HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


"Çək­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­rin­dən



Yüklə 3,06 Mb.
səhifə151/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   147   148   149   150   151   152   153   154   ...   170
"Çək­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­rin­dən bir ne­çə­si fra­zeo­lo­ji va­riant­dır: "əmək çək­mək"- "zəh­mət çək­mək", "qəm çək­mək" - "möh­nət çək­mək" - "əzab çək­mək". Məsələn : "Cü­mə gü­nün­də va­rub qüsl ey­lə­mək, Cə­mi­yi-xəl­qə çək­mək­dü­rür əmək"; "Mun­ca zəh­mət­lər çə­küb gəl­dim sa­na, Sər­gü­zəş­tim uş­bu­dur, ya Mus­təfa"; "Ver­di min dir­həm də­xi xa­tu­nə həm, Mu­ni xərc ey­lə də­xi, sən çək­ qəm"; "Uş bə­xil­lər mən­zi­lin­də, ey oğul, Ya­nuban möh­nət çə­kər nar iç­rə ol"; "Uş cə­hən­nəm­də çə­kər dür­lü əzab, Təş­nə­lik­dən xud anın ha­lı xə­rab". Müasir ədəbi di­li­miz­də də ey­ni­lə iş­lə­nən bu fra­zeo­lo­ji va­hid­lər­dən yal­nız bi­ri­nin ("əmək çək­mək") baş sö­zü türk mən­şə­li­dir, qa­lan­la­rı­nı isə ərəb mən­şə­li söz­lər təş­kil edir.

Hə­zi­ni "çək­mək" feli­ni si­no­nim və ya­xın məna­lı söz­lər­lə bir­gə də iş­lət­miş­dir. Mə­sə­lən: "ən­di­şə bir­lə dərt çək­mək", "ən­du­hü bim çək­mək", "cöv­rü cə­fa çək­mək": "Der, Əmi­rəl-mö'mi­nin ol dört nə­dir, Çək­di­gin ən­di­şə, bir­lə dərt nə­dir"; "Bu zəif üm­mət­lə­rin ən­dər cə­him, Uş əzab iç­rə çə­kər ən­du­ bim"; "Ta­qə­ti­miz qal­ma­dı, ya Mus­təfa, Od için­də çək­­ cöv­ ­fa". Bu sa­bit söz bir­ləş­mə­lə­rin­dən "dərd çək­mək", "cövr çək­mək""cə­fa çək­mək" müasir ədə­bi di­li­miz­də iş­lə­nir, digərlərinə isə yal­nız klas­sik ədə­biy­yat­da rast gə­li­rik. Hə­zi­ni­nin bu sa­bit söz bir­ləş­mə­lə­ri­ni iki isim­lə bir­gə iş­lət­mə­si, ay­dın­dır ki, şeirlə bağ­lı­dır və ədə­bi dil üçün adi hal sa­yıl­mır.

Abi­də­də "çək­mək" feli "ün" (səs) is­mi ilə də sa­bit söz bir­ləş­mə­si tər­ki­bin­də iş­lən­miş­dir: "Növ­hə edib, ün çə­kib, za­ri qı­lıb, Ağ­la­şa­lım ba­rı ya­nıb-ya­xı­lıb". "Ba­ğır­maq", "fər­yad et­mək" məna­la­rı­nı da­şı­yan "ün çək­mək" sa­bit söz bir­ləş­mə­si müasir dil­imiz­də iş­lən­mə­sə də, "Əs­rar­na­mə" tərcüməsində (bax :38,122), Xə­tai­nin di­lin­də (38, 122), elə­cə də Röv­şə­ni və Gül­şə­ni Bər­dəi­nin əsər­lə­rin­də qey­də alın­mış­dır (108, VI, 4074).

Tərcümənin dilində "çəkmək" feli fars mənşəli "ləşkər" (ordu, qoşun) ismi ilə də birləşmə təkibində işlənmışdir. "Rumə çün ləşkər çəkübən getdilər, Qeysəri – Rumi bilə cəng etdilər ". Bu birləşmə müasir ədəbi dilimizdə "qoşun çəkmək" şəklində işlənir – burada birinci söz onun türkmənşəli sinonimi ilə əvəzlənmişdir.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin