İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


İkinci baleti "İldırımlı yollarla"



Yüklə 0,81 Mb.
səhifə40/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   36   37   38   39   40   41   42   43   ...   70
İkinci baleti "İldırımlı yollarla", Cənubi Afrika yazıçısı P.Abrahamsın romanı əsasında yazılmış, 1958-ci ildə tamaşaya qoyulmuşdur. Baletdə böyük bədii qüvvəilə rasizm əleyhinə etiraz hissi, xalqın azadlıq uğrunda mübarizəsi verilmişdir.

Hər iki balet əsasında bəstəkar suitalar yazmışdır ki, bu suitalar simfonik orkestr repertuarına daxil olaraq bizim ölkədə və eləcə də xaricdə böyük müvəffəqiyyətlə ifa olunur. Qarayev bəstəkarlıqla yanaşı, pedaqoji fəalliyətlə da məşğul olmuşdur. O, onlarla dahi sənətkarların yetişməsində əvəzsiz işlər görmüşdür. Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Andrey Babayev, Vasif Adıgözəlov, Arif Məlikov, Musa Mirzəyev, Fərəc Qarayev və başqalarının adını böyük fəxrlə çəkmək olar.

Son vaxtlarda bəstəkar "Dənizi fəth edənlər" filminə, Lermantovun "Maskarad", Şekspirin "Hamlet" pyeslərinə musiqi bəstələmiş, III simfoniyasını, skripka və orkestr üçün konsertlıərini, sonatalarını yazmışdır. 1967-ci ildə Qarayev "İldırımlı yollarla" baletinə görə Lenin mükafatına layiq görülmüşdür. Q.Qarayev 1982-ci il may ayının 13-də Moskva şəhərində vəfat etmiş, Bakı şəhərində "Fəxri xiyaban"da dəfn olunmuşdur.

3.FİKRƏT ƏMİROV (1922-1984).

G örkəmli Azərbaycan bəstəkarı F.Əmirov yalnız ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində tanınmışdır. Fikrət Əmirovun yaradıcılığı çox geniş və rəngarəngdir. O, əsərlərində vətəninə, xalqına olan məhəbbətini böyük ustalıqla əks etdirmişdir.

F.Əmirov 1922-ci il noyabrın 22-də Cəncə şəhərində anadan olmuşdur. Onun atası görkəmli tarzən və xanəndə Məşədi Cəmil Əmirov olmuşdur. F.Əmirov 1938-ciildə Bakıda orta musiqi məktəbinə daxil olur. Bir ildən onra isə Azərbaycan Dövlət konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Burada onun müəllimi B.Zeydman olmuşdur. Əmirovun ilk əsəri kimi "Ulduz" romansını, fortepiano üçün variasiyalarını, dram əsərlərinə yazdığı musiqiləri göstərmək olar. Böyük Vətən müharibəsi illərində Əmirov ağır yaralandığından cəbhədən təxris edilir və yenidən konservatoriyada təhsilini davam etdirir. O, 1948-ci ildə oranı əla qiymətlərlə bitirir. Gənc bəstəkarın bu illərdə yazdığı əsərlərə iki simfonik poema, fortepiano üçün romantik sonata, fortepiano və skripka ilə ikili konsert, Nizami Gəncəvinin xatirəsinə həsr etdiyi simli orkestr üçün “Nizami” simfoniyası diqqəti cəlb edir. Əmirov konservatoriyanı bitirdiyi il diplom işi kimi bir pərdəli "Ulduz" operasını yazır.

Bəstəkarın yaradıcılığında "Şur" və "Kürd ovşarı" simfonik muğamları, "Sevil" operası əsas yerlərdən birini tutur. Onun simfonik muğamları ölkəmizdən çox-çox uzaqlarda şöhrət qazanmışdır. "Sevil" operasında bəstəkar Azərbaycan qadınlarının öz azadlığı uğrunda apardıqları mübarizəni əks etdirmiş, insanların şüurunda, məişətdə qalmış keçmişin qalıqları, köhnəlmiş adət-ənənələr, Azərbaycan qadınının həyatında bəzən dəfedilməz maneələrdən bəhs edir. Həyatda baş vermiş sosial dəyişikliklərə baxmayaraq, Azərbaycan qadını hələ də çadradan, feodal zülmündən tamamilə azad olmamışdı. Ərinə kölə kimi itaət etməyə məhkum edilmiş məzlum Azərbaycan qadını əzab-əziyyətlərə, təhqirlərə dözməyərək köhnə adət-ənənələrə qarşı çıxır. İnqilab tufanında öz azadlığı uğrunda mübarizəyə qalxır.

Əmirovun "Azərbaycan" kapriççiosu 1961-ci ildə ilk dəfə bəstəkarların ikinci qurultayında ifa olunmuşdur.

Ərəb mövzuları ilə əlaqədar Əmirovun, E.Nəzirova ilə birlikdə yazdıqları fortepiano konserti diqqəti cəlb edir. Əmirovun "Simfonik rəqslər" əsəri, eləcə də kiçik həcmli əsərləri çox böyük ustalıqla yazılmışdır.

70-ci illərə bəstəkatrın "Nəsimi" vokal-xoreoqrafik poeması və simfonik orkestr üçün "Azərbaycan qravürləri", 80-ci illərin əvvələrində isə, “Nizami” baleti üzərində işləyir. yaranır.

1971-ci ildə Əmirov özünün "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını yazır. Bu əsərdə bəstəkar fars poeziyasının klassiki Sədi və Hafizin şeirlərindən də istifadə etmişdir. Əsər 1973-cü ildə Moskvada keçirilən VII Beynəlxalq musiqi konsertində böyük müvəffəqiyyətlə səslənir.

70-ci illərin sonu bəstəkar ərəb xalqnaöılları əsasında "Min bir gecə" baletini yaradır. Bu balet Azərbaycandan başqa Moskvada və bir çox xarici ölkələrdə də tamaşaya qoyulmuşdur. Bu əsərə görə bəstəkar, baletmeyster, rəssam, dirijor, və digər əsas rolları ifa edənlər SSRİ-nin dövlət mükafatına layiq görülmüşlər.

Bəstəkar 1984-cü ilin 20 fevralında Bakı şəhərində vəfat etmiş və "Fəxri xiyaban"da dəfn olunmuşdur.

Dahi bəstəkar 3 simfonik muğam yazmaqla bu janrın ilk yaradıcısı olmuşdur. Hər üç simfonik muğam Azərbaycan klassik muğamlarının Avropa simfonizmi ilə məharətlə birləşdirilərək qeyri-adi səslənmədən ibarət ecazkar əsərlərdir. "Şur" simfonik muğamı eyniadlı klassik muğamın şöbələrinin adı ilə adlanır: Şur, Şur-şahnaz, Bayatı, Əraq, Simayi-şəms. Bu muğam 3 hissəli quruluşa malik olan əzəmətli müqəddimə ilə başlayır.

Kürd-ovşarı” köməkçi muğamlara aid olub, əsas muğamların tərkibinə şöbə kimi daxil olur. “Kürd-ovşarı”nın obraz quruluşu, obraz aləmi “Şur”a yaxın olsa da bir qədər başqa xarakterlidir. Bu muğamda canlı, dinamik mahnı, rəqs lirikası aləmi üstünlük təşkil edir. Lad-intonasiya yaxınlığını, lirik cəhətdən oxşarlığını əsas götürən bəstəkar bu iki muğamın ümumi elementlərini gücləndirərək, bir-birini təzadlı şəkildə tamamlayan iki hissə kimi birləşdirir. “Şur” aparıcı, müəyyənedici, “Kürd-ovşarı” isə tabe olan vəziyyətindədir.

Kürd-ovşarı” 4 bölmədən ibarətdir. “Ovşarı”, “Şahnaz”, “Kürdi”, “Mani”. Bunlaradan yalnız “Şahnaz” muğam üslubludur, qalan üç hissə isə zərbi-muğam və ya onların bənzəridir.

F.Əmirovun f-no üçün 12 müniatür silsiləsi, adından məlum olduğu kimi on iki pyesdən ibarətdir. Eyni zamanda bəstəkar üç romansın: "Ulduz", "Gülüm", "İki sahil", 20-yə yaxın mahnının, "Göygöl", "Toy mahnısı", "Kor ərəbin mahnısı", "Azərbaycan", "Gülərəm gülsən", "Gülüm", "Aşiqəm", "Axı mən neyləmişəm", "Aslanın mahnısı" və s. kimi mahnıların müəllifidir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin