Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq biznesdə sahibkarlığın formaları və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə10/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   126
beynelxalq-biznes

1.3. Beynəlxalq biznesdə sahibkarlığın formaları və 
məqsədləri. 
 
Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir 
və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əm-
lak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar 
təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlara isə 
sahibkar deyilir. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin 
üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olun-
ması, məhdud resurslardan istifadənin daha mütərəqqi 
üsullarının axtarılıb tapılması, az xərclə və keyfiyyətli 
məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın 
səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin 
hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. 
Sahibkarın öhdəsinə bir neçə funksiya düşür. 
Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün 
resursları bir yerə toplayır. 


16 
Bunlara təbii, investisiya və əmək resurslarını aid et-
mək olar. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri 
üzrə qərarlar qəbul edir. Sahibkar yenilikçidir. 
Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki 
nüfuzu ilə risk edir. Sahibkar hər şeydən əvvəl iqtisadi 
fəaliyyətdədir. Bu fəaliyyəti 3 tipə ayırmaq olar: 
- özünü yaşatmaq zərurətinə görə fəaliyyət; 
- rahatlıq, əlavə gəlir əldə etmək mülahizələrinə görə 
fəaliyyət;
- sahibkar mülahizələrinə görə fəaliyyət. 
Ümumiyyətlə, sahibkar olmaq istəyinin bir neçə 
səbəbləri var:
- pul qazanmaq;
- ictimai rifaha töhvə vermək;
- öz fəaliyyət sahəsində ‖imperiya‖ yaratmaq;
- azad fəaliyyət göstərmək;
- cəmiyyətdə özünü təsdiq etmək və s.
Bu səbəblərdən asılı olmayaraq başlıca məqsəd gəlir, 
mənfəət əldə etməkdir. 
Sahibkarlıq öz miqyasına görə kiçik, orta və iri sa-
hibkarlığa ayılır. Bazar iqtisadiyyatına keçid ölkələrində, o 
cümlədən 
Azərbaycanda 
kiçik 
sahibkarlıq 
milli 
iqtisadiyyatın 
inkişafını, 
əhalinin 
məşğulluğunu, 
ümumiyyətlə iqtisadiyyatın inkişafını müəyyən edən əsas 
iqtisadi amildir. Kiçik və orta sahibkarlığın əhəmiyyəti 
aşağıdakılardan ibarətdir: iri müəssisənin buraxa bilmədiyi 
və ya buraxılması üçün lazım olan hissələrin istehsal 
edirlər, müxtəlif xidmətlər göstərirlər, kiçik pərakəndə al-
verçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi 
qismən aradan qaldırırlar, istehlakçıları bazarla təmin 
edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar, əhalinin 


17 
müəyyən hissəsinin gəlirini artırırlar,iri müəssisələrə 
nisbətən çevikdirlər. Bir sözlə ümumi həyat səviyyəsini 
yüksəldirlər. 
Ümumiyyətlə, Azərbaycanda və keçid iqtisadiyyatı 
dövrünü yaşayan digər ölkələrdə iqtisadiyyatı inkişaf et-
dirib bazar iqtisadiyyatına keçmək üçün innovasiya sahib-
karlığını rolu əvəzedilməzdir. Çünki, bu ölkələrdə istehsal 
imkanları, məhsulun keyfiyyəti digər ölkələrlə müqayisə-
də çox aşağıdır. Bu ölkələrin istehsal etdikləri məhsullar 
dünya bazarında rəqabətə dözmür, hətta bu məhsullar dün-
ya bazarı üçün yararlı deyildir. İnsanların yaradıcılıq po-
tensiallarından istifadə etmək məqsədilə innovasiya sahib-
karlığının inkişafı və ona dövlətin yaxından köməyi vacib-
dir. 
Ümumiyyətlə hər hansı bir sahədə olursa–olsun biz-
nesin məqsədi alıcıların tələblərinin ödənilməsi yolu ilə 
gəlir əldə etməkdən ibarətdir.
Beynəlxalq biznesin də əsas məqsədi gəlir eldə et-
məkdən ibarətdir. Lakin bəzi hallarda burada ölkənin iqti-
sadi təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə strateji 
məhsulların (taxıl ehtiyyatları, neft məhsulları, enerji eh-
tiyyatları) əldə etmək məqsədi ilə dövlətlər arası güzəştli 
ticarət aparılması da mövcuddur. Ayrı –ayrı firma və şir-
kətlərin beynəlxalq ticarətə və ya biznesə qoşulması za-
manı isə əsas meyar yenə də gəlir əldə etməkdən ibarətdir.
Lakin bu məqsədə çatmaq üçün beynəlxalq biznesin 
məqsədi xarici iqtisadi əlaqələrin əsas formalarının yerinə 
yetirilməsindən ibarətdir ki, bu da özünü aşağıdakı əmə-
liyyatların yerinə yetirilməsində göstərir.
1. Ticarət əlaqələri vasitəsi ilə istehlak mallarının 
geniş alqı–satqısının yerinə yetirilməsi; 


18 
2. Birgə sahibkarlıq əlaqələri vasitəsi ilə sənayedə, 
zavodlarda, fabriklərdə, müəssisələrdə, kənd təsərrüfatın-
da, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə yeni tex-
nologiyaların, maliyyə vəsaitlərinin ölkəyə cəlb olunması-
nın təmin olunması;
3. Xidmət sahələrində vasitəçilik, birja xidmətləri, 
sığorta, turizm, yüklərin beynəlxalq daşınması, eləcə də 
kompyuter şəbəkələri xidmətlərindən istifadə olunması;
4. Əməkdaşlıq, kömək məqsədi ilə elmi-texniki, iqti-
sadi sahədə mübadilə proseslərinin həyata keçirilməsi; 
Bütün bu qeyd olunanların həyata keçirilməsi üçün 
beynəlxalq biznesin həm taktiki, həm də strateji məqsədlə-
rinin müəyyənləşdirilməsi vacibdir.
Beynəlxalq biznesdə strateji planlaşdırma seçilmiş 
strategiyanın və qarşıya qoyulmuş məqsədlərin həyata ke-
çirilməsi üzrə tədbirlərin sistemli şəkildə işlənib hazırlan-
masını və həyata keçirilməsini özündə əks etdirir. O 
mühüm biznes parametrlərinin ilkin vəziyyətləri və 
dəyişməsi proqramlarına əsaslanır.
Beynəlxalq əmək bölgüsündə baş verən struktur 
əmələ gətirən dəyişikliklər dünya təsərrüfatının yaranma-
sının əsas istiqamətidir. Ölkələrarası əmtəə və xidmətlərin 
çox iri həcmli yerdəyişməsi (dünya ticarəti) dünya təssər-
rüfatının formalaşmasının mühüm tərkib hissəsi olub onun
ayrılmaz amilidir. Dünya təsərrüfatının formalaşması 
prosesində əsas rol əmtəə və xidmətlərin ölkələrarası yer-
dəyişməsindən həmin əmtəə və xidmətlrin istehsalı amil-
lərinin yerdəyişməsinə, hər şeydən öncə isə kapitalın, 
əmək və informasiya ehtiyatlarının yerdəyişməsinə keçir. 
Məhsuldar qüvvələrin səviyyəsində radikal irəliləyişlər, 
maliyyə kapitalın gücünün və təsiririn artması, informa-


19 
siya mühitinin xüsusi rolu dünya təsərrüfatının mahiyyəti-
nin və rolunun yeni məzmununu müəyyənləşdirir. Dünya 
təsərrüfatına verilən tərifə uyğun olaraq, onun bir sıra əsas 
xarakterik cəhətlərini qeyd etmək olar: 
- kapitalın, iş qüvvəsinin, texnologiyanın və informa-
siya ehtiyatlarının miqrasiyası nəticəsində istehsal amil-
lərinin beynəlxalq yerdəyişməsi və tətbiqi. 
- qeyd olunan amillərdən istifadə olunmaqla beynəl-
xalq əsasda müxtəlif ölkələrdə müxtəlif istehsallar və stru-
kturlar o, cümlədən transmilli korporasiyalar yaradılması. 
Qeyd olunanlar əsasında dünya təsərrüfatını mülli 
təsərrüfatların sadəcə cəmi deyil, onların tərkib hissələri-
nin, sahələrinin, regionlarının qarşılıqlı təsirdə və onların 
istehsal amillərinin qarşılıqlı asılılıqda olan məcmusu 
kimi başa düşmək olar. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin