İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə44/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   40   41   42   43   44   45   46   47   ...   70
İxtisas: İSM

Kurs: I

Fənn: Musiqi və onun tədrisi metodikası

Mövzu: 1. İbtidai siniflərdə musiqi təliminin və tərbiyəsinin məzmunu

Ədəbiyyat siyahısı:

Musiqinin tədrisi metodikası üzrə

1.Nilufər Sultanova. Musiqi və musiqinin tədrisi metodikası. Bakı-2007.

2.O.V.Apraksina.Musiqi tərbiyəsi məktəbdə.Moskva,1982.

3.O.Rəcəbov,V.Xəlilov, S.Ağayeva. Musiqi.

4.X.Qədimova "İnteraktiv təlim metodları və onların yolları". Bakı, 2003.

İbtidai sinif müəlliminin stolüstü kitabı. Bakı, 2001.

4.İbtidai siniflər üçün musiqi dərslikləri.

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com

Plan

1.Musiqi materialı

2.Musiqi bilikləri



  1. İbtidai siniflərdə musiqi təliminin və tərbiyəsinin məzmunu

Musiqi təliminin məzmunu vahid bir sistemin hissəciyi, komponenti kimi, fənnin məqsədi ilə müəyyənləşdirilir. Tərbiyəvi istiqamətlənmə - musiqi təlimi məzmununun əsas amillərindən biridir. Musiqi təlimi məzmununda insanın gerçəkliyə qarşı mənəvi-emosional münasibəti bütün zənginliyi və müxtəlifliyi ilə əks olunur. Əsas, ümdə musiqi bilikləri də tərbiyəedici istiqamətə yönəlir. Həmin musiqi bilikləri məktəblilərin musiqi sənətinə bələd olmaları üçün olduqca önəmlidir. Musiqi biliklərinin mənimsənilməsi bədii, yəni musiqi materialı üzərində gerçəkləşir.

İnsanın gerçəkliyə qarşı mənəvi - emosional münasibəti təcrübəsi ilə musiqi bilikləri, musiqi təliminin məzmunu daxilində daima qarşılıqlı əlaqə və təsir münasibətindıə olur, vahidlik amilinə çevrilir.

1.Musiqi fənninin məzmununu ilk növbədə musiqi əsərlərinin özləri təşkil edir. Həmin əsərlər uşaqlar üçün cazibədar və pedaqoji cəhətdən məqsədəuyğun olmalıdır. Yəni ki, uşaqlara yeni fayda verə biləcək lazımi şeyləri öyrətməlidir. Bununla yanaşı, musiqi əsərləri müəyyən dərəcədə tərbiyəvi rol oynamalı, məktəblilərin mənəvi ideallarının və estetik zövqlərinin formalaşmasına zəmin yaratmışdır.

İbtidai siniflərin "Musiqi" proqramında məktəblilər tərəfindən musiqili-idrak və sosial təcrübənin alınması üçün kifayət qədər əsər daxil edilmişdir.

Musiqi sənət nümunələrinin qavranılması, musiqi təlimi məzmununu xüsusi təlim vasitələri olmadan gerçəkləşdirmək mümkün deyil. Musiqi bilikləri mənimsənildiyi zaman məktəblilər musiqinin həyatılığını dərk edir və musiqi sənətinin ən yüksək nümunələrinə daha asan, əlverişli şəkildə yiyələnirlər. Digər tərəfdən həmin əsərlərin qavranlması məktəblilərə musiqi sənəti qanunauyğunluqlarının daha dərindən dərk edilməsinə yardım göstərir.

Musiqi materialının seçilmə meyarları üç göstəriciyə ayrılır: estetik, psixoloji və musiqili pedaqoji.

Estetik göstəriciyə cavab verən əsərlər-musiqi mədəniyyətinin ən yayılmış, tipik janrlarını əhatə edən əsərlərdir.

Psixoloji göstəriciyə cavab verən əsərlər-məktəblilərin həyatı və musiqi təcrübəsi ilə uzlaşmalı, varislik vasitəsilə onlarla əlaqələndirilməli və gerçək musiqi inkişafının perspektivini müəyyənləşdirməlidir.

Musiqili-pedaqoji göstəriciyə cavab vertən əsərlər proqramın tematik məzmununa uyğun gələn, uşaqlar üçün nəzərdə tutlmuş və ümumtəhsil məktəb şəraitində ifa oluna biləcək əsərləri əhatə edir.

Bütün bu göstəricilər qarşılıqlı əlaqə şəklində mövcud olarkən özünməxsus məzmuna maıikdir. Estetik göstərici burada musiqi təliminin məzmununda musiqi mədəniyyətinin əsas prinsiplərini əks etdirilməsini bildirir. Psixoloji göstərici musiqi materialının, musiqi əsərlərinin məktəblilərin psixi inkişafının qanunauyğunluqları ilə tarazlaşmasını tələb edir. Musiqi-pedaqoji göstərici musiqi materialının, musiqi əsərlərinin məktəblilərin musiqi-estetik inkişafı məsələlərinə cavab verilməsinin zəruriyyətini sərtləndirir.




  1. Yüklə 0,81 Mb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin