fələstinlilərə qayıdacaq. Zamanın qısa, yaxud uzun olması mümkündür. Ödənilən qiymətin ağır, yaxud daha ağır olması mümkündür. Amma bu hadisə baş verəcək.
Təsirli olan İslam ölkələrinin biz məmurlarının və biz müsəlman xalqların rəftarıdır. Əgər yaxşı rəftar etsək, bu zaman qısalacaq bu qiymət azalacaq. Əgər biz pis rəftar etsək, bu zaman uzanacaq, qiymət ağırlaşacaq və onun bədəli təkcə Fələstin xalqının üzərinə düşməyəcək, bütün İslam dünyasının üzərinə düşəcək. Səhlənkarlıq edən şəxslər, zalıma kömək edən şəxslər özləri bu işin bədəlini verəcəklər; özləri bunun ziyanını çəkəcəklər və acılığını dadacaqlar.
Dostları ilə paylaş: |