Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə190/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   187   188   189   190   191   192   193   194   195
Zahının altısı
Zahı ilə uşağı zahı hamamına qədər tək buraxmazdılar. Xüsusilə 6-cı gecəni qorxulu sanardılar. İnanardılar ki, bu gecə bizdən yeylər uşağın yanına gəlir, onu həmzadı ilə dəyişdirmək istəyir. Buna görə onları yaxına buraxmamaq, qorxudub qaçırmaq üçün qapı qabağına dəmir əsbab töküb, səs-küy salır, oxuyur, əl çalır, qapı-bacanı tüstü ilə doldururdular. Bu arada mama da gəlib çıxırdı. Onun gəlməsi ilə çoxlu üzərlik salardılar. Onun tüstüsünü zahı ilə uşağın otağının hər tərəfinə püfləyirdilər. Mama zahını bəzəyirdi. Bir dənə üzərlik xalı onun alnına, bir dənə sol döşünə, bir dənə sağ, bir dənə sol ovcunun içinə, bir dənə sağ ayağının, bir dənə sol ayağının altına qoyardılar. Uşaq oğlan olsa, onun da alnına, gözlərinə sürmə çəkərdilər. Bu işlərdən sonra yeddi iynə zahının, yeddi iynə də uşağın ləçəyinə taxardılar ki, al çəkinib onlara yaxınlaşmasın. Bu arada mama oradakı arvadlardan biri ilə ovcunun içinə bir az düyü töküb 7 qövl-həvalə oxuya-oxuya onu otağın hər tərəfinə, hətta zahının döşəyinin, yastığının qıraqlarına səpərdilər. Belə­liklə, əcinnənin qarşısına hasar çəkərdilər.
Adqoyma
Uşağa adqoyma doğumdan sonra altıncı gecədə olurdu. Qohum-qonşudan bir neçəsini adqoyma yeməyinə çağırardılar. Bir sıra ailələrdə məhəllə mollasını çağırırdılar. Şamdam qabaq uşağı kişilər oturan otağa gətirib mollanın qucağına verir, xahiş edirlər ki, ona ad seçsin. O da uşağa müqəddəs adlardan neçəsini yazıb Quran arasına qoyub, uşağın qulaqlarına əzan oxuyandan sonra Quran arasındakı adlardan birini çəkib, ucadan oxuyub deyərdi: İnşallah, bu ad sənə mübarək olsun, sağlıq olsun, ata-ananın sayəsində böyüyəsən.

Molla çağrılmayanda uşağın adını ailənın ağsaqqalı, ya nənə babası, ya dədə babası verərdi. Əgər qabaqcadan ad seçməsəydilər, məşvərətlə bir ad seçib Qurana yazardılar. Adlar ümumiyyətlə müqəddəs adlardan, xüsusilə, imamların adları arasından seçilirdi.

Buna görə də ən müqəddəs adlar Muhəmməd, Əli, Fatimə, Hüseyn, Bağır, Sadiq.... olardı.

Bunlardan əlavə bir sıra adlar uşağın doğulduğu ay adları ilə əlaqədar qoyulurdu. Məs: el bayramı, məzhəbi bayramlarda olanlara Bayram, Bayraməli, Qurban, Qədir, o biri ayda olanlara Muhərrəm, Səfər, Rəcəb, Şəban, Ramazan qoyurdular. Qurban ayında olanlara Hacı adı verir, ad da versələr, Hacı sözünü qoyduğu adın başına artırardılar.

Bir sıra ailələrdə uşağa dünyadan getmiş baba, nənələrinin adını qoyurdular ki, onların xatirəsi unudulmasın. Bir sira savadlı ailələrdə uşağın adını, doğulduğu tarixi Quranın, ya başqa dini kitabın astar kağızına yazırdılar.

Adqoyma mərasimi qurtarandan sonra şam verirdilər. O şamdan zahıya da verirdilər.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin