İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə94/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   90   91   92   93   94   95   96   97   ...   102
MÜZAKİRƏ VƏ NƏTİCƏLƏR
Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsinə daxildir. Fəsilənin nümayəndələrində yeraltı və yerüstü hissənin inkişafənın eyni olduğu müşahidə olunur. Ləpə yarpaqları adətən ovaldır, demək olar ki, dairəvidir və ya nisbətən uzunsovdur, uzunsov-yumurtavarıdır, çılpaqdır, yaşıldır, bəzən yağlı kimidir. Bir qayda olaraq gülçiçəklilər fəsiləsində ləpə yarpaqları çox qalmır, tez tökülür. İlk yarpaqlar növbəli və ya qarşı-qarşıyadır. Sonuncular mütəşəkkil olub, sadədir, onlar nisbətən şaxələnib, bəzən yerin altında onlar reduksiya olur, pulcuqşəkillidir, sonradan inkişaf etmiş yarpaqlarla əvəz olunur [6].

Alma (Malus Mill.) cinsi. Böyüməsi yerüstüdüür, ləpə yarpaqları adətən ovaldır və ya tərsinə yumurtavaridir, kifayət qədər iridir, çox və ya az dərəcədə ətlidir. İlk yarpaqlar dişciklidir, yetkin bitkinin yarpaqları ilə müqayisədə az fərqlənir. Ləpəaltı dirsək bir qayda olaraq qırmızıdır [6].

Aşağıda hər bir növün ayrılıqda tədqiqi verilmişdir:


  1. Malus sargenti Rehd. - sarjent alması. Şərqi Asiya (Yapon) növü.

Ağac və ya koldur. Yabanı almaların ən alçaq boylusudur. Zoğların qabığı tünd boz, tikanlıdır. Yarpaqları yumurtavarı, uzunluğu 5-8 sm, eni 3-6 sm-dir, əsası azca üzəkvarıdır, kənarları iti dişciklidir. Çiçəkləri 4-7 ədəd olmaqla çətir çiçək qrupunda yerləşir, ağdır. Meyvələri şarşəkilli və ya ovaldır, 3 ədəd olmaqla yerləşir, diametri 8-13 mm-dir, sarıdır, çəhrayı və ya qırmızı kirşanı var, uzun müddət ağacın üstündə qalır, ləti yumşaqdır, kasa yarpaqları töküləndir, uzundur, meyvə saplağı 3-3,5 sm-dir. Toxumları qəhvəyidir [1,2,3,8].

Ləpaəaltı dirsək aşağıdan qalınlaşmışdır, 20-25 mm uzunluğunda; 1-1,25 mm enindədir, az və ya çox dərəcədə kirli-qırmızımtıl rənglənmişdir. Ləpə yarpaqları ovaldır, 15-16 mm uzunluğunda, 8-9 mm enindədir, yuxarıdan enli dairəvidir, əsası qısa pazşəkillidir, hiss olunmadan 5 mm uzunluğunda saplağa keçir. Daralmış pulcuqları da təxminən 5 mm uzunluğundadır. İlk yarpaqlar növbəlidir, 20-25 mm uzunluğundadır, ümumi görünüşü yumurtavaridir, uzunsov orta seqmenti var, hər iki tərəfdən 1-2 iri dişciklə təchiz edilmişdir və nisbətən kiçik tərsinə yumurtavari, 1-2 dişcikli, üst seqmetlidir, pulcuğu 5-7 mm uzunluğundadır. Üçüncü yarpaq birinciyə keçib, lakin onun yuxarıdan seqmenti üç bölümlüdür, dişciklidir. Ləpəüstü dirsək və ya birinci buğumarası təxminən 15 mm uzunluğundadır. Gövdəciyi kirli-qırmızımtıldır, yumşaqdır, kiçikdir, buruq tükcüklüdür [6].

Əkin payızda (4.10.2007) aparılmışdır. İlk cücərtilərin əmələ gəlməsi yazda (25.III. 2008 ) müşahidə edilmişdir.

Birillik toxmacarların hündürlüyü 10-15 sm, çətirin diametri 13-15 sm-dir. Çətirin yan budaqları 3-5 ədəd olub, uzunluğu 5-7-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm-dir, yarpaqcıqların sayı 5-7 ədəddir. Kök sistemi mildir, 3-5 sm dərinə gedir. Kök boyuncuğunun diametri 4 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 5-7 sm, ikinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 2-5 sm, üçüncü dərəcəli yan köklər 15-20 ədəd olub, uzunluğu 2-3 sm-dir. Kök sisteminin diametri 15-20 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 15-20 sm, çətirin diametri 15-17 sm-dır. Çətirin yan budaqları 7-9 ədəd olub, uzunluğu 7-10 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm, yarpaqcıqların sayı 8-10 ədəddir. Mil kökün uzunluğu 10-12 sm, kök boyuncuğunun diametri 6 mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-15 sm, ikinci dərəcəli yan köklər 15-20 ədəd olub, uzunluğu 7-10 sm, üçüncü dərəcəli yan köklər 25-30 ədəd olub, uzunluğu 5-7 sm-dir. Kök sisteminin diametri 25-35 sm-dir.


  1. Malus prunifolia (Wild.) Borch - gavalıyarpaq və ya Çin alması (Şərqi Asiya növü).

Ağac və ya koldur. Gövdəsi açıq-qəhvəyi və ya qırmzımtıl olur. Yarpaqları 10 sm uzunluğunda, 5-6 sm enindədir, yumurtavaridır, uzun saplaqlıdır. Çiçəkləri 5-8 (10) çiçəkdən ibarət çətir çiçək qrupunda toplanıb, tacı ağ və ya çəhrayıdır. Meyvələri yumurtavarı və ya şarşəkilli, 1,5-2,5 sm diametrindədir, qırmızı və ya sarıdır, üzəri kirşanlıdır, ləti bərkdir, ağzı büzəndir, saplağı 2,5-3 sm-dir. Toxumları uzunsovdur, qəhvəyidir. 1000 toxumun çəkisi 15-20 q-dır. Kasayarpaqları tökülmür. Yeddi forması məlumdur [1,2,3,8].

Ləpə yarpağı 8-10 mm uzunluğunda və 6-8 mm enindədir. Yuxarısı küt dairəvidir, tünd yaşıldır, aşağı kənarı nisbətən açıqdır, qısa pulcuqludur. İlk yarpaqları eyni vaxtda çıxır və yəqin ki, qarşı-qaşıyadır. Bəzən onlardan biri nisbətən iri lur. Gövdəyə doğru əyilir və nisbətən aşağıdan birləşir. Tünd yaşıldır, yuxarıdan qeyri-bərabərdir, itidir, dişciklidir (ilk yarpaqlara nisbətən iridir və çoxsaylıdır), bəzən girintili-çıxıntılıdır, çox vaxt girinti-çıxıntılar bir tərəfdən olur, oval və ya yumurtavaridir. Yarpaq pulcuqları qısadır, yarpaqları demək olar ki, oturaqdır. Yan damarlar növbəlidir, əyri-üyrüdür, yarpaqların yan dişciklərinin yuxarısında qurtarır. Ləpəüstü dirsək və ya birinci buğumarası təxminən 10-15 mm-dir, ağımtıldır, bəzi yerlərdə tökülmüş nazik tüklüdür. Toxmacarlar yaxşı kök sisteminə mailk olur. [6].

Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 27 mart 2010-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 18-20 sm, çətirin diametri 12-15 sm-dir. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 3-5 sm-dir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 3-5 sm, yarpaqcıqların sayı 7-9 ədəddir. Kök sistemi mildir, 3-4 sm dərinə gedir. Kök boyuncuğunun diametri 3-5 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 3-5 sm, ikinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 15-20 ədəd olub, uzunluğu 3-4 sm-dir. Kök sisteminin diametri 22-27 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 30 sm, çətirin diametri 20-23 sm-dır. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 10-12 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 3-5 sm, yarpaqcıqların sayı 6-10 ədəddir. Mil kökün uzunluğu 10-12 sm, kök boyuncuğunun diametri 5 mm-dir. Birinci dərəcəli yan köklər 8-10 ədəd olub, uzunluğu 12-15 sm, ikinci dərəcəli yan köklər 16-18 ədəd olub, uzunluğu 8-10 sm, üçüncü dərəcəli yan köklər 28-30 ədəd olub, uzunluğu 4-5 sm-dir. Kök sisteminin diametri 28-30 sm-dir.



  1. Yüklə 9,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin