İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə45/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
Musiqi bilkiləri.

Musiqi bilikləri "Musiqi" fənnində məktəblilər tərəfindən konkret musiqi əsərlərinin qavranılması prosesində, onlara bələd olmaqda, habelə musiqi əsərlərinin ifadəli, şüurlu və savadlı ifasına kömək edir.Musiqi sənətinin əsasının dərk edilməsində musiqi bilikləri iki səviyyədə çıxış edir.

1) musiqi sənəti haqqında bütöv təsəvvürün yaranmasına kömək edən biliklər;

2) musiqi müşahidəsi nəticəsində konkret musiqi əsərlərin qavranılmasına kömək edən biliklər.

Birinci səviyyəli biliklər musiqi sənətinin sosial təzahürü olaraq onun ictimai həyatda vəzifələrinin və rolunun təbiətini, habelə musiqi mədəniyyətinin estetik normalarının və meyarlarını xarakterizə edir. İkinci səviyyəli biliklərə musiqi dilinin mühümxüsusiyyətləri, musiqi quruluşunun və inkişafının qanunauyğunluqları və nəhayət, musiqinin ifadə vasitələri haqqında biliklər daxildir.

Musiqi biliklərinin hər iki səviyyəsi bilavasitə qarşılıqlı şəkildə mövcuddur. Musiqi təliminin məzmununun təyin edilməsində qed olunan biliklərdən hansının əsas, fərdi, ikinci dərəcəli biliklər olduğunun müəyyənləşdirilməsi çox böyük əhəmiyyətə malikdir.

Musiqi haqqında əsas, ümdə biliklər, musiqi sənətinin ümumi təzahürlərini əks etdirir. Həmin biliklər musiqi ilə ətraf aləmin, həyatın ən sabit, tanınmış və mühüməlaqələrini xarakterizə edir. Ümdə biliklər ayrı-ayrı əsərlərin və musiqi sənətinin ümumi şəkildə dərk edilməsi üçün olduqca zəruridir. Demək olar ki, məktəblilərin musiqiyə bələd olmaları üçün, habelə musiqi sənətində vacib olanlar ilə olmayanları fərqləndirmək bacarığının təməliniümdə biliklər təşkil edir.

Musiqi haqqında fərdi biliklər ümdə bilklərə tabe olur. Fərdi bilklərə musiqi dilinin ayrı-ayrı elementləri haqqında, o, cümlədən səsin yüksəkliyi, ritmi, ölçüsü, tempi, səslənmə gücü, dinamikası, ladı, tembri, registri haqqında bilklər aiddir. Bundan əlavə bəstəkarlar, ifaçılar, habelə musiqi əsərinin yaranması tarixiçəsi haqda məlumatlar və musiqi savadından olan məlumatlar da fərdi bilklərə daxildir. Əsas və ikinci dərəcəli, fərdi bilklər bir - birindən təcrid edilmiş şəkildə ibtidai məktəb proqramınada təqdim olunmur. Ümdə bilklərlə fərdi bilklərin tarazlaşması məsələsinə musiqi sənətində xüsusi əhəmiyyət verilir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin