HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


"Gəl­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş fra­zeo­lo­ji va­hid­lər



Yüklə 3,06 Mb.
səhifə154/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   150   151   152   153   154   155   156   157   ...   170
"Gəl­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş fra­zeo­lo­ji va­hid­lər isə aşa­ğı­da­kı­lar­dır: "ağır gəl­mək", "ba­şı­na gəl­mək"," dilə gəlmək", "düz gəlmək", "əlindən gəlmək", "imana gəlmək", "sö­zə gəl­mək", "xoş gəl­mə­mək".Məsələn : "Ta ­ ağır ola­rın taə­ti, İrə Al­la­hın ola­ra rə­hmə­ti"; "Ey adi­lən bağ­la­nan ba­bi-sə­qər, Ba­şı­­za gör bi­zim gəl­di nə­lər"; "Di­ gəl­di, söy­lə­di ol dəm mə­gər, Der, aman ver­gil, aya, xey­rül-bə­şər"; "Hər ki­şi­nin kim, hə­ya­sı ol­ma­ya, Əh­li-ima­nəm de­sə, düz gəl­­"; "Çün­ki ha­zır olam an­da ol zə­man, Mən əlim­dən gəl­­gin edəm hə­man"; "İma­ gəl­di­lər on­lar ol zə­man, Şa­dü xür­rəm ol­dı­lar an­da rə­van"; "Ya­nı­mız­da çün­ki dur­dı bir zəman, ­ gəl­di, bə'd-əz-in aç­dı zə­ban"; "Mən sor­dum, leyk sa­leh qul­la­rı, Kön­lü­mə xoş gəl­miş idi yol­la­rı". Bu şeir nü­mu­nə­lə­rin­dən üçüncü və yeddinci beyt­də da­ha iki fra­zeo­lo­ji va­hid - "aman ver­mək" və "zə­ban aç­maq" da iş­lən­miş­dir. So­nun­cu ifa­də "di­lə gəl­mək" və "sö­zə gəl­mək" fra­zeo­lo­ji va­hid­lə­ri ilə si­no­nim­dir. "Gəl­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş yu­xa­rı­da­kı sa­bit söz bir­ləş­mə­lə­ri­nin ha­mı­sı ey­ni­lə müasir ədəbi di­li­miz­də iş­lə­nir.

Yu­xa­rı­da­kı nü­mu­nə­lər­dən beşincisin­də iş­lən­miş "əlim­dən gəl­dü­gin" frazeologizminin ikinci tərəfi, gö­rün­dü­yü ki­mi, feli si­fət formasındadır. Bu formanı prof. H. Bayramov "frazeoloji feli sifət" ad­lan­dı­rır (11, 105).

Baş­qa bir beyt­də isə "əlin­dən gəl­mək" fra­zeo­lo­ji va­hi­di "əl­dən gəl­di­gün­cə" şək­lin­də iş­lən­miş­dir: "Mən dəx əl­dən gəl­dügin­ bu zə­man, Ra­zı qı­lım kim ola­san şad­man". Ye­ri gəl­miş­kən qeyd edək ki, abi­də­də da­ha bir fra­zeo­lo­ji feli si­fət iş­lən­miş­dir: "Qəb­ri­nə vüs'ət ve­rə anın Xu­da, Göz ye­tən ye­­­kin olur zi­ya".Müasir ədə­bi di­li­miz­də bu ifa­də "göz iş­lə­dik­cə" şək­lin­də iş­lə­nir. Bu for­ma isə fra­zeo­lo­ji feli bağ­la­ma tər­ki­bi ad­la­nır (11, 103). Beyt­də Hə­zi­ni "vüsət ver­mək" fra­zeo­lo­ji va­hi­di­ni də iş­lət­miş­dir. Fik­ri­miz­cə, bu ifa­də fars di­lin­də­ki وسعت دادن (ge­niş­lən­dir­mək) sa­bit söz bir­ləş­mə­sin­dən hər­fi yol­la tər­cü­mə olun­muş­dur.

Tərcümədə işlənmiş frazeoloji vahidlərdən bir neçəsi də "urmaq" felinin iştirakı ilə düzəlmişdir : "karuban urmaq", "qulaq urmaq","laf urmaq","nərə urmaq", "üz urmaq","yol urmaq" . Məsələn :"Karuban urub işi xun eyləmək, Kim müsəlmanları məğbun eyləmək" ; "Çün qulağ urdum,mən anı dinlədim, Həm dedügini mən anın anlədim " ; "Kim sənin əmrinə mən idim xilaf, Urmaz idim məsiyyətdə dürlü laf", "Oxıdım bu ayəti çün ol zəman, Bir ucadan nərə urdu nagəhan " ; "Ağzını anın suvadılar rəvan, Altina od urdular əndər zəman " ; "Der ki, üç yüz altmışın tərkin urın, Bu bilinməz nəsnəyə qarşu durın", "Yığmış idi üstinə ləşkər yoğüş, Özinə yol urmağı qılmışdı iş".


Bu frazeoloji vahidlərdən "nərə urmaq " "od urmaq" müasir ədəbi dilimizdə "nərə vurmaq " "od urmaq" şəklində də işlənir. Tərcümədə "od urmaq" frazeoloji birləşməsi "oda urmaq" şəklində də işlənmişdir : "Mən öləndən sonra oda urasız, Kül olunca cismimi yandurasız ".

Abi­də­də­ki sa­bit söz bir­ləş­mə­lə­rin­dən üçü "dağ­la­maq" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş­dir: "bağ­rı­nı dağ­la­maq", "yü­rə­gin dağ­la­maq", "ci­gər dağ­la­maq" : Məsələn : "Böy­lə de­di, qa­tı-qa­tı ağ­la­dı, Ah­lar qıl­dı ki, bağ­rın dağ­la­". "Növ­hə qıl­dı, ah edü­bən ağ­la­dı, Cüm­lə əs­ha­bın ­­gin dağ­la­"; "Söy­lə­gil ki, mən ne­cə ağ­la­ma­yım, Həs­rət odi­lə ci­gər dağ­la­ma­yım". Gö­rün­dü­yü ki­mi, hər üç fra­zeo­lo­ji va­hid si­no­nim­dir. İkinci fra­zeo­lo­ji va­hid­də­ki "yü­rə­gin" sö­zün­də baş ver­miş fo­ne­tik də­yi­şik­li­yi nə­zə­rə al­ma­saq, bu sa­bit söz bir­ləş­mə­lə­ri­nin üçü də heç bir də­yi­şik­siz müasir ədə­bi di­li­miz­də iş­lə­nir. Bu­gün­kü di­li­miz­də həm­çi­nin "si­nə­si­ni dağ­la­maq" sa­bit söz bir­ləş­mə­si də var­dır.

Tərcümə­də iş­lən­miş "qəl­bi yax­maq" fra­zeo­lo­ji va­hi­di də yu­xa­rı­da­kı ifa­də­lə­rin si­no­ni­mi­dir: "Qəl­bi­mi yax­ ola­rın fir­qə­ti, Cüm­lə­si­nin qal­dı can­da həs­rə­ti". "Yax­maq" feli, mə'lum ol­du­ğu ki­mi, müasir ədə­bi di­li­miz­də yal­nız "yan­dı­rıb-yax­maq" şək­lin­də iş­lən­di­yin­dən bu fra­zeo­lo­ji va­hid də ay­dın­dır ki, bu­gün­kü ədə­bi di­li­miz üçün ar­xaik sa­yı­lır. Bu beyt­də Hə­zi­ni "həs­rət qal­maq" fra­zeo­lo­ji va­hi­di­ni də iş­lət­miş­dir.

Tərcümədə "cıxmaq" felinin iştirakı ilə düzəlmiş sabit söz birləşmələrindən üçünə rast gəlirik : "ava çıxmaq", "qəzaya çıxmaq", "çavı çıxmaq". Məsələn : "Ləşkərini cəm edüb bir gün təmam, Ava çıxmışdı məgər kim ol hümam" ; Qəsdinə anın müsəlmanlar nagah, Kim qəzayə çıxdılar olub agah. "Həm sənin çavın dəxi çıxdı qəvi, Dedilər kim, çıxdı şahi – mənəvi".

Hər iki tərəfi türkmənşəli sözlərdən təşkil olunmuş birinci frazeoloji birləşmə müasir ədəbi dilimizdə "ova çıxmaq" şəklində işlənir. İkinci birləşmənin isə birinci tərəfi ərəb mənşəli "qəza" (müqəddəs savaş) sözüdür və bu frazeologizm müasir ədəbi dilimizdə işlənir. Üçüncü birləşmənin birinci tərəfi "çav" arxaik sözdür (bax səh. )və bu frazeologizm müasir ədəbi dilimizdə baş sözün sinonimi olan "səs" isminin iştirakı ilə düzəlmiş "səsi çıxmaq" şəklində işlənmir.

Tərcümədə "çıxarmaq" felinin iştirakı ilə düzəlmiş "qayğudan çıxarmaq" frazeoloji birləşməsi də işlənmişdir : "Şad olub cümlə dedilər yeri – var, Anı öldür bizi qayğudən çıxar".

Bu frazeoloji birləşmə müasir ədəbi dilimizdə "qəmdən qurtarmaq" şəklində işlənir.

Qeyd edək ki, tərcümə­də iş­lən­miş fra­zeo­lo­ji va­hid­lə­rin tər­kib­lə­rin­də­ki fellə­rin, de­mək olar ki, ha­mı­sı türkmən­şə­li sa­də fellər­dir. Yal­nız "mu­ra­dı ha­sil ol­maq" fra­zeo­lo­ji va­hi­di bu ba­xım­dan is­ti­sna təş­kil edir: "Çün Və­lid eşit­di mu­nı, ol­dı şad, Pəs de­di kim, ha­sil ol­mış mu­rad". Bu fra­zeo­lo­ji va­hi­din is­tər baş sö­zü, is­tər­sə də onun tər­ki­bin­də­ki mü­rək­kəb felin bi­rin­ci tə­rə­fi ərəb mən­şə­li­dir. Müasir ədə­bi di­li­miz­də iş­lə­nən bu fel "Ko­roğ­lu" das­ta­nın­da da qey­də alın­mış­dır (7, III, 345). Or­ta əsr­lə­rə aid baş­qa ya­zı­lı abi­də­lə­ri­miz­də qey­də alın­mış fra­zeo­lo­ji va­hid­lər də, əsa­sən, türkmən­şə­li sa­də fellə­rin iş­ti­ra­kı ilə dü­zəl­dil­miş­dir (bax:11, 27-34; 39, 34; 69, 88-89). Ma­raq­lı­dır ki, "İx­ti­ya­ra­ti-qə­vai­di-kül­liy­yə" əsə­rin­də də bü­töv­lük­lə alın­ma söz­lər­dən ("olmaq" köməkçi feli istisna olmaqla) dü­zəl­miş yal­nız bir­cə fra­zeo­lo­ji va­hid qey­də alın­mış­dır: "can tən­dən cü­da ol­maq" (69, 90).



Tər­cü­mə­də ­qey­də al­dı­ğı­mız fra­zeo­lo­ji va­hid­lər­də­ki baş söz­lə­rə gəl­dik­də isə, elə yu­xa­rı­da­kı nü­mu­nə­lər­dən də gö­rün­dü­yü ki­mi, on­la­rın müəy­yən bir his­sə­si­ni ərəb mənşəli və fars mən­şə­li söz­lər təş­kil edir. Bu qə­bil­dən olan söz­lər, əsa­sən, di­ni və mü­cər­rəd an­la­yış­la­rı bil­di­rir. Hə­min söz­lə­rin ço­xu ay­rı­lıq­da müasir ədəbi di­li­miz­də iş­lən­sə də, on­la­rın iş­ti­ra­kı ilə dü­zəl­miş fra­zeo­lo­ji va­hid­lə­rin müəy­yən bir his­sə­si az və ya çox dərəcədə də­yi­şik­li­yə uğ­ra­mış, bəzi­lə­ri isə di­li­miz­də və­tən­daş­lıq hü­qu­qu qa­za­na bil­mə­miş­lər. Hə­min fra­zeo­lo­ji va­hid­lər­dən bir ne­çə­si­nə nə­zər sa­laq.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin